həbs

Bakıda təhlükəsizlik təxribatı törədən şəxs həbs edildi

11
(Yenilənib 06:58 23.05.2015)
Azərbaycanda "təhlükəsizlik tədbirləri" haqqında informasiyalar yayan şəxs həbs edilib.

BAKI, 22 may — Sputnik. Azərbaycanda "təhlükəsizlik tədbirləri" haqqında informasiyalar yayan şəxs həbs edilib.

Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov məlumat verib. Onun sözlərinə görə, həmin informasiya mediada işıqlandırıldıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb, onun kimliyi müəyyənləşib və həmin şəxs DİN orqanlarının əməkdaşları tərəfindən həbs edilib.

Həbs edilən şəxs 1995-ci il təvəllüdlü, 3 kurs tələbəsi Mehdi Əliquliyevdir. O. xırda dələduzluqda ittiham edilərək, barəsində 20 sutkalıq cəza müəyyən edilib.

Qeyd edək ki, dünəndən başlayaraq həm Facebook, həm də Whatsapp istifadəçilərinin şəxsi mesaj qutularına "Baku 2015" Avropa Oyunlarında "təhlükəsizlik tədbirləri" haqqında informasiyalar göndərilib.

Həmin informasiyada Azərbaycan vətəndaşlarına müraciət edilərək ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilir və bir neçə gün əvvəlki yanğın hadisəsi kimi hadisələrin yenə baş verəcəyi istisna edilmirdi. Müraciətdə vətəndaşlara təhlükə anında DİN və MTN-in məlum xidməti nömrələri ilə əlaqə saxlamaq tövsiyə olunurdu.

 

11
Teqlər:
təhlükə, həbs, dələduz, MTN, DİN, Sadiq Gözəlov, Bakı, Azərbaycan