Avropa İttifaqı Şərq Tərəfdaşlığı

Azərbaycan Riqa sammitinin yekun Bəyannaməsini imzalayıb

36
Tədbir çərçivəsində Azərbaycan XİN başçısı Avropa İttifaqının rəsmilərinə Azərbaycanın Aİ ilə "Strateji tərəfdaşlıq haqqında" Sazişin imzalanması ilə bağlı layihəni təqdim edib.

BAKI, 22 may — Sputnik. Azərbaycan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqaramına üzv olan ölkələrin dövlət başçılarının Zirvə görüşünün yekun Bəyannaməsini imzalayıb.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bütün iştirakçılar Riqa sammitinin yekun Bəyannaməsini imzalayıblar.

Bu barədə Polşa Xarici işlər naziri Qjeqoj Sxetına məlumat verib.

"Şərq tərəfdaşlığı" proqramı Avropa İtifaqı ilə proqrama üzv olan Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova və Ermənistan arasında siyasi assosaitiv üzvlüyü və iqtisadi inteqrasiyanın dərinləşməsini nəzərdə tutur. Hazırda Ukrayna, Moldova və Gürcüstan Aİ ilə Assosiativ üzvlük haqqında sazişi imzalayıb.

Yekun bəyannamə layihəsində "Krımın ilhaqı" məsələsinin qalıb-qalmaması ilə bağlı suala cavab olaraq Litva prezidenti Dalya Qribauskayte belə cavab verib: "Əlbəttə, onsuz bəyannamə qəbul edilməzdi."

Mayın 21-22-də Riqada "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələrin dövlət başçılarının Zirvə toplantısı keçeirilib. Azərbaycanı bu sammitdə xarici işlər naziri Elmar Məmmədyarov və Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov təmsil ediblər.

Tədbir çərçivəsində Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Avropa İttifaqının rəsmilərinə Azərbaycanın Aİ ilə "Strateji tərəfdaşlıq haqqında" Sazişin imzalanması ilə bağlı layihəni təqdim edib.

36
Mövzu:
Riqa sammiti (8)