учения военных кораблей

Rusiya Azərbaycan Xəzərdə birgə hərbi təlimlər keçirəcəklər

74
Hərbi təlimlərdə onlarla gəmi və digər vasitələr iştirak edəcəklər.

BAKI, 22 may — Sputnik. Rusiya və Azərbaycan ilk dəfə olaraq Xəzər dənizində hərbi gəmilərinin iştirakı ilə birgə təlimlər keçirəcəklər.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub hərbi dairəsinin qərargahı açıqlama yayıb. 

Hərbi dairədən bildirilib ki, təlimlərdə onlarla gəmi və digər vasitələr iştirak edəcəklər: "Hər iki ölkənin hərbi nümayəndələri arasında məsləhətləşmələr zamanı qərara alınıb ki, 2015-ci ilin sentyabrında "Xəzər dənizində iqtisadi fəaliyyət obyektlərinin müdafiəsi üzrə birgə fəaliyyət" adı altında təlimlər keçirilsin".  

Təlimlərdə Rusiyanın Xəzər donanması və Azərbaycan Hərbi-Dəniz Qüvvələrinin gəmiləri Xəzər dənizində gəmiçiliyin və beynəlxalq dəniz fəaliyyətinin təhlükəsizliyinin təmin olunması, dəniz və hava hədəflərinə birgə artilleriya atəşləri, qəzaya uğramış gəmiyə yardım göstərilməsi və digər vəzifələrin yerinə yetirilməsini sınaqdan keçirəcəklər.    

74
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

5
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

5
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

7
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

7