Bakıda yanan bina

Bakıda yanan binada xəsarət alan 11 xəstənin durumu açıqlandı

16
(Yenilənib 11:15 22.05.2015)
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində yaralanan şəxslərın vəziyyəti orta ağırdır.

BAKI, 22 may — Sputnik. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında mayın 19-da baş vermiş yanğın hadisəsi nəticəsində yaralanan şəxslərın vəziyyəti orta ağırdır.

Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.  

Onun sözlərinə görə, hazırda yanğın nəticəsində xəsarət alan 11 xəstə xəstəxanada müalicə edilir: "Onların 8-i böyük, 3-ü isə uşaqdır. Hazırda xəstələrin həyatı üçün təhlükə yoxdur".

A.Maqsudov deyib ki, sabah həkimlərin konsiliumundan sonra bir xəstənin evə buraxılacağı gözlənilir.

16
Teqlər:
yanğın, Bakıda yanğın
Əlaqədar
Bakıda yanan binanın sakinlərinin bəzi sənədləri pulsuz bərpa ediləcək
Abutalıbov: Yanan bina ilə bağlı hələ çox həbslər olacaq
Bakıda yanmış binadakı ailələrin hər birinə 20 min manat veriləcək
"ASAN xidmət" yanan binanın sakinlərinə xidmət göstərməyə başlayır
FHN üzlükləri sökülənədək 263 binaya nəzarət etməyə hazırdır