Yəmən

Yəmən Respublikasının yaranmasından 25 il ötür

19
Şimaldakı Yəmən Ərəb Respublikası və cənubdakı sosialist yönümlü Yəmən Xalq Demokratik Respublikası 25 il əvvəl bir dövlətdə birləşiblər.

BAKI, 22 may — Sputnik. 1990-cı ilin bu günü Yəmən Respublikasının yaranma günüdür.

Həmin gün şimaldakı Yəmən Ərəb Respublikası və cənubdakı sosialist yönümlü Yəmən Xalq Demokratik Respublikası bir dövlətdə birləşiblər.

Beləliklə, 1918-ci ildə osmanlılardan müstəqillik qazanmış şimalla, 1967-ci ildə britaniyalıların asılılığından qurtarmış cənub birləşə biliblər.

1994-cü ildə cənublular yenidən ölkəni parçalamağa cəh etsələr də, onların qiyamı yatırılıb.

19