BAKI, 21 may — Sputnik. Avstraliya baş naziri Tony Abbott Myanmar və Banqladeşdən olan qaçqınları ölkəyə qəbul etməyəcəklərini bildirib.
"Bu məzlum insanları yurd-yuvalarından didərgin salmaqdansa, zülmə məruz qaldıqları dövlətlərə sərt xəbərdarlıqlar edilməlidir. Onlar yad ölkələrdə, yeni və çətin bir həyata başlamaqdansa, öz vətənlərinə qayıdaraq firavan həyat tərzi sürməlidirlər", deyə nazir əlavə edib.
Anadolu agentliyinin məlumatına görə, Tailand, Malayziya və İndoneziya isə buddist zülmündən qaçan myanmalı müsəlmanlara müvəqqəti sığınacaq veriləcəyini açıqlayıb.
Avstraliya BMT statistikasına görə, qaçqın və məcburi köçkünləri ən asan prosedurlarla qəbul edən dövlət hesab olunur.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.