Russian President Vladimir Putin

Konqresmen Misirin Rusiya ilə yaxınlaşmasından narahatdır

5
(Yenilənib 20:40 21.05.2015)
Lehtinen Putinə ABŞ-la Misirin münasibətlərini korlamağa icazə verməyəcəklərini deyib

BAKI, 21 may- Sputnik. ABŞ Konqresi Misirin seçilmiş ilk prezidenti Məhəmməd Mursidən sonra keçən iki ili dəyərləndirmək üçün müzakirə keçirib.

Konqres üzvləri Mursiyə qarşı edam cəzasını, ölkədəki demokratiya və insan haqları sahəsindəki problemləri, bu problemlərin hazırkı Misir rəhbərliyi tərəfindən yaradılmasını ciddi tənqid ediblər.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Yaxın Şərq və Şimali Afrika alt komitəsində keçirilən müzakirələrdə alt komitənin sədri, respublikaçı İleana Ros-Lehtinen 2011-ci il inqilabından indiyədək Misirdə görmək istədikləri dəyişikliyin çox ləng getdiyini bildirib. O, ABŞ-ın xarici siyasət hədəflərini müəyyənləşdirərkən ən əvvəl insan haqları məsələsinə diqqət yetirməsi zərurətini qeyd edib.

"Demokratiyanın yeganə şərti seçki qutusu deyil", deyən Lehtinenə görə hökümətlərin həm də demokratik idarəetmə və vətəndaşların haqlarına hörmətlə yanaşma məsuliyyəti var.

Misirin son dövrlərdə ABŞ-dan uzaqlaşaraq Rusiya ilə daha çox yaxınlaşmaq niyyətində olduğuna işarə edən Lehtinen, Rusiya prezidenti Vladimir Putinə ABŞ-la Misirin münasibətlərini korlamağa icazə verməyəcəklərini deyib.

"Bu ABŞ-ın milli təhlükəsizliyinə ciddi bir zərbə olardı" — deyən konqresmen Qahirə rəhbərliyinin daxildə islahat aparmadığının, yerində saydığını, ABŞ-ın bu məsələyə müdaxiləsinə ehtiyac olduğunu qeyd edib.

5