Belarus prezidenti Riqa sammitindən imtina etdi

1
Belarus prezidenti Aleksandr Lukaşenko "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrin Riqa sammitində iştirakdan imtina edib.

BAKI, 21 may — Sputnik. Avropalılar tərəfindən qitənin sonuncu diktatoru olaraq adlandırılan Belarus prezidenti Aleksandr Lukaşenko "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrin Riqa sammitində iştirakdan imtina edib.

Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Mironçik məlumat verib.

Onun sözlərinə görə, mayın 21-22-də keçiriləcək sammitdə Belarusu xarici işlər naziri Vladimir Makey təmsil edəcək.

"Prezident Lukaşenkonun qərarı ilə Latviyanın paytaxtı Riqaya Vladimir Makey gedəcək", deyə D.Mironçik bildirib.

 

1
Mövzu:
Riqa sammiti (8)