İlham Əliyev

Prezident kənd təsərrüfatı sərgisiylə tanış olub

32
İlham Əliyev Bakı Sərgi Mərkəzində "World Food Azerbaijan-2015" XXI Azərbaycan Beynəlxalq qida sənayesi və "Caspian Agro-2015" IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub.

BAKI, 21 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Bakı Sərgi Mərkəzində "World Food Azerbaijan-2015" XXI Azərbaycan Beynəlxalq qida sənayesi və "Caspian Agro-2015" IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub.

Dövlət başçısına məlumat verildi ki, hər il keçirilən "World Food Azerbaijan" sərgisində həm ölkəmizin, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribüterləri və təchizatçıları iştirak edirlər. Bu il sərgidə iştirak edən şirkətlərin sayı 250-dən çoxdur. Sərgidə Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Koreya Respublikası, Litva, Niderland Krallığı, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya və digər ölkələrin şirkətləri təmsil olunur. Avstraliya, Argentina, Belarus və Litva isə sərgiyə milli ekspozisiyalarla qatılıblar. Sərginin ənənəvi bölmələrində balıq, mal, qoyun, quş əti, konservləşdirilmiş süd məhsulları, baqqaliyyə və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunur. "World Food Azerbaijan"da çörəkbişirmə müəssisələri üçün avadanlıq və qablaşdırma ləvazimatı da nümayiş etdirilir.

"Caspian Agro 2015" sərgisi ilə tanışlıq zamanı bildirildi ki, burada Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya Respublikası, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa və digər ölkələrdən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribüterləri iştirak edirlər. Sərgiyə Şri-Lanka və İordaniya şirkətləri ilk dəfə qatılıblar. "Caspian Agro 2015"-də Azərbaycanın kənd təsərrüfatı bazarına çıxmaq üçün ilk addımlarını atan bir çox yeni şirkət iştirak edir. Ənənəvi olaraq, Azərbaycanın regionlarından gələn sahibkar və fermerlərin ən yeni avadanlıq və texnika ilə tanış olmaları üçün "Caspian Agro" sərgisində infoturlar təşkil ediləcək. Bütövlükdə, sərgi kənd təsərrüfatı sahəsinin ən aktual istiqamətlərini əhatə edir və bir sıra yeni məhsulla tanış olmaq imkanı yaradır. Bu məhsullara quşçuluq fabriklərində, istixanalarda, suvarma sistemlərində, heyvandarlıq təsərrüfatlarında istifadə olunan avadanlıq, substratlar, heyvan və balıqlar üçün yemlər, habelə toxumlar, mineral gübrələr və s. daxildir.

 

32
Əlaqədar
Prezident: İkili standartlar ictimai fikrə mənfi təsir edir
Prezident yanğınla bağlı günahkarların cəzalandırılmasını tapşırıb
Prezident İlham Əliyev Riqa Sammitində iştirak edə bilməyəcək
Prezident iş adamlarının həbsindən danışdı
Bakıda buludlu hava, arxiv şəkli

İstirahət gününün havası açıqlandı

4
(Yenilənib 12:41 23.01.2021)
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

BAKI, 23 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 24-də meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

4
Gənclər və İdman naziri Azad Rəhimov, arxiv şəkli

Gənclər İdman naziri Azad Rəhimovdan xəbər var

34
(Yenilənib 12:02 23.01.2021)
Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.

BAKI, 23 yanvar - Sputnik. Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur.

"Report" xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.

Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb.

Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü ildə Bakıda doğulub. O, 2006-cı ildə gənclər və idman naziri təyin edilib.

34