həbsxana

Tofiq Yaqublu İlqar Məmmədovun adları Əfv Komissiyasına göndərilən siyahıya salınıb

1
Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu əfvini gərəkli hesab etdiyi şəxslərin siyahısını hazırlayaraq Əfv komissiyasına təqdim edib

BAKI, 20 may — Sputnik. 28 may- Respublika Günü ilə bağlı ölkə başçısı İlham Əliyevin növbəti əfv fərmanını imzalayacağı gözlənilir.

Bu barədə Sputnik-ə Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun (HMTMQ) üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.

Onun sözlərinə görə, ölkə başçısı mütəmadi olaraq humanistlik nümayiş etdirib həbsdəki insanları əfv edir: “Ümid edirik ki, ölkə başçısı 28 may — Respublika Günü ərəfəsində əfv fərmanı imzalayacaq.”

Hüquq müdafiəçisi onu da bildirib ki, artıq HMTMQ əfvini gərəkli hesab etdiyi şəxslərin siyahısını hazırlayaraq Əfv komissiyasına təqdim edib.

“Bizim siyahıda haqqında məhkəmə hokmü olan 17 nəfərin, məhkəməsi davam edən 5-6 nəfərin adı var ki, onların da azad olunmasına çalışırıq”, – deyən Bənənyarlı sözügedən siyahıda müsavatçı Tofiq Yaqublunun, REAL hərəkatının lideri İlqar Məmmədovun və digər ictimai-siyasi fəalların adlarının olduğunu qeyd edib.

1