Çin bayrağı

Pekinin Cənubi Qafqazda maraqları var

60
(Yenilənib 13:13 20.05.2015)
Rusiyalı ekspert Dmitriy Popovun fikrincə, Pekin postsovet məkanındakı münaqişələrə qarışmaq niyyətində deyil və bacardıqca bu proseslərdən kənarda durmağa çalışacaq

BAKI, 20 may — Sputnik. Pekin postsovet məkanındakı münaqişələrə qarışmaq niyyətində deyil və bacardıqca bu proseslərdən kənarda durmağa çalışacaq.

Bunu rusiyalı ekspert Dmitriy Popov Sputnik-ə Çinin Cənubi Qafqazdakı münaqişələrin həllində rolunu şərh edərkən deyib. O qeyd edib ki, Çinin bölgədə əsas maraqları iqtisadiyyat və enerji sahələri ilə bağlıdır.

“Çin bu gün gözümüzün qarşısında dünyanın böyük gücünə çevrilməkdədir. Ona görə də onun dünyanın bütün bölgələrində, o cümlədən, SSRİ-nin keçmiş ölkələrində və Cənubi Qafqazda xüsusi maraqları var.” – deyə Popov əlavə edib.

60