Demokratik İslahatlar Partiyasının 5-ci qurultayı

Asim Mollazadə yenidən Demokratik İslahatlar Partiyasının sədri seçilib

0
(Yenilənib 15:33 02.02.2016)
Demokratik İslahatlar Partiyasının V-ci qurultayı keçirilib.

BAKI, 30 yan-Sputnik. Yanvarın 30-da Demokratik İslahatlar Partiyasının V qurultayı keçirilib. 

Sputnik-in məlumatına görə, qurultayda partiyanın 55 rayon şöbəsindən 126 nəfər nümayəndə iştirak edib.

Partiya sədri Asim Mollazadə partiyanın qurultaylararası dövrdə fəaliyyəti ilə bağlı hesabat verib. O, ölkədəki ictimai-siyasi duruma, təhsil, səhiyyə, mədəniyyət, gənclər və qadınlarla bağlı problemlərə, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyətinə, Azərbaycanın xarici siyasətinin prioritetlərinə toxunub. DİP-in ötən dövr ərzində ölkənin həyatında vacib rol oynayan layihələri, keçirdiyi tədbirlər barədə məlumat verib. A.Mollazadə həmçinin partiyanın qanunvericilik sahəsindəki təşəbbüsləri ilə bağlı fikirlərini bölüşüb.

Partiya nizamnaməsinin tələbinə uyğun olaraq, qurultay partiya sədrini, Siyasi Şura və MTK- nın üzvlərini yenidən seçib. Nazim Abdullayev partiya sədrliyinə Asim Mollazadənin namizədliyini irəli sürüb. Asim Mollazadə yenidən partiyanın sədri seçilib.

Cari məsələlərin müzakirəsi zamanı qurultay nümayəndələri partiyanın Siyasi Şurasına ictimai-siyasi proseslərlə əlaqədar olaraq müxtəlif qərarların qəbul edilməsi səlahiyyətlərini verib.

Demokratik İslahatlar Partiyasının 5-ci qurultayı
demreforms.org
Demokratik İslahatlar Partiyasının 5-ci qurultayı

0
Teqlər:
qurultay, Siyasi Şura, Demokratik İslahatlar Partiyası, Asim Mollazadə
Əlaqədar
Asim Mollazadə: Parlament diplomatiyasından geniş istifadə edilməlidir
Asim Mollazadə seçicilərə söz verdi
Asim Mollazadə Rusiyanın aparıcı KİV-lərinin nümayəndələri ilə görüşüb
Asim Mollazadə Azərbaycanın dünyadakı önəmindən danışdı
Biz yenə Asim Mollazadəyə səs verəcəyik