Ağdamın daha bir kəndindən ən son görüntülər

14
Azırbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Saybalı kəndindən ən son videogörüntüləri ictimaiyyətə təqdim edib.

Müdafiə Nazirliyi Ağdam rayonunun Saybalı kəndindən yeni videogörüntülər yayıb.

Kənd 4 iyul 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

Ağdam rayonu və onun kəndləri artıq erməni işğalından azad edilib. Bu, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanat əsasında baş verib. Bəyanat əsasında Ağdam rayonu və onun bir sıra kəndləri 2020-ci ilin noyabrında Azərbaycan Respublikasına təhvil verilib.

Sputnik Azərbaycan Ağdam rayonunun Saybalı kəndindən çəkilmiş ən son görüntüləri təqdim edir.

 

14
Mərkəzi Gömrük Hospitalının terapevti Dr. Nazilə Xəlilbəyova

Yüksək təzyiqi olan bu beş tövsiyəyə riayət etməlidir həkim açıqlayır

10
(Yenilənib 10:35 17.05.2021)
Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyova deyir ki, yüksək təzyiqin müxtəlif səbəbləri olduğu üçün ilk növbədə həkimə müraciət edilməlidir
Nazilə Xəlilbəyova: “Yüksək təzyiqi olan insanlar özlərinə diqqət göstərməlidirlər”

2005-ci ildən hər il mayın 17-si Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir.

Sputnik Azərbaycan Hipertoniya ilə Mübarizə Günündə Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyovadan yüksək təzyiqi olan insanların yerinə yetirməli olduqları beş tövsiyəni soruşub.

Nazilə Xəlilbəyova deyib ki, yüksək təzyiq olan insanlar özlərinə xüsusi diqqət göstərməlidir: “İlk tövsiyəm budur ki, yüksək təzyiqi olan insanlar mütləq həkimə müraciət etməlidir. Çünki yüksək təzyiqin müxtəlif səbəbləri var. Aydınlaşdırılmalıdır bu təzyiq osteoxondroz, ürək, ya böyrək problemi ilə əlaqəlidir. İkinci məsləhətim odur ki, insanlar qida rasiyonuna fikir versinlər və gecə vaxtı çox yeməsinlər. Həmçinin təmiz havada gəzinti, idman hərəkətləri edilməsi tövsiyə edilir. Yüksək daşıyıcısı olan insanlar stresdən uzaq olmalıdır. Digər ən vacib məqam isə yuxu rejiminə diqqət edilməsidir”.

Nazilə Xəlilbəyovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10

"Avroviziya-2021" iştirakçılarının cəsarətli obrazları

20
Rotterdamda "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsinin açılış mərasimi keçirilib. Müsabiqə iştirakçıları firuzəyi xalıda addımlayaraq bir-birindən möhtəşəm libaslarını nümayiş etdiriblər.

 

"Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsinin açılış mərasimi mayın 16-da Rotterdamdakı kruiz terminalında baş tutdu. Müsabiqə iştirakçıları təntənəli şəkildə bu il firuzəyi rəngdə olan xalının üstündən keçdilər.

Ancaq bu heç də bütün iştirakçılara nəsib olmadı: açılış mərasimində Malta, Polşa, İslandiya və Rumıniyanın nümayəndələri iştirak etmirdi. Məsələ burasındadır ki, ötən gün adıçəkilən ölkələrin komanda üzvlərinin bir neçəsinin COVID-19 testi müsbət çıxıb. Buna görə də, həmin komandalar müsabiqədə distant şəkildə iştirak edəcəklər.

Azərbaycanı isə "Avroviziya"da müğənni Samira Efendi "Mata Hari" mahnısı ilə təmsil edəcək.

Samira müsabiqənin Nive-Maas çayının sahilində keçirilən rəsmi açılış mərasimində məşhur dizayner Rüfət İsmayılın tikdiyi libasada görünüb. Onun saç düzümünü və makiyajını isə "Əvvəl və sonra" layihəsi ilə məşhurlaşan stilist Anar Ağakişiyev edib.

20
  • © Sputnik / Vladimir Astapkovich

    Müğənni Samira Efendi (Azərbaycan) Rotterdam kruiz terminalında keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © Sputnik / Vladimir Astapkovich

    Müğənni Stefaniya (Yunanıstan) Rotterdamdakı kruiz terminalında keçirilən "Avroviziya-2021" 65-ci mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © AP Photo / Peter Dejong

    Kiprdən olan müğənni Yelena Tsaqrinu Rotterdamda keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © Sputnik / Vladimir Astapkovich

    Müğənni Anjela Peristeri (Albaniya) Rotterdamda keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © AP Photo / Peter Dejong

    Norveç təmsilçisi "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © Sputnik / Vladimir Astapkovich

    Müğənni Samanta Tina (Latviya) Rotterdamdakı kruiz terminalında keçirilən "Avroviziya-2021" 65-ci mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © AFP 2021 / Kenzo Tribouillard

    Çexiya təmsilçisi, müğənni Benni Kristo "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © Sputnik / Vladimir Astapkovich

    Müğənni Manija (Rusiya) öz komandası ilə birlikdə Rotterdamdakı kruiz terminalında keçirilən "Avroviziya-2021" 65-ci mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © Sputnik / Vladimir Astapkovich

    "Hurricane" (Serbiya) qrupunun üzvləri Rotterdamdakı kruiz terminalında keçirilən "Avroviziya-2021" 65-ci mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © AFP 2021 / Kenzo Tribouillard

    Müğənni Eden Alene (İsrail) "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © Sputnik / Vladimir Astapkovich

    Almaniyadan olan sənətçi, musiqiçi, mahnı müəllifi Yendrik Sivart "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © Sputnik / Vladimir Astapkovich

    San-Marino təmsilçisi müğənni Senit Rotterdamda keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

  • © REUTERS / Piroschka van de Wouw

    "Avroviziya-2021"-in açılış mərasiminin aparıcısı, aktrisa Fenna Ramos.

  • © Sputnik / Vladimir Astapkovich

    Moldova təmsilçisi Natalya Qordiyenko ustadı Filipp Kirkorovla birlikdə.

  • © REUTERS / Piroschka van de Wouw

    Müğənni Anjela Peristeri (Albaniya) Rotterdamda keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.

Çay, arxiv şəkli

Qubada faciə: çaya düşən iki qardaşdan biri boğuldu

0
1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər.

BAKI, 17 may - Sputnik. Qubanın Qəçrəş kəndində faciəli hadisə baş verib.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub. FHN-in Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb.

Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Eləcə də oxuyun: 

* Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

* İsmayıllıda yeni ailə quran gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

* Oğuzda balıq ovu ölümlə bitdi

 

0
Teqlər:
FHN, həlak, qardaşlar, çay, Quba