Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru

Avropa Rusiyaya qarşı sanksiyalardan niyə imtina etmək istəyir politloq danışır

56
(Yenilənib 11:19 03.11.2019)
Politoloq Fikrət Sadıxov deyir ki, sanksiyalar Rusiyanın iqtisadi potensialına o qədər də böyük təsir göstərməyib
Fikrət Sadıxov: “Sağlam düşüncəli Avropa siyasətçiləri bunu anlayırlar”

“Avropanın Rusiyaya qarşı sansksiyaları məqsədinə çatmayıb”. Bunu Fransanın sabiq baş naziri Fransua Fiyon deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, sanksiyalar qərb ölkələri, o cümlədən ABŞ üçün vasitəyə çevrilib:

“Qərb ölkələri vasitə kimi sanksiyalardan aktiv şəkildə istifadə edirlər. Təbii ki, bu sanksiyaların ölkələrə iqtisadi baxımdan təsirləri var. Amma sanksiyalar Rusiyanın iqtisadi potensialına o qədər də böyük təsir göstərməyib. Rusiya daxili potensialından istifadə edir, hərbi sənaye imkanlarını artırır. Sanksiyalar sadəcə olaraq qarşıdurmanı gərginləşdirir. Sağlam düşüncəli avropa siyasətçiləri bunu anladıqlarına görə, sanksiyalardan imtina etmək istəyirlər. Ona görə də sanksiya tətbiq olunarkən nəzərdə tutulmuş məqsədlərə nail olunmur”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

56

Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”

91
(Yenilənib 23:16 08.08.2020)
Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azerbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov deyir ki, virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir
Vüqar Məmmədov: “Ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınır”

“Vektor” dövlət elmi mərkəzi koronavirus əleyhinə peyvəndin noyabrda istehsalını planlaşdırır. Bu barədə mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib.

Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov Sputnik Azərbaycan-a deyir ki, virusun mutasiya etmə ehtimalı yüksək olduğu üçün əldə ediləcək vaksinlərin nisbi effektiv olacağı ilə bağlı fikirlər var:

“Yəni bir müddət sonra bu vaksinlər də etibarsız ola bilər. Virusla mübarizənin iki mühüm yolu var. Birincisi vaksinasiyadırsa, ikincisi kollektiv immunitetin formalaşdırılmasıdır. Biz kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq. Əslində virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir. Azərbaycanda virusa yoluxan insanların böyük əksəriyyəti sağalıb, yoluxlanların 80 faizi xəstəlyi yüngül formada keçiriblər. Bu cür böyük rəqəmlər nəzərə alınmadan ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınırlar”.

Vüqar Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

91

Həftənin fotoları: güclü partlayış, maskalardan bikini nəhəng Ay

27
(Yenilənib 19:23 08.08.2020)
Sputnik Azərbaycan dünya agentliklərinin müxbirlərinin çəkdikləri ən parlaq və emosional fotoları oxucularının diqqətinə çatdırır

BAKI, 8 avqust — Sputnik. Ötən həftənin ən dəhşətli hadisəsi Livanın paytaxtı Beyrutda baş verdi. Oradakı liman anbarlarında təhlükəsizlik qaydaları pozulmaqla saxlanan 2,7 ton ammonium nitrat partlayaraq 158 nəfərin ölümünə, 5 min nəfərin yaralanmasına səbəb oldu. Partlayış yaxınlığındakı binalara, infrastruktura ciddi ziyan dəydi.

Almaniyada etiraz aksiyaları keçirildi. Berlindəki mitinqdə 20 mindən çox insan koronavirus pandemiyası səbəbindən tətbiq edilən məhdudlaşdırma qaydalarına etiraz edirdi. Qonşu Fransada isə həmin ərəfədə meşə yanğınları başladı. Ölkənin cənubunda, minlərlə hektar meşənin məhv olduğu ərazilərdən 2700 nəfər təxliyə edildi. Yanğın yaşayış evlərinə yaxınlaşmaqdadır, bir neçə ev zərər görüb.

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

 

27
  • © AFP 2020 / Sam Panthaky

    Əhmədabaddakı Bhekhaddhari Goga Maharaj məbədinin işçisi vəhşi heyvanlara yem verir, Hindistan

  • © AP Photo / Ben Birchall / PA

    Bristolda hava şarları festivalının iştirakçısı

  • © AFP 2020 / Sonny Tumbelaka

    Bali adasında insanlar brakonyerlərdən müsadirə olunan yaşıl dəniz tısbağalarını suya buraxmağa hazırlaşırlar

  • © AFP 2020 / ANP / Robin van Lonkhuijsen

    Rotterdamda nümayiş zamanı maskalardan bikini geymiş qadın, Niderland

  • © AFP 2020 / Noah Seelam

    Heydərabadda mobil koronavirus testi məntəqəsində analiz verən qadın, Hindistan

  • © AFP 2020 / Xavier Leoty

    La-Kuronda meşə yanğını, Fransa

  • © REUTERS / Christian Mang

    Berlində koronavirus pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlərə qarşı mitinqdə vəba maskası taxmış qız, Almaniya

  • © Sputnik / Vladimir Astapkovich

    Moskvanın Tverskaya küçəsində yol örtüyünün dəyişdirilməsində istifadə olunan texnika

  • © REUTERS / Aly Song

    Şanxayın Lutsyayzuy maliyyə rayonunda velosiped sürən insanlar, Çin

  • © AP Photo / Michael Probst

    Frankfurt meydanında sabun köpükləri, Almaniya

  • © AFP 2020 / Chandan Khanna

    Mayami-Biçdə iti ilə yağışa düşən qadın, ABŞ

  • © REUTERS / Thomas Peter

    Pekinin işgüzar rayonunda Moailərin surətləri önündə velosipedli qız, Çin

  • © REUTERS / Thomas Mukoya

    Nayrobidə müsəlmanlar Qurban bayramı üçün keçi alırlar, Keniya

  • © REUTERS / Bruno Kelly

    Amazonas teatrında dezinfeksiya işləri, Braziliya

  • © REUTERS / Adnan Abidi

    Ayodhyada Ram Məbədinin bünövrəsinə daş qoyulması münasibətilə bayram, Hindistan

  • © AFP 2020 / Pedro Pardo

    San Migel Hikoda məzarçı yeni qəbir qazır, Meksika

  • © Sputnik / Evgeny Odinokov

    Moskvanın Tverskaya küçəsində yol örtüyünün dəyişdirilməsi, Rusiya

  • © Sputnik / Konstantin Mihalchevskiy

    Krımda dincələnlər

  • © Sputnik / Valery Melnikov

    Beyrutda partlayışın nəticələri, Livan

  • © Sputnik / Ramil Sitdikov

    Moskva yarımmarafonu - 2020-nin iştirakçısı, Rusiya

  • © Sputnik / Roscosmos

    Baykonur kosmodromundan "Proton-M" raketdaşıyıcısının buraxılması, Qazaxıstan

  • © Sputnik / NASA

    Amerikanın Crew Dragon kosmik gəmisi Meksika körfəzində suya endi, ABŞ

  • © Sputnik / Michael Alaeddin

    Beyrutda partlayış, Livan

  • © AP Photo / Thanassis Stavrakis

    Yunanıstanda nəhəng Ay doğdu

Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0