İnanılmaz "Sarı gəlin" layihəsi: fərqli yanaşma, fərqli rəqs VİDEO

350
(Yenilənib 22:59 05.01.2018)
Azərbaycanın məşhur xalq mahnısına yeni tərzdə klip çəkildi

Azərbaycanlı rəqqas və idmançılar birlikdə maraqlı layihə həyata keçiriblər.

Sputnik Azərbaycan xəbər verir ki, "SILENCE" şou qrupunun ifasında həyata keçirilən və "Sakitlik" adlanan teatral klipin ideya müəllifi Fərman Lazımovdur. "Sarı gəlin"in remiks versiyası ilə müşayiət olunan videoda Fariz Musayev, Fərman Lazımov, Ramil Məmmədli, Zəvvar Kərimov, Aytən Musayeva, Zulya Qazıyeva, Əsmər Rəhimova, və Nərminə Aslanova iştirak edir.

Qeyd edək ki, klipin rejissoru Kamran Quliyev, işıq üzrə mütəxəssislər Ramin İsmayılov və Aqil Həsənovdur.

350
Teqlər:
"SILENCE" şou qrupu, "Sarı gəlin", rəqs, klip, layihə
Əlaqədar
Unikal “Musiqinin rəngləri” təqdim edildi - FOTOLAR
Ecazkar səsə malik dahi musiqiçimiz
ABŞ musiqiçisi Azərbaycan himnini səsləndirdi
Cəmi 12 yaşı var, 44 musiqi alətində ifa edir
Əfsanəvi musiqi qrupu geri qayıdır
(2:02 / 12.63Mb / просмотров видео: 70)

Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb VİDEO

91
(Yenilənib 17:28 27.10.2020)
Ermənistan SQ növbəti dəfə atəşkəsi pozaraq yaşayış məntəqələrimizi atəşə tutmağa davam edir. Tərtər şəhərinin dünən axşam “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutulmasından sonra necə göründüyünü videomuzda izləyin.

Dağlıq Qarabağda artıq sayca üçüncü humanitar atəşkəs oktyabrın 26-da saat 08:00-da başlamalı idi. Amma Ermənistan SQ yenidən atəşkəsə məhəl qoymur.

Xüsusilə də Tərtər rayonu ağır artilleriyadan və toplardan atəşə tutulur. Ötən gün axşam saatlarında rayonun yaşayış məntəqələri raketlərdən də atəşə tutulub. Ən çox atəşə məruz qalan yaşayış məntəqələri Qapanlı, Qazyan, Hüsənli, Düyərli, Səhləbad kəndləri və rayon mərkəzidir.

Şəhər mərkəzinə düşmüş raket xeyli zərər yetirib, evi darmadağın edib, yaşamağa yararsız hala salıb. Ötən gün saat 18 radələrində Düyərli kənd sakini İsgəndər Həsənovun həyətinə atılan raket xoşbəxtlikdən partlamayıb. Digəri isə Nazim Quliyevin həyətinin aşağı hissəsinə düşərək partlayıb.

Kənd sakinləri yekdilliklə bildiriblər ki, Ermənistan SQ heç bir halda atəşkəsə məhəl qoymayıb, rayonu, dinc sakinləri atəşə tutmağa davam edib.

91
Teqlər:
atəş, Tərtər, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(2:07 / 16.42Mb / просмотров видео: 140)

Bir ay cəbhədə: Bakılılar əsgərlərimizə arzulamaq istədilər video

96
Artıq düz bir aydır ki, əsgərlərimiz ön cəbhədə əks-hücum əməliyyatlarını davam edir, torpaqlarımızı qarış-qarış qan-tərlə azad edirlər. Bakılıların cəbhədə vuruşan əsgərlərimizə nə arzu etmək istədiklərini videomuzda izləyin.

Artıq bir aydır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qızğın döyüşlər gedir. Əsgərlərimizin bizə yaşatdığı hər qələbə bizi sevindirir. Hal-hazırda bütün Azərbaycan xalqının duaları onların yanındadır.

Sputnik Azərbaycan bakılılara əsgərlərimizə öz ürək-dirək sözlərini çatdırmaq imkanı yaratmaq istəyib. Daha ətraflı – videomuzda izləyin.

Qeyd edək ki, 10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

96
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

44
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

44
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı