Senior US administration official said that Ukraine's membership in NATO is not being considered by the alliance.

NATO sammitinin əsas hədəfi Rusiyadır

51
(Yenilənib 00:20 09.07.2016)
Politoloq Azər Rəşidoğlu hesab edir ki, Rusiya bu məsələyə seyrçi qala bilməz.

BAKI, 8 iyul-Sputnik. Polşanın paytaxtı Varşavada NATO sammiti başlayıb. Sammitdə alyansın təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı qərarlar qəbul ediləcək.

NATO liderləri 2 günlük görüşdə Estoniya, Latviya, Litva və Polşaya rotasiya əsasında çoxmillətli taborun göndərilməsini razılaşdıracaqlar. Müttəfiqlər kiber müdafiənin, mülki hazırlığın, ballistik raketlər əleyhinə müdafiənin gücləndirilməsi istiqamətində addımlar atacaq, stabilliyin təmin edilməsi üçün alyansın İraqdakı təlim missiyasını genişləndirmək və onun Mərkəzi Aralıq dənizi bölgəsindəki rolunu artırmaqla bağlı da razılıq əldə edəcəklər.

NATO-nun Varşava sammitinin iştirakçıları
© REUTERS / Kacper Pempel
Sammitdə İŞİD əleyhinə qlobal koalisiyanın dəstəklənməsi üçün havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrinin (AWACS) göndərilməsi təsdiqlənəcək.

Politoloq Azər Rəşidoğlu "Sputnik"ə açıqlamasında bildirib ki, keçirilən sammit jest xarakteri daşıyır: "Polşa və Baltikyani ölkələrin NATO-ya açılması Cənubi Qafqazı da Avro-Atlantik məkana inteqrasiyaya sövq edir. Artıq Gürcüstanın bu alyansla daha sıx əməkdaşlığı və orada qərbyönlü siyasi hakimiyyətin bərqərar olması prosesinə başlandığı görünür. Bu, MDB məkanına təsirini göstərəcək və Avro-Atlantik məkanına inteqrasiya meyilləri güclənəcək".

Ekspert hesab edir ki, NATO sammitinin əsas hədəfi Rusiyadır. "Bu baxımdan, Rusiya bu məsələyə seyrçi qala bilməz. Odur ki, bu istiqamətdə hər-hansı bir addım atarkən ölkənin maraqlarının buna nə dərəcədə cavab verdiyini düşünmək lazım gəlir", — deyə o əlavə edib.

Azər Rəşidoğlunun sözlərinə görə, sammitin Azərbaycan diplomatiyasına birbaşa təsiri olmayacaq: "Güman edirəm ki, Azərbaycan birmənalı şəkildə ortaya mövqe qoymayacaq və açıq qapı, balanslaşdırılmış diplomatiya siyasətini davam etdirəcək. Yəni Azərbaycan prezidentinin Varşavada NATO sammitində iştirak etməsi Avro-Atlantik məkana inteqrasiya meyillərindən xəbər verir.

Buna baxmayaraq, yaxınlarda Rusiya xarici işlər naziri Lavrovun Azərbaycana səfəri, həmçinin Azərbaycan və Rusiya prezidentlərinin görüşü nəzərdə tutulub. Geosiyasi müstəvidə rəsmi Bakı balans siyasətini davam etdirir. Yəni, həmin sammitin Azərbaycan diplomatiyasına birbaşa təsirinin olacağını ehtimal etmirəm, amma ümumillikdə MDB məkanında anti-rusiya meyillərinin güclənəcəyini və Avro-Atlantik məkana inteqrasiya tendensiyasının artan xətt üzrə inkişaf edəcəyini proqnozlaşdıra bilərik".

Qeyd edək ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir.

51
Teqlər:
Avroatlantik, Litva, MDB, Estoniya, Varşava, Politoloq Azər Rəşidoğlu, Polşa, NATO, Gürcüstan, Dağlıq Qarabağ, Sergey Lavrov, Latviya, İlham Əliyev, Rusiya
Əlaqədar
NATO-nun sammiti başlayıb
NATO sammitində Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir
NATO Rusiyanın "qulağının dibinə" yaxınlaşdı
"NATO daxilində böhran başladığının şahidi olacağıq"
Rusiyadan NATO-ya ismarıc: "Şərəf sözü veririk ki..."

Cəbiş müəllim Novruz çərşənbələri haqda - VİDEO

16
(Yenilənib 11:23 02.03.2021)
İlin ən çox gözlənən, sevimli bayramı Novruza sayılı günlər qalıb. Novruz atributları, ənənələri haqda məlumatı Cəbiş müəllim təqdim edir.

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. İlin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.

Cəbiş müəllim Azərbaycanda Novruz ənənələri, çərşənbələrin mahiyyəti barədə danışır.

Od çərşənbəsi qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.

Qeyd edək ki, üçüncü, Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.

16
Teqlər:
Cəbiş müəllim, Od çərşənbəsi, Novruz

Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndindən videogörüntülər yayıb

10
Ermənistan silahlı qüvvələri Düdükçünü 2 oktyabr 1992-ci ildə işğal edib. Kənd 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib

BAKI, 2 mart — Sputnik. Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndindən videogörüntülər yayıb. 

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Qeyd edək ki, Düdükçü — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənddir. Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal olunub. Kənd 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

10
Teqlər:
Müdafiə Nazirliyi, video, kənd, Xocavənd
 COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusdan ölənlərin sayı 3200-ə çatdı

0
Ermənistanda son gündə daha 5 nəfər ölüb. Qonşu ölkədə ümumilikdə bu virusdan ölənlərin sayı 3 200-ə çatıb.

BAKI, 2 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 172 456-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 240 nəfər artıb.

Ermənistanda son gündə daha 5 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 200-ə çatıb. Xəstəlikdən sağalanların sayı 163 738 nəfər olub. Hazırda bu ölkədə 4 700 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,4 milyonu keçib, 2,53 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0