Арктика

Buz dövrü yaxınlaşır

329
(Yenilənib 12:05 13.08.2015)
Ekspertlər hesab edir ki, indi baş verən qlobal istiləşmə yaxın gələcəkdə növbəti buz dövrünün gəlişinə səbəb ola bilər

Buz dövrü yaxınlaşır
Hələ bir neçə il əvvəl bəzi alimlər 2015-ci ildə dünyanı qlobal soyuqlaşmanın gözlədiyini sübut edirdilər. Lakin bütün bunlar akademik və digər nəşrlərdə zaman-zaman çıxan proqnoz olaraq qalıb.

Yaponiyanın Dəniz Araşdırmaları üzrə agentliyinin əməkdaşları bildiriblər ki, Qrinland dənizinin su temperaturu şimal yarımkürəsində hələ 1980-ci ildə başlanan qlobal istiləşmənin bitdiyini göstərir. Bir çox alımlər dərhal parallellər yaratdılar – orta əsrlərdə qlobal istiləşmədən sonra qlobal soyuqlaşma – kiçik buz dövrü başlamışdır. 1621-ci ildə Bosfor boğazı, 1709-cu ildə Adriatik dənizi donmuşdur. Temza və Dunay çaylarının üzərində konki və xizəklər sürürdülər, London isə qarda batmışdı. Rusiyada faktiki olaraq üç il ardıcıl (1601, 1602, 1604-cü illərdə) güclü şaxtalar oldu.

Nəzəri fizik Aleksey Karnauxov hesab edir ki, bu gün belə ssenariyə hadisələrin real inkişafı kimi baxmaq olar:

“İndi baş verən qlobal istiləşmə yaxın gələcəkdə növbəti buz dövrünün gəlişinə səbəb ola bilər. Güman edilir ki, qlobal istiləşmə Qrenlandiyada buzların əriməsinə, Şimali Buzlu okean və Şimali Atlantikada sularını şirinləşməsinə səbəb ola bilər ki, nəticədə də bu, Şimali Atlantika axınlarının xassələrini dəyişə bilər. Məsələn indi, Qrenlandiya və Kanada arasında axan Labrador axını Qolfstrim axını ilə üz-üzə gəlir və daha az sıxlığı olduğuna görə, Qolfstrim axınının altına keçərək, ona Avropanı isitməyə imkan verir. Lakin şirin su miqdarının artması ilə Labrador axını Qolfstrimlə toqquşaraq onu cənuba sıxa bilər ki, bu da Şimal yarımkürəsinin istilik təminatını poza bilər. Bundan ən çox Avropa, sonra isə Şimali Amerika zərər çəkəcək. Rusiya da bundan qorxmalıdır. Qolfstrimin saxlanması nəticəsində Avropada temperatur 20 dərəcə aşağı düşə bilər”.

Son illərin təqdiqatları bir çox alimləri belə bir nəticəyə gətirib ki, istixana effekti növbəti bir nəzəriyyə deyil, reallıqdır. Bununla yanaşı, istixana effektinə insan amili və ətraf mühitə sənaye təsirinin əsas səbəb olduqları fikri ilə hamı razılaşmır. Meteorit düşməsini də səbəb kimi qəbul etmək olar, — Aleksey Karnauxov davam edir:

“Mümkündür ki, keçmişdə meteoritlərin düşməsi kiçik istixana fəlakətlərini yaradırdı ki, nəticədə dinozavrlar ölürdü. Əlbəttə ki, əsas təhlükə iqlim dəyişikliyidir. Soyuqlaşma deyil, istiləşmələr, planetdə formalaşmış kimyəvi tarazlığın pozulması və qlobal istiləşmənin dönülməz mərhələyə keçidi – bütün bunlara mən istixana fəlakəti deyirəm. Məhz iqlim dəyişikliyi bizim planeti Veneraya çevirə bilər. Venerada olduğu kimi bizim planet üzərində də həyat mümkünsüz olsun”.

Bununla yanaşı, insanların tez-tez bir sıra təbii amillər səbəbindən yaranan problemlərlə qarşılaşdığını unutmaq olmaz. Belə halların ən bariz nümunəsi kimi Fukusima nüvə elektrik stansiyasındakı qəzanı qəbul etmək olar, — "Futura.ru" layihəsinin meneceri Serqey Moskalyov deyir:

“Məsələn, Fukusima nüvə zavodunda yaranan qəza birbaşa reaktorların partlaması ilə bağlı deyil. O, onunla bağlıdır ki, sunami nəticəsində orada çökmə yaranmışdı.  Sonra 10 saatdan çox iş gedirdi, insanlar Tokio hökümətini gözləyərək reaktoru söndürə bilmirdilər. Yəni insanlar məsuliyyəti öz üzərinə götürərək reaktoru söndürməyə qorxurdular.. Buna görə biz hansısa təbiət hadisəsinin insanların da iştirak etdikləri kaskad böhrana gətirib çıxardığını görürük. Nəticə isə — böyük itkilər, 100-150 il sonra yaşayışa uyğun olacaq böyük sahə, on minlərlə insanın miqrasiyasıdır”.

Lakin bir çox ekspertlər qlobal istiləşmə ssenarisini istisna etməyə tələsmirlər. Axı buzların əriməsi flora və faunanın dəyişilməsinə, eləcə də su təminatı probleminə səbəb olacaq. Deməli, insanların yeni yaşayış mühitinə düşəcəklər.

“Sputnik” (Rusiya)


329

Hadrutda aşkarlanan ikona Bakıya gətirildi - FOTOLAR

23
Rus Pravoslav Baş Kafedral Kilsəsində ("Jen Mironosits" pravoslav kafedral kilsəsi) Hadrutdan tapılan ikonanın təntənəli şəkildə Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilməsi mərasimi keçirilib. Daha ətraflı - Sputnik Azərbaycan-ın fotolentində.

BAKI, 28 noyabr — Sputnik. Azərbaycan ordusunun istifadə etdiyi ağır texnikanın təmiri ilə məşğul olan "Turan" şirkətinin direktoru Səfər Səfərli erməni işğalından azad olunmuş Hadrut qəsəbəsindən tapılmış və üzərində İsa Məsihin təsviri olan ikonanı Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopuna təhvil verib.

Səfərli bildirib ki, ikona Hadrutda aparılan təmir işləri vaxtı aşkar olunub. Dini atribut tamamilə təsadüfən palçığın içindən tapılıb. İkona təmizlənrək Bakıya gətirilib ki, kilsəyə təhvil verilsin.

"Azərbaycanda həm islam, həm də xristian dininin müqəddəs atributlarına eyni dərəcədə hörmətlə yanaşılır", - deyə Səfərli qeyd edib.

İkona Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı üzrə arxiyepiskopu Aleksandra təhvil verilib. O isə öz növbəsində əmin edib ki, dini atribut Bakı Provaslav Kilsəsində layiqli yerini tutacaq.

Kilsə əməkdaşlarının sözlərinə görə, ikonanın təxminən 150 yaşı var. Onun üzərinə xüsusi texnika ilə əlində kitab tutmuş İsa Məsihin təsviri həkk olunub. Kitabın üzərindəki yazı qədim slavyan dilində yazılıb və orada bu sözlər öz əksini tapıb: "Ey ehtiyac və dərd sahibləri, mənə tərəf gəlin, sizi əbədi rahatlığa qovuşduracağam".

23
  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    "Turan" şirkətinin direktoru Səfər Səfərli Hadrutda tapılan ikona ilə.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atribut Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopuna təhvil verilib.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı.

İstisu qəsəbəsi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstisu qəsəbəsindən möhtəşəm videogörüntülər yayıb

66
Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

BAKI, 28 noyabr — Sputnik. Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörüntülər hazırlayıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:

Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

66
Teqlər:
Kəlbəcər rayonu, Kəlbəcər, "İstisu" Müalicəvi İstirahət mərkəzi, İstisu, Müdafiə Nazirliyi
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

0
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

0