Anders Behring Breivik, makes a salute after arriving in the court room at a courthouse in Oslo

Breyviki kim yetişdirib?

47
(Yenilənib 12:52 11.08.2015)
Ekspertlər belə hesab edirlər ki, Andres Breyvikin törətdiyi terror aktları ilə Norveç və Britaniya xüsusi xidmət orqanlarının əlaqəsi olub

BAKI, 11 avq — Sputnik. Anders Breyvik müasir Norveç tarixinə ən qanlı terrorçu kimi düşüd. Oslonun hökumət məhəlləsində bomba partlayışı nəticəsində səkkiz nəfər həlak olub. Utoya adasında İşçi Partiyasının Gənclər Liqasının düşərgəsində törədilən kütləvi qırğında isə 69 nəfərin həyatına son qoyub, onlarla adam yaralanıb. 

Breyvik həmişə öz şovinist baxışlarını internetdə təbliğ etməkdən çəkinməyib və hətta ari görnüşü xoşuna gəldiyi üçün kosmetik əməliyyat da etdirib. Amma məsələ təkçə onun xarici görnüşü ilə məhdudlaşmayıb. 

O, heç zaman işçi miqrantlar kimi müştərilərə xidmət edən Yaxın Şərq və Cənubi Asiya immiqrantlarından xoşlanmayıb və bu adamların onda qıcıq yaratdığını bildirib. Breyvik millətçi olduğundan hər hansı multikulturalizm təzahürlərinnə nifrət ediridi, eləcə də müsəlmanlarla mübarizə aparmağa hazır idi. Onun fikrincə, müsəlmanlar Avropa ölkələrin vətəndaşlığını qazanaraq terror təşkilatlarını dəstəkləyirlər. Breyvikin dostları bildirib ki, onda millətçiliyə maraq 25 yaşından yaranıb.

O, öz hüquqlarından istifadə edərək qanuni silah sahibi olmuşdu. Norveç təhlükəsizlik xidməti isə onun bəyanat və çağırışlarını xüsusilə izləmirdi. Xarici kəşfiyyat xidməti veteranı Lev Korolkov hesab edir ki, bunun səbəbini Norveçdəki sakit həyat tərzində axtarmaq lazımdır:

“Norveç xüsusi xidmətləri “Böyük səkkizlik” və ya Rusiya kimi kompleks əməliyyat mühiti olan ölkələrdəki kimi deyil. Norveç terror hadisəsinin baş vermədiyi olduqca sakit ölkərdəndir. Lakin Breyvik onlara məlum idi. O, partlayıcı komponentlərini sifariş edib alırdı, irqçi fikirlər bildirirdi. Breyvik Hitler qaydalarının və irqçiliyin tərəfdarı idi”.

İstisna etmək olmaz ki, bəlkə də Breyviki məhz o xüsusi xidmətlər öz məqsədləri üçün istifadə edirdilər, — Rusiya Hərbi Elmlər Akademiyasının eksperti Vladimir Proxvatilob deyir:

“Məlum olduğu kimi, Norveç də Böyük Britaniya kimi krallıqdır və orada hökmranlıq edən sülalələrin şəcərəsi birdir. Bu Saksen-Kaburq sülaləsidir. Bu o deməkdir ki, Norveç və Böyük Britaniya krallıqlarının xüsusi xidmət və siyasi elitaları arasında gizli rabitə və təsir kanalları var. Ekspertlər arasında belə bir fikir var ki, Breyvikin terror aktına Norveç xidməti ilə uyğun olaraq Britaniyanın Mİ-6 kəşviyyatı aiddir. Bu terror hücumu ilə onlar hədəfə aldıqları məqsədlərinə nail olmaq istəyirdilər. Beləliklə, millətçilik hərəkatı və millətçi qrupları vurdular”.

Lakin daha əhəmiyyətli bir fakt qalır ki, Breyvik tək deyil və Avropada millətçilik ideyası tərəfdarlar artır. Bu əsasən iqtisadi problemlərlə bağlıdır. İqtisadiyyat zəif inkişaf edir, immiqrantlar üçün sosial proqramlar isə avropalıların özlərinə çəkilən xərci azaldır.

Nəticədə, ticarət proteksionizmi fikirləri və xarici işçilərin əmək bazarını pozması ittihamları artır. İqtisadiyyatı dəstəkləmək üçün söhbətlər də əcnəbilərin uzaqlaşdırılması çağırışları ilə bitir. Lakin Afrika və Yaxın Şərq köçkünlərindən sonra çətinliklərin günahkarları, çox güman ki, yaxın qonşular olacaq.

Milyonlarla avropalı Yunanıstan, Portuqaliya və digər iqtisadi fəlakətlə üzləşən dövlətlərə köməyə qarşı çıxırlar. Avropada millətçilik nəinki sürət yığmağa, həm də müxtəlif formalara çevrilməyə qadirdir. İnsanlar isə qarşılaşdırları problemlərə görə, daim günahkar axtarmaqda davam edəcəklər.

“Sputnik” (Rusiya)


47