Side, Turkey. A street cafe

Turizm yeni perspektivlər vəd edir

153
(Yenilənib 11:48 11.08.2015)
İqtisadcı ekspert Vüqar Bayramlının fikrincə, ölkə başçısının turizm sektorunun inkişafı ilə bağlı tapşırıqları olduqca vacibdir

“Azərbaycanda infrastruktur layihələri icra edilir, neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdü. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları — Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir”. Bu fikri Prezident İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışında deyib.

Dövlət başçısı bildirib ki, ölkənin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur. Bəs turizmin inkişafı üçün nə lazımdır? İlk növbədə gərək səni tanısınlar. Biz ölkəmizi tanıtdırırıq, dünya miqyasında, xarici ölkələrdə təqdimatlar, mədəniyyətimizlə, inkişafımızla bağlı tədbirlər keçiririk. Eyni zamanda, Azərbaycanda mötəbər beynəlxalq yarışlar, mədəni tədbirlər, festivallar, müsabiqələr təşkil olunur.

İqtisadcı ekspert Vüqar Bayramlı Azərbaycanın turizm imkanlarının yeni perspektivlər vəd etdiyini deyir:

“Turizm sektorunun infrastrukturunun inkişaf etdirilməsi praktik olaraq ölkəyə gələn turistlərin sayının artmasına səbəb olub. 2014-ci ildə ölkəyə gələn turistlərin sayı 2 milyon 400 mindən çox olub. Son beş ilin statistikası göstərir ki, ölkəyə gələn turistlərin sayında artım var. Amma, razılaşmaq lazımdır ki, ölkəyə gələn turistlərin sayının artmasına baxmayaraq hələlik Azərbaycan ölkəyə gələn turistlərin sayına görə hətta qonşu Gürcüstan ilə müqayisə də belə uduzur. Gürcüstana gedən turistlərin sayı Azərbaycana gələn turistlərin sayından təxminən iki dəfə çoxdur. O baxımdan neftin ucuzlaşması fonunda turizm sektorunun inkişaf etdirilməsi və turizm sektoruna daha çox diqqətin ayrılması vacibdir. Eləcə də turistlərin cəlb edilməsi yolu ilə ölkəyə daxil olan sərmayənin həcminin artırılmasına ehtiyac var. Bu aspektdən ölkə başçısının turizm sektorunun inkişafı ilə bağlı tapşırıqları olduqca vacibdir”.

Prezidetn İlham Əliyəv Qəbələ də daxil olmaqla respublikanın bir sıra regionlarında turizm üçün əlverişli olan infrastruktur bazanın yaradıldığını verğulayıb. “Şamaxıda, Naftalanda, Qalaaltıda, cənub zonasında da otellər inşa olunub. Budur bizim siyasətimiz və inkişafımız və biz bunu dünyada yaşanan maliyyə və iqtisadi böhran dövründə əldə edirik. Bu gün elə bir ölkə tapmaq çətindir ki, bu böhran ona təsir etməsin — hansısa ölkələrə daha çox, hansısa ölkələrə daha az. Amma Azərbaycan böhranlı illərdə inkişaf edir, belə gözəl əsərlər yaradır”-, dövlət başçısı bildirib.

Vüqar Bayraml da qyri-neft sektorunda turizmin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır:

“Azərbaycanın turizmin inkişafı ilə bağlı kifayət qədər potensialı var həm tarixi, həm iqlimi və coğrafiyası, həm də yerləşdiyi region imkan verir ki, Azərbaycan turizm sektorunu inkişaf etdirə bilsin. Bu potensilaın real işə çevrilməsi o deməkdir ki, Azərbaycan turizmi prioritet sektor elan etməklə daha çox vəsaitin iqtisadiyyata daxil olmasına imkan yarada bilər. Düşünürəm ki, turizm prioritet istiqamət olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi və ölkəyə daxil olan valyutanın həcminin artırılmasına zəmin yarada bilər”.

Azərbaycanın kikayət qədər inkişaf etdirilmiş turizm potensialı tək daxili istifdə yox, xarici turistlər üçün də cəlbedicidir. Statistika da göstərir ki, ölkənin müxtəlif kurort zonalarına gələn turistlərin sayı ildən-ilə artmaqdadır. 


153