Bir müddət əvvəl metro keçidlərində bəzi yönümlü ticarət obyektlərinin açılışına icazə verildi. İndi isə 15 aylıq fasilədən sonra reklam lövhələri bərpa olunur. Artıq bir neçə metrostansiyalarda reklam lövhələrinin quraşdırılmasına başlanılıb.
"Bakı Matropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Sputnik”ə açıqlamasında reklam lövhələrinin yenidən bərpa olunması ilə bağlı fikirlərini bölüşüb. Nəsimi Paşayev "Bakı Matropoliteni" QSC yaradılarkən reklam lövhələrinin yığışdırlmasını belə izah etdi:
“Həmin vaxt reklam vasitələri nəzarətsiz idi. Xaos höküm sürürdü. 10-15 il əvvəl quraşdırılan reklam lövhələrinə heç bir texniki qulluq göstərilməmişdi, çox bərbad vəziyyətdə idilər. Həmçinin sərnişinlərin zövqünə pis təsir edirdi. Vaqonlarda olan manitorlar, səslər insanları narahat edirdi. O vaxt qərara gəlindi ki, reklam vasitələri yığışdırılsın. Biz o zaman da bəyan etmişdik ki, reklam vasitələrindən yenidən istifadə olunacaq. Amma müasir vasitələrdən istifadə olunmalıdır, ən əsası da sərnişinlərin hərəkətinə, təhlükəsizliyinə maneçilik törətməyən reklam vasitələri olmalıdır”.
Artıq reklamların bərpa edilməsi ilə “Bakı Matropoliteni” QSC-də yeni struktur yaradılıb. Bu struktur reklam yerləşdirmək istəyən şirkətlərlə birbaşa əlaqə qurur. Arada heç bir əlaqələndirici reklam şirkəti yoxdur:
“O vaxtdan sonra müəyyən işlər görürdük, hazırlıq işləri aparırdıq. Artıq stansiyaların platformalarının divarlarında işıqlı reklam lövhələri vurulub. Onlar müasir şəkildə, təmiz, səliqəli formada hazırlanıb. Əvvəlkilərdən fərqli olaraq indi Bakı Metroploiteni reklam verən şirkətlə birbaşa fəaliyyət göstərir. Arada heç bir reklam şirkəti, əlaqələndirici yoxdur. Bu haqda qərar verilib və artıq Bakı Metropolitenində bu işi görən struktur var”.
Reklamların qiymətinə gəlincə isə Nəsimi Paşayev qiymətlərin mütəlif olduğunu, stansiyaya, reklamın yerləşdiriləcəyi yerə görə dəyişdiyini deyir:
“Təbii ki, reklam verəcək şirkətlərin seçəcək yeri var. Hər stansiyanın özünün qiyməti var. Reklamların vurulması üçün müxtəlif yerlər təklif olunur. Məsələn, platformalar, eskalatorların divarlarında, keçidlərdən istifadə edərək şirkətlər öz məhsullarını reklam edə bilərlər. Təbii ki, burada qiymətlər fərqlidir. İstənilən reklam verən şirkət bizə yaxınlaşdıqda qiymətləri bilir. “Dərnəgül” və “28 May” stansiyalarında əlbətdə ki, reklamın qiyməti fərqlidir. Sərnişin sıxlığına, yerləşdiyi əraziyə, platforma divarları, eskalatorun divarlarını hər birinin qiymətləri var. Eyni zamanda hər bir reklam vasitəsinə görə də qiytmtlət fərqlənir”.
Qeyd edək ki, metroda görüntülü və çap reklamları, ticarət köşkləri 2014-cü ilin aprelində, metropolitenin o zamankı rəisi Tağı Əhmədov vəzifədən uzaqlaşdırılandan sonra dayandırılmışdı.
Ötən həftə dünyada maraqlı hadisələrlə yadda qaldı. Dünya artıq iki milyondan çox insanın həyatına son qoyan koronavirusla mübarizəni davam etdirir.
Birləşmiş Ştatlarda Co Baydenin inauqurasiya mərasimi keçirildi - o, ölkənin 46-cı prezidenti oldu.
Madriddə yaşayış binasında güclü partlayış nəticəsində dörd nəfər öldü, ondan çox insan isə yaralandı. Partlayış Virhen-de-la-Paloma rahiblərinin yaşadığı məhəllədə baş verdi. Hadisənin səbəbləri araşdırılır.
Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.
Dehlidə parad zamanı Hindistan ordusunun əsgəri.
Allahabadda "Ölüm divarı" şousu zamanı kaskadyor tryuk göstərir.
ABŞ-ın yeni Prezidenti Cozef Bayden həyat yoldaşı Cill Baydenlə andiçmə mərasimi zamanı.
Polis əməkdaşı və aksiya iştirakçısı Vyanada koronavirusla bağlı məhdudiyyətlərə etirazlar zamanı.
İsland atı və Şotland ponisi Frankfurt yaxınlığında Verhaym at zavodunda oynayırlar, Almaniya.
İndoneziyanın Mamudcu şəhərində zəlzələ zamanı dağılan hökümət binası.
İsraildə üçüncü lokdaun zamanı Aşkelon çimərliyində qaçan kişi.
Moskva ətrafında xristianlar İstra çayında buzlu suya girirlər.
Donald və Melanya Tramp Ağ Evi tərk edirlər.
Yanğınsöndürənlər Madridin mərkəzində partlayış baş verən binada.
BƏƏ-də Liva səhrasında insan.
Amerikalı fiqurlu konkisürənlər Molli Çesanek və Yeqor Yeqorov Las-Veqasda ölkə çempionatında çıxış edirlər.
Uqandada Milli Müqavimət Partiyasının tərəfdarları Yoveri Museveninin prezident seçkilərində qələbəsini qeyd edirlər.
İsraildə İordan çayının sahilində atılmış fermada qalan timsahlar.
Qondarda qızcığaz açıq qapıdan evə baxır, Efiopiya.
İtaliyada Etna vulkanının püskürməsi.
Uşaqlar İstanbulda qarlı havada əylənirlər.
Qadın dinozavr kostyumunda olan insanla selfi çəkdirir.
ABŞ-ın 46-cı Prezidenti Co Baydenin inauqurasiya mərasimində Howard University Showtime orkestrinin çıxışı.
Əlil alpinist Lai Chi-wai Honq-Konqda Nina qülləsinə qalxmağa çalışır.
Qadın Mexikoda San Nicolas Tolentino qəbiristanlığının divarlarında çəkilmiş qraffitinin qarşısından keçir.
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Qamışlı kəndindən videogörüntülər paylaşıb.
Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".