Оглашение приговора Юлии Тимошенко

Həmişə normal qadın olmaq istəmişəm

20
(Yenilənib 11:53 28.07.2015)
“Hörüklü qadın”, “qaz şahzadəsi”, “Dəmir ledi”, “Slavyan madonnası”, “Ledi Yu”, “Narıncı inqilabın ikonası”... indi isə təqaüdçü Yuliya Timoşenko

Onu “hörüklü qadın”, “qaz şahzadəsi”, “Dəmir ledi” və “Slavyan madonnası” adlandırıblar. İndi isə, Yuliya Timoşenko Ukrayna siyasətinin təqaüdçüsüdür. Lakin, onun yenidən “yuxarı” qalxa bilmək ehtimalını kənara atmaq olmaz.

Yalnız yüksəliş və enişlər, Yuliya Timoşenkonun siyasi karyerasında orta hədd yoxdur. O, opponentlərə qalib gələrək hakimiyyətə yiyələnirdi, sonra onlara məğlub olurdu. Yəqin ki, Timoşenkonun indiki həyatında siyasət əvvəlki kimi mühüm rolu oynamır. İlk növbədə ona görə ki, bu gün Ukrayna siyasətində heç kim öz yerini onunla bölüşmək istəmir. 

Yuliya Timoşenko, bəlkə də, mətbuatda layiq görüldüyü təşbehlərin sayına görə rekord qırıb: “hörüklü qadın”, “qaz şahzadəsi”, “Dəmir ledi”, “Slavyan madonnası”, “Ledi Yu” və “Narıncı inqilab ikonası”. Məhs onu 2005-ci ildə Leonid Kuçma “Ukrayna siyasətində yeganə kişi” adlandırdı. Bu zaman onu iki Viktor – Yuşenko və Yanukoviçlə müqaisə edirdilər. Lakin, bu, ona siyasət zirvəsinin yuxarı pilləsində qalıb həbsdən yan keçməyə kömək etmədi. Biz deyə bilərik ki, Timoşenkonun tarixi bütün Ukrayna siyasi sisteminin yetkinlik dərəcəsini əks etdirir. Ukrayna politoloqu Aleksandr Dudçak davam edir:

“Timoşenko Ukrayna üçün tipik siyasətçidir. Bəzi Ukrayna siyasətçiləri prinsiplərinin olmaması ilə fərqlənir. O, həqiqətən prinsipsiz siyasətçidir. Onun üçün müqəddəs bir şey yoxdur – yalnız şəxsi və maddi maraqlar. Timoşenkonun onun sözlərindən istifadə edərək xarakterizə etmək olar. Vaxtı ilə o, Madlen Olbraytı özünə nümunə hesab edirdi. Məlumdur ki, “İraqa müdaxilə olundu və siz yarım milyondan artıq uşağın öldüyünə heyifslənmirsiz?” sualına o, “bunu etmək lazım idi” deyə cavab verib. Bu onun kimdən nümunə götürdüyünü kifayət qədər parlaq təzahürüdür. İndi o, Ukraynanın top-siyasətçilər sırasından düşüb və itirilənləri geri qaytarmaq üçün mümkün olan hər şeyi etməyə çalışır. Yenə də hökuməti tənqid edən populist bəyanatlarla çıxış edir. Lakin, bu o demək deyil ki, o, Poroşenkonun yerinə olsaydı onun indi etdiklərini etməzdi”.

Bir çox siyasi analitiklər hesab edir ki, səhətindəki problemlər və həmkərları ilə münasibətlərində gərginliyə baxmayaraq, Timoşenkonun hələ də siyasətə yenidən qayıtmaq və UkraynanıN müstəqil sahibəsinə çevrilmək kimi kiçik şansı var. Bunu üçün o, mərkəzdən qaçma ideyasını dəstəkləməlidir, — Rusiya Strateji Araşdırmalar İnstitutunun direktor müavini Tamara Guzenkova hesab edir:

“Desentralizasiya ideyasını dəstəkləsəydi, onun siyasi karyerasında yeni bir mərhələ başlaya bilərdi. Amma o, bütün həyatı ərzində Avropanın layiqli evlərində qəbul olunmaq istədi və artıq kor qaldı. O, narıncı-immiqrant-Avropa kartı üçün elə böyük qüvvə sərf edib ki, heç özü üçün bunu düşünməyib. Lakin bu ideyanı dəstəkləsəydi o, əhəmiyyətli tövhə verə bilərdi. Birincisi, böyük müharibələri saxlamağa, ikincisi – ikinci nəfəs alaraq yeni siyasi həyat qazanardı”. 

Nəticədə, indi Timoşenkonu haqla Ukrayna siyasətinin təqaüdçüsü adlandırmaq olar. Onun rolu sıfıra qədər azaldılıb, keçmiş müttəfiqləri artıq öz siyasi karyeralarını özləri qurur, ona isə öz keçmişini xatırlamaqdan başqa heç bir şey qalmayıb.

Dmitri Qeyer,

“Sputnik”in Rusiya xidməti


20