Həmsədrlər və XİN başçıları

Ermənistan danışıqlar prosesini iflic vəziyyətdə saxlaya bilməyəcək

12
(Yenilənib 12:12 27.07.2015)
Politoloq Tofiq Abbasov: “Lider ölkələr bilirlər ki, Azərbaycanın ərazi bütövlüyün təmin etmək lazımdır”

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir. Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında bildiriblər. ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) regiona səfərləri zamanı Azərbayca-Ermənistan sərhədlərində monitorinq aparıblar. Səfər çərçivəsində hər iki ölkənin prezidenti ilə görüş də baş tutub. 

Həmsədrlərin bəyanatında deyilir ki, hər iki tərəf növbəti görüşün baş tutmasına razılıq veriblər. Lakin görüşün vaxtı hələ ki məlum deyil. 

Bəs növbəti görüş nə vəd edir? Politoloq Tofiq Abbasov bu haqda fikirlərini “Sputnik”lə bölüşüb. Politoloqun fikrincə, dünyada son zamanlar siyasi konfiqurasiya dəyişir və Dağlıq Qarabağ məsələsinin də həlli vacibdir: 

“Nəzərə alsaq ki, Qarabağ münaqişəsi ətrafında davam edən sülh prosesi neçə illərdir donmuş vəziyyətdədir, təbii ki, belə bir vəziyyət qaneedici ola bilməz. İlk növbədə münaqişə tərəfləri, vasitəçilər, beynəlxalq birlik anlayır ki, vəziyyəti ölü nöqtədən çıxarmağa şansalar var. Ermənistan nə qədər çalışsa ki, bu nizama salma prosesini iflic vəziyyətdə saxlasın bu alınmayacaq, alına da bilməz. Bu baxımdan həm dünyada, həm də regionda ümumi geosiyasi vəziyyət addım-addım dəyişməyə başlayıb. Məsələn, İranla bağlı atom problemi ətrafındakı böhran nizama salınır. Lider dövlətlər, birliklər görürlər ki, bu asılılıq heç cür tarazlıq gətirmir. Əksinə risklərin sayını artırır. Ermənistan kimi nataraz siyasət aparan dövlətlərin destruktiv meyilli olması onu göstərir ki, bunları vaxtında dəf eləmək lazımdır”.

Tofiq Ababasov görüşün pərdəarxası nəticələri ilə də bağlı öz fikirlərini bölüşdü. Onun sözlərinə görə, lider ölkələrin rəhbərləri Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının tərəfdarıdır: 

“Bu yaxınlarda Rusiyanın Xarici işlər naziri Sergey Lavrov dedi ki, Dağlıq Qarabağ ətrafında gedən sülh və nizama salma prosesini sürətləndirmək lazımdır. Bu ondan xəbər verir ki, ola bilsin ki, pərdəarxası həmsdər ölkələrin səlayihyyətli nümayəndələri, xarici işlər nazirləri, xüsusilə də İran istiqamətində olan irəliləyişlə bağlı hiss edirlər ki, regiona bir növ nəfəs vermək lazımdır. Qarabağ problemi istənilən müvəqqəti sülh şəraitində vəziyyəti poza bilər. Geniş miqyaslı müharibə yenə də başlaya bilər. Bunu anlayan lider ölkələrin nümayəndələri, yüksək rütbəli nümayəndələri bilirlər ki, Azərbaycanın ərazi bütövlüyün təmin etmək lazımdır. Bu baş verməsə təhdidlər həmişə özünü canlı şəkildə əks etdirəcək”.

Münaqişənin gec-tez baş tutacağını deyən politoloqun fikrincə, Dağlıq Qarabağ məsələsinin həlli həm region, həm də çökən Ermənistanın inkişafına dəstək olacaq. Politoloqun fikrincə belə bir görüşün baş tutacağı deyilirsə, deməli hər hansı bir predmet var:

“Burada ilk növbədə digər ölkələrin rəhbərləri Azərbayacn diplomatiyasının uğurlarını da nəzərə alırlar. Bilirlər ki, Azərbaycan təkcə danışan ölkə deyil, həmçinin böyük işlərə, vacib layihələrə qol qoyan ölkədir və Azərbaycanın qlobal proselərə təsiri böyükdür. Ona görə də onlar bunu istəyirlər. Axır-əvvəl bu münaqişənin həll nöqtəsi qoyulmalıdır. Nə qədər tez həll olarsa, o qədər yaxşıdır və yeni perspektivlər açılacaq. Bu əsasən də yarımcan olan Ermənistan üçün xilas yoludur. Həmçinin bölgədə diqqəti olan ölkələrin, beynəlxalq birliklərin Ermənistanı quyudan çıxarmaq planı da var. Ümid edirəm ki, prezidentlərin görüşü zərurətə çevirilibsə, deməli müzakirə üçün hansısa mövzular var”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə ötən ilin oktyabrında görüşüblər. 


12