Arda Turanın transferinə Azərbaycandan baxış

55
(Yenilənib 13:15 08.07.2015)
O əjdahadan bizdə niyə yoxdu?

Arda Turanın transferinə Azərbaycandan baxış
Türk futbolunun son zamanlar yetişdirdiyi ən parlaq yarımmüdafiəçisi Arda Turan iyulun-7 də rəsmən İspaniya futbolunun nəhəngi — “Barselona”ya transfer oldu.

“Barselona” klubu bu transfer üçün Ardanın 4 ildir formasını geyindiyi “Atletiko” Madridə 34 milyon avro ödəyib. Bununla da Arda 5 il “Barselona” klubunun şərəfini qoruyacaq.

Sosial şəbəkələrdə Ardanın transferi ilə bağlı geniş müzakirə aparılır, “Galatasaray” klubun yetirməsi olan türk futbolçusunun “Barselona”ya transferi sensasiya kimi dəyərləndirilir.

Arda Turanın facebook səhifəsindən “Barselona”ya transfer olması ilə bağlı xəbərini bir neçə saat ərzində 400 mindən çox sosial şəbəkə izləyicisi bəyənib.

Bu transfer təkcə Türkiyə və İspaniyada yox Azərbaycanda da gündəmin əsas müzakirə mövzularından oldu. Ardanın dünyanın hazırda ən güclü klubuna transfer olunmasını ölkəmizdə də böyük maraqla qarşılanıb. Amma onu da qeyd edək ki, bu transferə sevincdən təəccüblənənlər də var, Ardanın “Barselona”da uğur qazanmayacağını deyənlər də. 

Azərbaycanda olan futbol həvəskarlarının, idman yazarlarının Ardanın transferi ilə bağlı fikirləri necədir? Azərbaycan futbolunun Arda kimi ulduza sahib olacağına ümid edirlərmi?

“Qafqazinfo” saytının idman yazarı Elsəvər Məmmədov bu mövzu ilə bağlı fikirlərini “Sputnik”lə bölüşüb.  O, sosial şəbəkələrdə və mətbuatda Ardanın transferinin həddən artıq şişirdilməsi ilə razı deyil:

“Arda Turanın transferi Türkiyə üçün böyük hadisədir. Amma bu mərhələni Türkiyə artıq keçib. Məsələn, Hakan Şükür, Okan Bruk “İnter”də, Hamit Altıntop illərlə “Bavariya”da sonra “Real”da, Nuri Şahin “Real”da oynayıb. Yıldıray Baştürk uzun illər “Bayer”də forma geyinib. Birinci dəfə deyil ki, türk futbolçu Avropa nəhənginə keçir. Ona görə də bu transferin bu qədər şişirdilməsi əsas mövzu deyil. Ardanın orada möhkəmlənib-möhkəmlənməyəcəyi, daimi üzv olub-olmayacağı göstərəcək ki, o necə futbolçudur. Amma düşünmürəm ki, o əsas heyyətin üzvü olsun”.

Gənc yazar Azərbaycan futbolunun da nə zamansa Arda kimi futbolçu yetişdirməsinin hələ uzun zaman ala biləcəyini deyir. Əgər bu istiqamətdə sistemli fəaliyyət olarsa:

“Bizim futbolun Türkiyə futbolunun səviyyəsinə çatması üçün uzun illər lazımdır. Biz hələ Gürcüstan futbolunun səviyyəsinə çatmamışıq. Gürcülərin İngiltərə, İtalya çempionatlarında oyanayan futbolçuları var. Arda kimi futbolçuların çıxması üçün Türkiyədə stadionlar var, Antlayda addım başı stadion tikiblər, futbol akademiyaları var, klublar peşəkar səviyyədə işləyirlər. Türkiyə futbolu on il əvvəl bizim futbolun səviyyəsində olub. Onlar o presesləri keçib gəliblər. Amma bizdə görünən mənzərə budur ki, düzgün iş qurulmayıb. Bizdə Arda kimi futboluçunun yetişməsi üçün heç bir işarə, heç bir səbəb, heç bir şərait yoxdur”. 

Futbulinfo.az saytının redaktoru, futbol şərhçisi Vüsal Mahmudov həm transfer, həm də Azərbaycan futbolunun belə ulduzlar yetirə bilməməsi barədə fikirlərini bölüşdü: 

“Ardanın “Barselona”ya transferi onun üçün zirvə nöqtəsidir. Amma “Barselona” heç də ən yaxşı futbolçunu almayıb. Düzdü bəlkə də Arda bizim üçün, Türkiyə üçün ən yaxşı oyunçudur. Amma Arda “Barselona”nı gücləndirəcək oyunçu deyil. Arda Turan “Barselona”ya Messini əvəz etmək üçün alınıb, yəni Messi zədələnəndə, oynamayanda onu əvəz edəcək. Ardanın manerası, meydanda tutduğu mövqe elədir ki, o ancaq Messini əvəz edə bilər. Amma Messi ilə eyni komandada oyuna çıxa bilmıəz. İstənilən halda çox xoş bir transferdir. Ümid edirəm ki, arda heyətdə möhkəmlənəcək. Halbu ki, buna biraz şübhəm var. Amma çox sevinirəm. 

Azərbaycanda Arda kimi futbolçuların yetişməməsinin səbəbi futbol strukturunun düzgün olmamasıdır. Bizdə gənc futbolçulara güvən yoxdur. Deyək ki, aşağı yaş qruplarında futbolçularımız çox yaxşı oynayırlar, amma onların sonrakı inkişafı lazımı tempdə getmir. Bunun da səbəbi klublardakı struktur problemləridir, futboldakı bürokratik əngəllərdir. Bizdə gənclərə lazımı  diqqət yetirilmir. Türkiyədə də lazımı səviyyədə deyil, amma hər halda Ardalar yetişir”.

Qeyd edək ki, 28 yaşlı Arda Turanın futbol karyerası İstanbulun “Bayrampaşa” komandasında başlayıb.

1999-cu ildə “Bayrampaşa”da oynadığı vaxt “Galatasaray”ın seçimlərində iştirak edib və seçilib. 2006-cı ildə Manisaspor komandasında yarım sezon oynayıb. Bundan sonra yenidən “Galatasaray”a qayıdıb. Bu komanda da  kapitanlığa qədər yüksəlib. Türkiyə milli yığmasının əsas üzvlərindən olub.

2011-ci ildə “Atletiko”ya transfer olan Arda 4 il sonra “Barselona”dadır.

55

Necə qaçdılarsa, yada düşmədi: ermənilərin döyüş meydanında "unutduğu" texnika - FOTO

89
(Yenilənib 16:24 21.10.2020)
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında qoyub qaçdığı hərbi və zirehli texnikanın yeni partiyasının şəkillərini yayımlayıb.

Onları Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.
Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.
Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.
Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.
Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.
Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.
Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.
Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

89
  • © AR Ministry of Defence

    Azərbaycan Ordusunun ermənilərdən götürdüyü hərbi qənimət

  • © Sputnik / Mihail Voskresenskiy

Teqlər:
hərbi qənimət, zirehli texnika, hərbi texnika, Azərbaycan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(1:13 / 9.91Mb / просмотров видео: 1634)

İşğalçıların döyüş meydanında atıb-qaçdığı növbəti hərbi texnikalar - VİDEO

167
(Yenilənib 15:04 21.10.2020)
Azərbaycan ordusunun hərbçiləri yenə Ermənistan silahlı qüvvələrinin hərbi texnikasını qənimət olaraq götürüblər.

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb-qaçdığı, həmçinin bölmələrimiz tərəfindən məhv edilən növbəti hərbi texnikaları nümayış etdirib. 

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Səfərşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

167
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Qarabağ klubunun futbolçuları, arxiv şəkli

"Qarabağ" qardaş Türkiyəni seçdi

0
(Yenilənib 17:48 21.10.2020)
Azərbaycanın "Qarabağ" futbol klubunun rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin ev oyunlarının neytral ərazidə keçirilməsi ilə bağlı qərarından apelyasiya şikayəti verib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanın "Qarabağ" futbol klubunun rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin ev oyunlarını keçirmək istədiyi ölkənin adını açıqlayıb.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi dünən Azərbaycan və Ermənistanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar ölkələrində UEFA-nın himayəsi altında ev oyunlarının keçirilməsinə qadağa qoyulması barədə qərar qəbul edib.

"Qarabağ" klubunun direktoru Emrah Çelikel bəyan edib ki, bu halda komandası ev oyunlarını qardaş Türkiyədə keçirmək istəyir.

"İndi üç neytral ərazi var – Kipr, Macarıstan və Polşa, ancaq bizim alternativ seçim təklif etmək imkanımız var. Avropa Liqasının qrup mərhələsindəki rəqiblərimizi Türkiyənin şəhərlərindən birində qəbul etmək istəyirik", – deyə E.Çelikel bildirib.

Komandanın bu seçimini əsaslandıran klub direktoru qeyd edib ki, Avropa İttifaqı ərazisindəki oyunlar üçün futbolçulara viza almaq lazım gəlir, bu prosedur isə xeyli vaxt tələb edir. Türkiyə ilə Azərbaycan arasında vizasız-gediş gəliş sistemi qüvvədə olduğundan, oyun qardaş ölkənin stadionlarından birində keçirilsə, sənədləşmə işlərinə əlavə vaxt lazım gəlməyəcək.

E.Çelikel klubun UEFA İcraiyyə Komitəsinin qərarından apelyasiya şikayəti verəcəyini də vurğulayaraq bildirib ki, Avropa kuboku oyunlarının Bakıda keçirilməsinə heç bir təhdid yoxdur.

Qeyd edək ki, "Qarabağ" klubu oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu Tel-Əvivdə yerli "Makkabi" klubuna qarşı keçirəcək. Bir həftə sonra isə futbolçularımız Bakıda İspaniyanın "Villarreal" komandasını qəbul etməli idi.

0
Teqlər:
qrup mərhələsi, Avropa Liqası, Türkiyə, Qarabağ futbol klubu
Əlaqədar
UEFA rəhbərliyi Bakının AVRO-2020 siyahısından çıxarılacağını istisna etmir
Yaşıl sahənin adamı: "Gün gələcək, Şuşada Avropa çempionatı keçirəcəyik"
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi
UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"