Xaçmazda məzarlıq

Xaçmazda tarixi araşdırmanı "dondurublar": jurnalist səfirdən cavab gözləyir

3148
(Yenilənib 12:06 15.09.2021)
Xaçmazın Pirquluoba kəndi ilə Türkiyənin Bursa Uludağ Universitetinin tarix fakültəsinin rəhbəri Seyfeddin Buntürk və Universitetin digər tarixşünas alimləri də maraqlanmışdılar. Ancaq ərazidə araşdırmalar hələ ki "dondurulub".

BAKI, 15 sentyabr — Sputnik. Bir neçə il öncə Xaçmazın Pirquluoba kəndində türk əsgərlərinə aid məzarlığın olduğu haqqında məlumat vermişdik. Burada tapılan məzarların 1918-ci ildə baş verən qanlı tarixi hadisələrdə şəhid olan türk əsgərlərinin məzarları olduğu ehtimal olunurdu. Məsələ ilə Türkiyənin Bursa Uludağ Universitetinin tarix fakültəsinin rəhbəri Seyfeddin Buntürk və Universitetin digər tarixşünas alimləri də maraqlanmışdılar.

Onlar bu araşdırmanın davam etdirilməsində maraqlı olduqlarını və araşdırmanın dövlət səviyyəsində aparılması üçün lazımi instansiyalara məlumat verəcəklərini bildirmişdilər. Təəssüf ki, hələ də bu məsələ tam həllini tapmayıb.

Məzarlıq barədə ilk dəfə 2017-ci ilin iyun ayında bioloq-alim Dilşad Bayramova məlumat verib.

© Sputnik / Leyla Abdullayeva
Xaçmazda məzarlıq

Dilşad Bayramova Sputnik Azərbaycan-a müsahibəsində Xaçmazın Qoçaqlı kəndində meyvə sortlarının genofondunu öyrənmək üçün araşdırma apararkən ona bu haqda kənd sakinlərinin məlumat verdiklərini deyib.

“Biz meyvə sortlarının genofondunu öyrənmək üçün araşdırma aparan zaman kənd sakinləri belə qəbirlərin olması haqda məlumat verdilər.  Kənd sakinlərinin müraciəti və Xaçmaz İcra Hakimiyyətinin rəsmi məktubu əsasında 2018-ci ilin iyul ayında Pirquluoba məzarlığında arxeoloji araşdırma başladıldı və İnstitutun şöbə müdiri Qəhrəman Ağayev məzarlıqdakı sümük nümunələrini tibbi ekspertizaya göndərdi.

Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyində müayinə edilən sümüklərin təxminən bir əsr əvvələ aid olduğu aşkarlandı. Həmin sümüklərin 17-25 yaş arası insanlara məxsus olması təsdiqləndi”, - D.Bayramova söyləyib.

Bu tapıntını ilk dəfə mediada işıqlandıran tanınmış jurnalist Aytəkin Alxaslı da Qəhrəman Ağayevlə birlikdə bu araşdırmanın sona qədər getməsi üçün əlindən gələni edirlər. Hətta A.Alxaslı Türkiyə səfiri Cahit Bağçının Qubaya səfəri zamanı ona yaxınlaşaraq bu türk məzarlığı haqqında məlumat vermiş və tez bir zamanda məzarlıqla tanış olub, araşdırmanın sona qədər aparılması üçün müraciət etmişdi.

“Bu məsələni ilk işıqlandıran mən oldum. Çünki bu o qədər maraqlı, ciddi və həssas mövzudur ki, mütləq lazımi şəkildə araşdırılmalıdır.

© Sputnik / Leyla Abdullayeva
Xaçmazda məzarlıq

Əfsuslar olsun ki, hazırda məzarlıqda arxeoloji qazıntılar davam etdirilmir, işlər dondurulub. Kənd sakinləri də bu tarixi məkanda tədqiqatların tezliklə başlanılmasını səbirsizliklə gözləyirlər. Çünki bura Azərbaycan tarixinə öz xüsusi töhfəsini verə biləcək əbədi məzarlıqdır.

Məsələ ilə bağlı əlimdən gələni edirəm. 10 may 2021-ci ildə Qubada Türkiyə qardaşlığına həsr olunmuş dostluq parkının açılışı oldu. Buraya Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı da təşrif buyurmuşdu. Bu mövzu mənə doğma olduğundan heç nəyi düşünmədən səfirin qarşısına keçib məzarlıq haqqında məlumatlandırdım. Mən bununla bağlı nə köməklik lazımsa, əlimdən gələni əsirgəməyəcəyimi bildirdim. Və hələ də cənab səfirdən bir xəbər gözləyirəm.

Bundan başqa, məsələ ilə əlaqədar Xaçmaz İH başçısı Elnur Rzayevlə görüşdük. Elnur müəllim səlahiyyətləri daxilində burada genişmiqyaslı arxeoloji araşdırmaların aparılması üçün köməklik edəcəyinə söz verdi. Və ümid edirəm ki, mənim müraciətimə həm icra başçısı, həm də səfir tərəfindən adekvat cavab veriləcək”, - Aytəkin Alxaslı deyib.

Azərbaycan-Türkiyənin qardaşlığına əyani tarixi nümunə olan Pirquluoba kəndindəki qanlı tarixin geniş tədqiq edilməsinə ciddi ehtiyac var və tezliklə bununla bağlı maraqlı xəbərlər paylaşacağımıza ümid edirik.

Eləcə də oxuyun:

3148
Teqlər:
Xaçmaz, məzarlıq, Türkiyə, Azərbaycan, araşdırma, arxeoloji qazıntı
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

6
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

6
Teqlər:
futbol, Türkiyə, milli
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

6
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

6