CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident İlham Əliyev Frederik Starla bağlı sərəncam imzaladı

© Photo : Twitter / Emb of Azerbaijan USСтивен Фредерик Старр, фото из архива
Стивен Фредерик Старр, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.09.2021
Abunə olmaq
Frederik Star Mərkəzi Asiya və Qafqaz İnstitutunun yaradıcısı və sədridir. Əfqanıstan, Mərkəzi Asiya, Qafqaz, Rusiya, keçmiş SSRİ-nin digər dövlətləri üzrə ekspertdir
BAKI, 13 sentyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Frederik Starın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan bildirir ki, Sərəncama əsasən, Frederik Star Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi və elmi əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilir.
Stiven Frederik Star 1940-cı ildə doğulub. Avrasiya üzrə ekspert, eləcə də məşhur caz ifaçısıdır (klarnet). 
O, Mərkəzi Asiya və Qafqaz İnstitutunun yaradıcısı və sədridir. Əfqanıstan, Mərkəzi Asiya, Qafqaz, Rusiya, keçmiş SSRİ-nin digər dövlətləri üzrə ekspertdir. İnkişaf etməkdə olan ölkələrin energetika və ətraf mühit, İslam, mədəniyyət, hüquq, neft siyasəti üzrə problemləri ilə məşğuldur.
Xəbər lenti
0