Yaqub Zurufçunun vəziyyətində dəyişiklik yoxdur - Həyat yoldaşı

14
(Yenilənib 10:26 13.09.2021)
Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib.

BAKI, 13 sentyabr — Sputnik. Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu "Report"a bildirib ki, sənətçinin vəziyyəti stabil ağır olaraq qalır.

“Vəziyyətində heç bir dəyişiklik yoxdur. Həkimlər ötən gecə başının üstündə olublar, durumunu izləyiblər. Dünən ürəyində aritmiya olub. Bu gün normala düşüb və vəziyyəti stabil ağır olaraq qalır”, - o qeyd edib.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.

Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, ABŞ vətəndaşı olmaqla bərabər 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb. Ailəlidir, 3 övladı var.

Həmçinin oxuyun:

Yaqub Zurufçunun son vəziyyəti açıqlanıb

Yaqub Zurufçunun vəziyyəti ağırdır: O, süni tənəffüs aparatına qoşulub

14
Qəssab əti mağazaya aparır, arxiv şəkli

İmişli sakini iylənmiş əti daşıyarkən yaxlandı

13
(Yenilənib 21:48 24.09.2021)
Avtomobilin yük yerində baytarlıq ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kq iribuynuzlu heyvana məxsus ət aşkarlanıb.

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə aparılan reyd zamanı İmişli rayonu ərazisində yaşayan vətəndaş İbrahimov Bəxtiyar Hacıəhməd oğluna məxsus 30-BJ-945 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirib. Bu barədə agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kq iribuynuzlu heyvana məxsus ət aşkarlanıb.

Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Təyin olunan müvafiq ekspertizalarla aşkar olunan ətin istehlak üçün tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiqini tapıb. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 120 kq ət məhv edilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bir müddət öncə Tərtərdə istehlaka yararsız 176 kq ət aşkarlanaraq məhv edilmişdi.

13
UNESCO

Azərbaycanlılar Venesiyada: UNESCO-nun tədbirində "Sarı gəlin" səsləndi

30
(Yenilənib 20:59 24.09.2021)
Qala gecəsinin ən mühüm məqamı isə azərbaycanlı tanınmış caz ifaçısı Etibar Əsədlinin Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa etməsi olub.

BAKI, 24 sentyabr — Sputnik. İtaliyanın Venesiya şəhərinin San Klemente adasında UNESCO-nun iştirakı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə "Rise from the ashes" (“Küllərdən qalx”) adlı humanitar xarakterli multikultural forum keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, 17-ci Venesiya Memarlıq Biennalesi çərçivəsində “Vasconi Architectes by Thomas Schinko” memarlıq şirkətinin təşəbbüsü ilə təşkil olunan beynəlxalq forumda dünyanın tanınmış şəxsləri ilə yanaşı, azərbaycanlı memarlar, sənətçilər, incəsənət nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbirin əsas məqsədi Beyrut şəhərinin rekonstruksiyası, həmçinin şəhərin Baş memarlıq planı üçün həll yollarının tapılması olub. Forumda, eyni zamanda, təcrübəli beynəlxalq təlimçilər müxtəlif mövzularda çıxışlar ediblər.

UNESCO-nun Baş Konfransının prezidenti Altay Cengizer çıxış edərək UNESCO-nun Baş direktoru xanım Odre Azulenin bu foruma dəstək olduğunu iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə tanınmış memar Renzo Piano, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, UNESCO-nun Venesiya bölgəsi üzrə rəsmi nümayəndəsi Ana Luiza Thompson-Flores, Livan Mühəndislər və Memarlar Federasiyasının prezidenti Cad Tabet, ALBA Universitetinin prezidenti Andre Bexazi, Beynəlxalq təhlükəsizlik, enerji və ətraf mühit üzrə direktorlar şurası və Pentaqonun baş məsləhətçisi Çarlz Sills və digər nüfuzlu şəxslər iştirak etdilər.

Forumda, həmçinin peşəkar təlimçilər tərəfindən müxtəlif aktual mövzularda çıxışlar olub. “Millionaire Concept Network”un dəstəyi ilə konfransda iştirak edən Afrika Sağlamlıq Federasiyasının idarə heyətinin sədri Mohamed El Sahilinin məruzəsi dinlənilib.

Tədbirdə “Eurasia Analytics”in direktoru Gülmira Rzayeva, “Millionaire Concept Network”un İtaliya üzrə direktoru Turan Sadigi, elm, cəmiyyət və rəssamlıq sahəsində 20 illik təcrübəyə malik rəssam Koen Vanmexelen, “SnarkArt” şirkətinin icraçı direktoru Nadia Taiga və digər şəxslər iştirak ediblər. Forumda NFT rəssamı kimi məşhurluq qazanan Krista Kim şəhərlərin yenidən qurulması üçün UNESCO-ya sənət, memarlıq sahəsində, cəmiyyətdə inqilab edəcək fikirlər təqdim edərək bu işdə qlobal miqyasda fəaliyyət göstərən təşkilatların, institutların və yaradıcı şəxslərin önəmli rol oynadığını qeyd edib. "TheSuperWorld" virtual daşınmaz əmlak platformasının baş icraçı direktoru və həmtəsisçisi Hrish Lotlikar isə daha yaxşı bir dünya yaratmaq üçün AR/VR/Blockchain və AL texnologiyalarından istifadə etməyin vacibliyini bildirib.

Livanın məşhur sənətçisi Rudy Rahme qala gecədə canlı performans nümayiş etdirib. Türk sənətçisi Özge Günaydın isə “Küllərdən qalx” simvolunu yaradıb. Qala gecəsinin ən mühüm məqamı isə azərbaycanlı tanınmış caz ifaçısı Etibar Əsədlinin Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa etməsi olub.

Tədbirin təşkilatçısı, “Vasconi Architectes by Thomas Schinko” memarlıq şirkətinin vitse-prezidenti, həmyerlimiz Aytən Mirzoyeva gələcəkdə belə bir formatda forumun Gəncə şəhərinin və Qarabağın yenidən qurulması üçün Mədəniyyətlərarası Dialoqa dair Sülh Yaradıcılıq Mərkəzinin iştirakı ilə Azərbaycanda keçirilməsinin nəzərdə tutulduğunu deyib.

 

30
 Şuşa, arxiv şəkli

"Xudayar təsnifi" Şuşanı bürüdü: Şəhid anaları övladları müqəddəs torpaqlarda