Model Nyu-Yorkda moda həftəsində poz verir

Dəbdə yenilik - 2022-ci ildə hansı rəng trenddə olacaq?

24
(Yenilənib 21:40 12.09.2021)
,
Bəşəriyyət ətraf aləmdə “emosionallığın” xiffətini çəkir, rəng isə bu vəziyyəti bir qədər düzəldə bilər. Göy “Mikonos” gələn ilin rəngi elan olunub – bu rəng dənizi xatırladacaq.

BAKI, 12 sentyabr - Sputnik. Bir qayda olaraq ilin bu vaxtlarında Nyu-Yorkda keçirilən Moda həftəsində Pantone Ümumdünya rəng institutu gələn il üçün rəng trendləri barədə açıqlama verir. Beləliklə, ekspertlərin seçdiyi rəngi dünyanın bütün dizaynerləri, moda evləri öz işlərində əsas götürürlər, dəbə uyğun geyinməyi xoşlayanlar isə özlərinə yeni trendə uyğun libas seçirlər.

Bu dəfə Pantone 2022-ci ilin baharı üçün əsas rəng kimi göy rəngin müxtəlif çalarlarını müəyyən edib.

Mütəxəssislərin seçiminə təsir edən əsas amillər pandemiya və insanlar tərəfindən rənglərin qavanmasında baş verən dəyişikliklər olub.

Belə ki, mütəxəssislərin qənaətinə görə, hazırda bəşəriyyət ətraf aləmdə “emosionallığın” xiffətini çəkir, rəng isə bu vəziyyəti bir qədər düzəldə bilər. Trenddə olacaq rəng palitrasında göy rəngin dörd çaları var ki, onların da hər biri, sanki tibbi maskalara eyham vurur.

© Fernanda Calfat / Getty Images via AFP
Model Nyu-Yorkda moda həftəsində poz verir

Gələn ilin dəb “çələnginə” suyun bütün rəng çalarları daxil edilib: Mykonos Blue, Ibiza Blue, Spring Lake və səmaya çalan Clear Sky. Bunlarla yanaşı trenddə olacaq çalarlar içində “dəniz dalğası”, yataq-mavi, tünd göy, “buz bağlamış göl” rəngləri də var.

Mətbuat isə açıq Mykonos Blue rənginə xüsusi diqqət çəkib. Bir çox dizaynerlər bu rəng çalarını Nyu-Yorkdakı Moda hftəsində nümayiş olunan kolleksiyalarına da daxil ediblər. Bu rəng çaları sevinci tərənnüm edir və insanları xəyalən yunan adalarının sahillərinə aparır.

Dizaynerlərdən belə bir məsləhət: trenddə olan göy rəngi onun başqa çalarları, eləcə də yaşıl, krem rəngi və qəhvəyi rəngin bütün tonları ilə birlikdə istifadə etmək olar. Bundan əlavə dizaynerlər bildirilər ki, bu rəng çaları əsmər xanımalara daha çox yaraşır.

24
Teqlər:
moda
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiyada keçirilən seçkilərdə kim irəlidədir - Exit-poll nəticələri

11
(Yenilənib 00:13 20.09.2021)
Sorğunun nəticələrinə görə, 5%-lik həddi dörd siyasi təşkilat keçə bilib, onların arasında “Yedinaya Rossiya” liderdir.

BAKI, 19 sentyabr - Sputnik. Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə “Yedinaya Rossiya” partiyası hamıdan çox səs toplayıb (45,2%). Belə bir nəticə Sosial marketinq institutunun (İNSOMAR) keçirdiyi exit-poll-dan sonra hasil olub.

Kommunist partiyası səslrin 21%-ni, RLDP - 8,7%-ni, “eserlər” isə - 7,9%-ni toplayıblar.

Sorğunun nəticələrinə görə, seçkilərə qatılmış digər siyasi təşkilatlar 5%-lik səs həddini keçə bilməyiblər.

Respondentlərə belə bir sualla müraciət olunub: “Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?”.

Sorğu planşetlər vasitəsilə, elektron anketlərin köməyi ilə keçirilib. Məlumatlar real vaxt rejimində işlənib. Ümumilikdə sentyabrın 17-dən 19-a qədər sorğuda 438218 seçici iştirak edib.

Exit-poll üçün 825 yaşayış mntəqəsində 1455 seçki məntəqəsi seçilib.

Qeyd edək ki, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb. Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.

Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.

11
Teqlər:
'exit-poll', Rusiya
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

7
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

7
Teqlər:
Belarus, ixrac, idxal