Mahir Xəttab, arxiv şəkli

Sayt rəhbəri saxlanılıb - Baş Prokurorluq

69
Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda fakt təsdiqini tapıb. Prokurorluqdan bildirilib ki, bununla əlaqədar olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.

BAKI, 10 sentyabr — Sputnik. "Azadinfo.az saytının rəhbəri Mahir Xəttab Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, o, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda fakt təsdiqini tapıb. Prokurorluqdan bildirilib ki, bununla əlaqədar olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, "Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.

69
Teqlər:
prokurorluq

İƏT nümayəndə heyəti Şuşa şəhərindədir

91
Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək.

BAKI, 16 sentyabr — Sputnik. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərindədir.

11:11

Azərbaycanın Ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya yola düşüb.

"Report"un xəbərinə görə, səfər çərçivəsində qonaqlar Şuşada faktaraşdırıcı missiya həyata keçirəcəklər.

Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək.

Qeyd edək ki, İƏT və Pakistan Ombudsman nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib. Sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun:

Əliyev İƏT-ə səsləndi - Sizi də görmək istərdik

Şuşa yeni festivala hazırlaşır

Şuşa yolunun inşası tamamlanmaq üzrədir

91
Teqlər:
zərif cins, sosial
 Əlil, arxiv şəkli

Saxta əlilliklərlə bağlı şok rəqəm - üç ildə on yeddi min

7
(Yenilənib 13:32 16.09.2021)
Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub.

BAKI, 16 sentyabr — Sputnik. 3 ildə 17 minə yaxın saxta əlillik halları aşkarlanıb və dayandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov məlumat verib. O, bildirib ki, əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilib: "Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edilib. O cümlədən 11 min şəxsə ilkin, digərlərinə təkrar əlillik təyinatı aparılıb".

A. Bayramov saxta əlillik təyinatlarına qarşı prosesin davam edəcəyini də bildirib: "Eyni zamanda rayon xəstəxanalarında yoxlamalar aparılır. Göndərişlər zamanı ciddi pozuntular aşkarlanıb. Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub".

A. Bayramov onu da qeyd edib ki, bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onun sözlərinə görə, 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib: "Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib".

Bundan əlavə, qurum rəhbəri qeyd edib ki, Vətən Müharibəsində yaralanmış hərbi qulluqçuların 1750 nəfərinə əlillik təyinatı aparılıb.

7