Əlində metamfetaminlə dolu paket olan hüquq-mühafizə orqanlarının əməkdaşı, arxiv şəkli

DİN-dən narkotik vasitələri pulsuz təklif edən səhifələrlə bağlı xəbərdarlıq

10
Nazirlik bildirib ki, narkotik vasitələri pulsuz təklif edən səhifələrin hesablarını şikayət etməklə onların bağlanmasına nail olmaq hər kəsin başlıca vətəndaşlıq borcudur.

BAKI, 9 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində silsilə əməliyyatlar davam etdirilir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, daxil olan məlumatla Nəsimi rayonu ərazisində həyata keçirilən əməliyyat zamanı Ağstafa rayon sakini Emil Alıyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 46 qram heroin, 1 ədəd narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi plastik bank kartı, həmçinin idarə etdiyi avtomobildən əlavə olaraq 3 kiloqram 130 qram heroin və 830 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Yasamal rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Xanbaba Abbaszadə və onun tanışı Qəhrəman Qədimov saxlanılıblar. Xanbaba Abbaszadə və Qəhrəman Qədimovun üzərində şəxsi axtarış aparılan zaman onlardan ümumilikdə 35 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Qəhrəman Qədimovun idarə etdiyi avtomobilə baxış keçirilərkən oradan Xanbaba Abbaszadəyə məxsus 1 kiloqram 500 qram marixuana, 6 kiloqram 240 qram heroin, 2300 ədəd psixotrop tərkibli satışı qadağan edilən metadon və 4300 ədəd tramadol həbi aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən Səbail rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Elxan Əhədli saxlanılıb. Onun üzərindən və mənzilindən ümumilikdə 733 qram heroin, psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarına daxil olan əməliyyat məlumatları və sosial şəbəkələrdə vətəndaşlardan edilən müraciətlər əsasında Xətai, Nəsimi və Abşeron rayonlarında həyata keçirdikləri tədbirlər zamanı müvafiq olaraq Cəlal Salayev, Fuad Zeynalov və Fariz İbadlı saxlanılıblar. Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən ümumilikdə 15 qrama yaxın heroin, metamfetamin, eləcə də elektron tərəzilər və narkotik vasitələrin onlayn satışında istifadə etdikləri plastik kartlar aşkar edilib.

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan Emil Alıyev, Xanbaba Abbaszadə, Qəhrəman Qədimov, Elxan Əhədli, Cəlal Salayev, Fuad Zeynalov və Fariz İbadlının ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər.

Daha sonra bu şəxslər narkotik vasitələri sərhədyanı rayonların ərazilərində qəbul ediblər. Onların əsas məqsədləri əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələri hissə-hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək, hətta narkotik maddələri qamaqmalçılıq yolu ilə ölkə xaricinə çıxarmaq olub. Adları sadalanan şəxslər həmçinin onlayn yolla satdıqları narkotik maddələrdən əldə etdikləri külli miqdarda pul vəsaitlərini müxtəlif maliyyə əməliyyatlarının köməkliyi ilə xaricdəki narkokuryerlərin hesablarına köçürüblər. Bununla da onlar narkotik vasitələrin satışından əldə edilən çirkli pulların dövriyyəsinə nəzarət ediblər.

Baş İdarə əməkdaşlarına daxil olan məlumat əsasında Quba rayonunun Davidoba kəndi sakini Tural Məmmədova məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilən yaş çəkisi 510 kiloqram olan 119 ədəd çətənə kolu və 52 kiloqram 800 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Tural Məmmədov bir müddətdir ki, narkotik tərkibli bitkilərin kultivasiyasi ilə məşğul olduğunu və çətənə kollarını satmaq məqsədi ilə əkib-becərərək xüsusi qulluq etdiyini bildirib.

Baş İdarənin və Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara və Yardımlı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olan Astara rayon sakinləri Mehdi Həsənov, Heybər Nabatov, həmçinin Yardımlı rayon sakinləri Fariz Ağayev, Rauf Ataşov, Cəmil Paşayev və Əlican Hüseynov saxlanılıblar. Astara rayon sakinlərindən ümumilikdə 2 kiloqrama yaxın marixuana və, Yardımlı sakinlərindən isə 3 qrama yaxın heroin və metafetamin aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 68 kiloqrama yaxın “kola” və “kakos” adlanan narkotik vasitə heroin, “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, marixuana, eləcə də 6600 ədəd metadon və tramadol həbi, həmçinin 119 ədəd çəkisi 510 kiloqram kultivasiya edilən narkotik tərkibli çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Nazirlikdən bir daha vətəndaşlara müraciət edilərək bildirilir ki, sosial şəbəkələrdən istifadə edən zaman maksimum diqqətli olsunlar. Onlara narkotik vasitələri ilkin olaraq ödəniş tələb etmədən təklif edən səhifələrin asan yolla varlanmaq vədlərinə inanmasınlar. Həmin səhifələr onlara bu cür təkliflər etdikdə isə onların hesablarını şikayət etməklə bağlanmasına nail olmaq hər birimizin başlıca vətəndaşlıq borcudur.

10
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Əcnəbi jurnalist blogerlər Ağdama səfər ediblər

3
(Yenilənib 18:55 23.09.2021)
Bloger: Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm.

BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Gürcüstandan olan bir qrup jurnalist və bloger işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Sputnik Azərbaycan-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, onlar ilk olaraq Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanış olublar.

Daha sonra onlar Ağdam Çörək Muzeyinin, Ağdam Dram Teatrının qalıqlarına baxıb, işğal dönəmində ermənilərin heyvan saxladığı Ağdam Cümə məscidində olublar.

“Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm”.
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
1 / 3
© Sputnik / Emin Babayev
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Bu sözləri jurnalistlərə açıqlamasında gürcüstanlı bloger Nina Berdzenava deyib. O, Ağdamı gəlib bu vəziyyətdə görəcəyini təsəvvür etmədiyini bildirib.

"Ağdamda Azərbaycan xalqına məxsus tarixi abidələri dağıtsalar da, kökləri qalıb. Mən əminəm ki, Azərbaycan digər rayonlarda olduğu kimi buradakı abidələri də bərpa edəcək".
© Sputnik / Emin Babayev
Nina Berdzenava

“Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”. 

Bu sözləri Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun eksperti, professor Zurab Batiaşvili Ağdam səfərinin təəssüratlarını bölüşərkən deyib. O bildirib ki, Ağdama səfəri onu sarsıldıb.

"Biz üç gündür Azərbaycandayıq. Bu günlər ərzində Bakıda, Gəncədə olduq. İndi isə Ağdama gəlmişik. Burda kəndlər, tarixi abidələr xarabalığa çevrilib. Əminəm ki, ən tez zamanda burda hər şey yenidən qurulacaq. Azərbaycan xalqı buna tam gücüylə dəstək verəcək. Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”.
© Sputnik / Emin Babayev
Zurab Batiaşvili

Qeyd edək ki, Ağdama səfər edən Gürcüstanlı qonaqlara ermənilərin işğal müddətində Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.

Həmçinin oxuyun:

Toivo Klaar: Müharibənin acı xatirələri hər zaman qalacaq, lakin biz gələcəyə baxmalıyıq

3
Teqlər:
Gürcüstan
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Azərbaycanda Vətən müharibəsinin Anım Günü belə qeyd olunacaq

6
Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq.

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcəkdir.

Qeyd edək ki, 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan ordusu erməni təxribatlarına cavab verərək əks hücum əməliyyatlarına başlayıb. Sentyabrın 27-də başlanan Vətən müharibəsi 44 gün davam edib. Azərbaycan 28 il işğal altında olan torpaqlarını azad edib. Noyabrın 8-də müharibədə Zəfər qazandığımız rəsmən elan olunub.

Həmçinin oxuyun:

Müharibənin başlanmasının il dönümü ilə bağlı müsabiqəyə start verilib

6
Teqlər:
anım, anım günü