Elnur Mövlanov və Fərqanə Qasımova, arxiv şəkli

Alim Qasımovun kürəkəninin həbsdə qalacağı müddət açıqlanıb

40
(Yenilənib 13:17 07.09.2021)
Prokuror çıxışında təqsirləndirilən şəxs barəsində elan olunan ittihamları əsas gətirərək Elnur Mövlamovun 10 il azadlıqdan məhrum olunmasını istəyib.

BAKI, 7 sentyabr — Sputnik. Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxs barəsində elan olunan ittihamları əsas gətirərək Elnur Mövlamovun 10 il azadlıqdan məhrum olunmasını istəyib.

Daha sonra zərərçəkmiş şəxs Tamilla Qasımova ona dəymiş 51621 manat ziyanın tam ödənilməsini istəyib.

Zərərçəkən şəxs Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Qasımova məhkəmədə sonuncu dəfə ifadə verərək ədalətli qərar çıxarılmasını istəyib. Təqsirləndirilən şəxs isə son sözündə zərərçəkmiş şəxs Rəşadət Fərzəliyevlə barışıq əldə etdiyini və dəymiş ziyanın tam ödənildiyini bildirib.

Bununla da E.Mövlamov özünü yalnız 178.3.2-ci maddə ilə qismən təqsirli bildiyini deyib. Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər.

Hökmə əsasən, təqsirləndirilən şəxs Mövlamov Elnur Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum olunub.

Hökmdə qeyd olunub ki, zərərçəkmiş şəxs Tamilla Aslanovanın ona dəymiş 51621 manat ziyanla bağlı qaldırdığı mülki iddia təmin edilsin və dəyən ziyan tam ödənilsin.

Qeyd edək ki, məhkəmədə zərərçəkmiş qismində Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Qasımova və qohumu Rəşadət Fərzəliyev tanınıb.

Xatırladaq ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunur.

Muğam ifaçısı Fərqanə Qasımovanın həyat yoldaşı olan E.Mövlamov Alim Qasımovun xanımına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunub.

40
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

3
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

3
Teqlər:
Belarus, ixrac, idxal

Milli Məclisin deputatları Rusiyada parlament seçkilərinin gedişini müşahidə ediblər

5
Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib. Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçirib.

BAKI, 19 sentyabr - Sputnik. Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Rusiya Dövlət Dumasına sentyabrın 17-19-da keçirilən seçkilərdə müşahidəçi missiyası ilə iştirak edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında və Moskva vilayətində seçki prosesinin gedişini izləyiblər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov APA-nın Moskva müxbirinə üç gün ərzində apardıqları müşahidələr haqqında məlumat verib.

Onun sözlərinə görə, Rusiya Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib. Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçirib.

Nümayəndə heyətimizin Rusiya Dövlət Duması və Federasiya Şurasının rəhbərliyi ilə görüşləri olub. Missiyamıza Moskva vilayətində videogörüntü rejimində müşahidə etmək imkanı yaradılmışdı. Qeyd edim ki, rəqəmsal videonəzarət sistemi həm Moskva vilayətində, həm də Moskva şəhərində fəaliyyət göstərirdi. Bundan başqa, bir sıra seçki məntəqələrində müşahidələr aparmışıq və missiyamız müşahidələrinin nəticələrini yaxın vaxtlarda təqdim edəcək”.

Azərbaycan millət vəkili Rusiya qanunvericiliyinə tələblərinə uyğun olaraq, seçkilərin gedişi ilə bağlı rəyin yalnız səsvermə bitəndən sonra təqdim edilə bilinəcəyini bildirib: “Müşahidə missiyamıza həm MDB İcraiyyə Komitəsi, həm MDB Parlamentlərarası Assambleyasının təmsilçiləri daxil idi. İlkin olaraq, müşahidələrimiz əsasında qeyd edə bilərik ki, Rusiyada seçkilər qanuna müvafiq qaydada keçirilib və onları baş tutmuş hesab etmək olar”.

Həmçinin oxuyun:

Rusiyada parlament seçkilərinin səsverməsi başa çatıb

5
Teqlər:
Rusiya, seçki, seçkilər