Albalı ilə dolu yeşik, arxiv şəkli

Diyetoloqlar albalının sağlamlıq üçün bəlli olmayan beş faydasını açıqladılar

478
(Yenilənib 23:51 04.09.2021)
Mütəxəssis əminliklə bildirib ki, çoxlu meyvə yemək diabet və piylənmə xəstəliyinin yaranmasına gətirib çıxara bilər.

BAKI, 27 avqust — Sputnik. Həkim-diyetoloqlar albalının sağlamlıq üçün indiyə qədər bəlli olmayan beş faydası haqqına məlumat veriblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, mütəxəssislər ilk növbədə albalının immun sisteminə müsbət təsirinə diqqət çəkiblər.

"Albalı C vitamini, sellüloz, kalium permanqanatla zəngindir ki, bu da immuniteti xeyli möhkəmləndirə bilər", - deyə həkim-diyetoloq Trista Best "Eat This, Not That!" məcmuəsinə bildirib.

Mütəxəssis albalının ürəyin fəaliyyətinə müsbət təsir göstərən kalium və polifenollar sayəsində faydalı olduğunu da əlavə edib.

Bundan əlavə, albalı yuxusuzluqdan yaxa qurtarmaq üçün təsirli bir vasitə ola bilər.

"Bəzi meyvələrdə olduğu kimi albalıda da olan melatonin beynimizin istehsal etdiyi bir maddədir. Melatonin oqanizmə yatmağın və oyanmağın nə vaxt lazım olduğunu anlamasına kömək edir", - deyə diyetoloq Kim Rouz bildirib.

Həmçinin albalı məşqlərin fiziki yükündən sonra bərpa olunmağa da kömək edə bilər:

"Araşdırmalar göstərir ki, məşqdən dərhal sonra albalı şirəsi əzələ tonusunu daha sürətli bərpa etməyə və məşqdən sonrakı ağrıları azaltmağa kömək edə bilər", - deyə  idman üzrə diyetoloq Bet Makkol əmimliklə bildirib.

Bundan əlavə, Makkol hesab edir ki, albalı şirəsinin tərkibində olan antioksidantlar xroniki artrit zamanı oynaq ağrısının yüngülləşməsinə də kömək edə bilər.

Bu yaxınlarda ABŞ-dan olan bir diyetoloq həddindən artıq meyvə yeməyin təhlükələrindən danışıb. Mütəxəssis əminliklə bildirib ki, çoxlu meyvə yemək diabet və piylənmə xəstəliyinin yaranmasına gətirib çıxara bilər.

Həmçinin oxuyun:

Qazlı içkidən kökələn və arıqlayanlar: faydası da var, zərəri də

478

Hərbi təyyarəçilərimiz “Texnofest-2021”də ilk uçuşlarını uğurla icra ediblər

92
(Yenilənib 20:14 21.09.2021)
Festivalda çətin pilotaj manevrlərlə nümunəvi uçuş keçirən hərbi pilotumuz izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.

BAKI, 21 sentyabr - Sputnik. Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi Atatürk Beynəlxalq Hava Limanında keçirilən “Texnofest-2021” festivalındakı aviaşouda ilk uçuşunu edib.

Müdafiə Nazirliyindən (MN) Sputnik Azərbaycan-a verilən xəbərə görə, festivalda çətin pilotaj manevrlərlə nümunəvi uçuş keçirən hərbi pilotumuz izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, sentyabrın 26-dək davam edən festivalda Azərbaycan HHQ-nin 2 ədəd MİQ-29 qırıcı təyyarələri müxtəlif vaxtlarda nümunəvi uçuşlar edəcəklər.

18.09.2021- 18:08

Azərbaycan şahinləri Türkiyə səmasında

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcəklər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunur ki, sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.
Festival sentyabrın 26-dək davam edəcək.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri isə artıq Vətənə qayıdıb.
Sentyabrın 1-dən 17-dək Türkiyə Respublikasının Konya şəhərində keçirilən birgə taktiki-uçuş təlimində qarşıya qoyulan bütün döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.

Eləcə də oxuyun:

92
Teqlər:
təyyarə, qırıcı, Azərbaycan, HHQ, Türkiyə, uçuş
İnternet şəbəkəsi, arxiv şəkli

İki provayder internet tariflərini dəyişdirdi

89
(Yenilənib 19:24 21.09.2021)
Yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.

 

BAKI, 21 sentyabr — Sputnik. İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) internet tariflərinə dəyişiklik edib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.

Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin edilib. Bu da onlayn qoşulma, ağır həcmli yükləmələr və digər əməliyyatların sürətli icrasına imkan yaradıb.

Dəyişikliklərə əsasən, ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilər üçün aylıq istifadə haqqı minimum 35%-dək endirilib.

O cümlədən, GPON (Gigabit Passive Optical Network) texnologiyası üzərindən göstərilən xidmətlərin tariflərinə də dəyişiklik olunub.

Qeyd edək ki, "Baktelecom.az" saytı üzərindən "onlayn qoşulma" funksiyası da fəaliyyət göstərir. Optik internet xidmətinə qoşulmanı seçilən tarif əsasında məsafə qət etmədən və növbələrdə vaxt itirmədən onlayn sifariş etmək mümkündür.

Yeni tariflər barədə ətraflı məlumatı hər iki şirkətin rəsmi veb-səhifəsi üzərindən əldə etmək mümkündür.

Eləcə də oxuyun: 

89
Teqlər:
internet, provayder, qiymət, azalma
Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclisdə qida təhlükəsizliyi məsələsini qanuniləşdirəcək

0
(Yenilənib 19:35 21.09.2021)
Milli Məclisin Aqrar siyasət komitəsinin iş planında işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanışlıq, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi və s. nəzərdə tutulub.

BAKI, 21 sentyabr — Sputnik. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, komitənin sədri Tahir Rzayev gündəlik barədə məlumat verib. Bildirilib ki, gündəliyə iki məsələ - Milli Məclisin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci il payız sessiyası üçün iş planının layihəsi daxil edilib.

2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə məlumat verib.

Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin 2021-ci il payız sessiyası üçün iş planı haqqında bildirib ki, komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı, qarşıdakı sessiyada "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. Eyni zamanda, işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanışlıq, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi, ilin yekununda Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə aqrar sahədə işlərin gedişi ilə əlaqədar dinləmələrin keçirilməsi planlaşdırılıb.

Sonra deputatlardan Eldar İbrahimov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov, Aydın Hüseynov müzakirə olunan məsələlərlə bağlı çıxış ediblər. Vurğulanıb ki, hesabat dövründə dövlət başçısının uzaqgörən daxili və xarici siyasətinin, xüsusən də həyata keçirilən islahatların qanunvericilik bazasının yaradılması ilə bağlı mühüm qərarlar və qanunlar qəbul olunub. Qeyd olunub ki, komitə üzvləri öz seçiciləri ilə xüsusi karantin rejiminin tələblərinə uyğun daimi əlaqə saxlayıblar, şəhid ailələri ilə, qazilərlə görüşüblər, onların problemləri ilə yaxından maraqlanıblar.

İclasda Aqrar siyasət komitəsi sədrinin müavini Sabir Hacıyev, deputatlar İqbal Məmmədov və Emin Hacıyev də iştirak ediblər.

0