Peşə təmayüllü məkan, arxiv şəkli

Qeyri-formal informal peşə öyrənənlərə müjdə - artıq buna dair sənəd ala bilərsiniz

2532
(Yenilənib 18:04 04.09.2021)
Xüsusən də yaşı 25-dən yuxarı olan şəxslər üç mərhələli prosedurdan keçməklə, bir qədər hazırlıqlı olmaqla rahatlıqla ilkin peşə təhsili diplomuna bərabər olan təhsil diplomu, yaxud da sertifikatı ala biləcək.

 

BAKI, 3 sentyabr — Sputnik. Azərbaycanda müəyyən qabiliyyəti olsa da, çalışdığı peşə üzrə təhsili olmayanların sayı kifayət qədərdir. Bu şəxslər peşə təhsili almamalarını müxtəlif səbəblərlə izah edirlər. Bu səbəblər sırasında erkən və uğursuz nikah, valideynlərin vaxtsız həyatdan köçməsi, təhsil almaq üçün sosial durumlarının ürəkaçan olmaması və s. amillər sadalanır. Bəzən də ağır və çətin həyat tərzi bu şəxsləri özlərini kəşf etməyə vadar edir, onları müəyyən peşələrə yönəldir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi isə bu şəxslər üçün gözəl imkan açıb, motivasiya mənbətinə çevrilib. Artıq bu şəxslər də peşələrinə görə rahatlıqla sertifikat və diplom ala biləcəklər.

Agentliyin "Qeyri-formal və informal təhsilin tanınması" şöbəsinin müdiri Samirə Quliyeva Sputnik Azərbaycan-ın suallarını cavablayıb.

- Qeyri-formal və informal təhsili olan şəxs necə sənəd və diplom ala bilər?

- Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətlərindən biri də qeyri-formal və informal təhsilin tanınmasıdır. Bu o deməkdir ki, qeyri-formal, yəni hansısa kursda, ustanın yanında müəyyən bacarıq və biliklərə sahib olan, yaxud da informal, yəni özü nələrsə araşdırıb öyrənən, müxtəlif mənbələr vasitəsilə müəyyən biliklərə, bacarıqlara sahib olan şəxslərə təhsil üçün sənəd almağa imkan verilir. Bunun üçün onlar bizim Agentliyə müraciət edərək, 3 mərhələli prosesdə iştirak etməlidirlər. Birinci mərhələdə sənədlər təqdim olunur və onlara baxış keçirilir. İkinci mərhələdə nəzəri imtahanlar keçirilir. Burada həmin şəxslərə ixtisasları üzrə suallar təqdim olunur. Sualların 50 faizindən çoxuna cavab verən şəxslər praktiki imtahanlara buraxılır. Praktiki imtahanlarda tapşırıqlar verilir və bu tapşırıqlar Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirilir. Tapşırıq 50 faizədək lazımi səviyyədə həyata keçirilibsə, bu zaman həmin şəxslərə peşə təhsilinə barabər olan sənəd - sertifikat, yaxud da diplom təqdim olunur.

- Artıq diplom və sertifikat əldə edənlər var?

- Ötən ilin avqustundan etibarən bu istiqamətdə fəaliyyətə başlamışıq və artıq bir neçə ixtisas üzrə sənədlərin tanınmasını həyata keçirmişik. Bu müddətdə bizə “Bərbər” peşə ixtisası üzrə müraciət edən 25 nəfərdən 9-u sertifikat, “Plastik boru qaynaqçısı” peşə ixtisası üzrə 2 nəfər diplom əldə edə bildi. “Qənnadıçı-şirniyyatçı” peşə ixtisası üzrə də imtahanlarımız olub. Bu daha çox sosial layihə olaraq icra edildi. Fiziki məhdudiyyəti olan şəxslər imtahana cəlb olundu, onlar imtahanlardan keçdi, 9 nəfər diplom, 4 nəfər isə sertifikat əldə edə bildi. Hazırda həmin qadınların işlə təminatına dəstək göstərilir.

- Növbəti mərhələdə hansı peşələr üzrə imtahanlar təşkil olunacaq?

- Növbəti mərhələlərdə “Aşpaz”, “Mobil telefon təmiri ustası”, “Avtomobil təmiri - çilingər”, “Ərzaq mallarınını satışı, nəzarətçi və xəzinədar” ixtisasları üzrə sənədlərin tanınmasının həyata keçirilməsi planlaşdırılır. Qeyd edim ki, imtahanda iştirak edən ərizəçilərin bilik və bacarıqlarının əmək bazarının tələblərinə uyğunluğunun düzgün qiymətləndirılməsi məqsədilə bu prosesə Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi, eyni zamanda, işəgötürənlər də cəlb olunub.

- Suallar kim tərəfindən hazırlanır?

- Suallar peşə məktəblərinin müəllimləri tərəfindən hazırlanır və sahə üzrə peşəkar ekspertlər tərəfindən təkmilləşdirilir. Məsələn, aşpaz ixtisası üzrə hazırlanan suallara Azərbaycan Milli Kulinariya Mütəxəssisləri Asossiasiyasının İdarə Heyətinin üzvü Vüsal Talıbzadə də baxış keçirir və onların ekspertizasını aparır. Nəticə etibarı ilə imtahan üçün əmək bazarının tələblərinə cavab verən suallar saxlanılır.

- İmtahana hazırlıq üçün kurs keçirilirmi? 

- Heç bir kurs keçirilmir. Sadəcə olaraq imtahanda iştirak edəcək şəxslər elektron dərs vəsaitləri ilə təmin olunurlar. Bu şəxslərin nəzəri bilikləri iş təcrübəsi zamanı qazanıldığından bizim təlim keçməyimizə zərurət olmur.

- Bu diplomun ilk peşə təhsili üçün verilən diplomdan fərqi varmı?

- Bu diplom ilk peşə təhsilinə bərabər diplomdur, onlar arasında hər hansı bir fərq yoxdur. Diplomdan fərqli olaraq, sertifikat ixtisasın müvafiq modulu ilə bağlı fəaliyyətə hüquq verir.

- Diplom və sertifikat üzrə daha ətraflı məlumat verərdiz. Kimlər diplom, kimlər sertifikat əldə edə bilirlər?

- Diplom və sertifikat müraciət edənin seçimindən asılıdır. Şəxs diplom üçün müraciət edirsə, bu zaman o müvafiq modullar üzrə imtahandan keçir və qənaətbəxş nəticələrə görə diplom əldə edir. Şəxs sertifikat almaq üçün müraciət edibsə, bu zaman bir modul üçün imtahandan keçir və qənaətbəxş nəticələrə görə sertifikat əldə edir.

- Maraqlıdır, bu şəxslər arasında fiziki məhdudiyyəti olanlar necə, varmı?

- Qeyd edim ki, qənnadıçı-şirniyyatçı peşə ixtisası üzrə müraciət edənlər arasında özü, yaxud da övladı fiziki məhdudiyyətli olanların sayı 16-dır. Bu qadınlardan 9-u diplom, 4-ü isə sertifikat ala bilib. Əlavə olaraq onu qeyd edim ki, bu 9 nəfərdən 2-i görmə, 2-i yerimə məhdudiyyətli idi. Digər iki nəfərin isə fiziki olaraq başqa problemləri vardı.

- Belə şəxslərin daha çox yönəldiyi peşələr hansılardır?

- Fiziki məhdudiyyəti olan şəxslərin daha çox yönəldiyi peşələr hələki qənnadıçı-şirniyyatçı ixtisası və dərzilikdir.

- Maraqlıdır, bu proqram daha çox hansı yaş qrupunun diqqətini çəkib?

- Müraciət edənlərin əksəriyyətinin yaşı 30-dan yuxarıdır. Lakin onlar arasında ən cavanı 23, ən yaşlısı isə 62 yaşındadır. Qeyd edim ki, müraciət edənlərin 18-i kişi, 33-ü qadındır. 62 yaşlı qənnadıçı-şirniyyatçı xanım uzun müddət idi ki, evində şirniyyat bişirərək satışını həyata keçirirdi. Qadının artıq təhsili ilə bağlı sənədi var və Dövlət Məşğulluq Agentliyinə müraciət edib sahibkarlarlıq fəaliyyəti ilə məşğul ola bilər. Bunun üçün ona Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində xüsusi avadanlıqlar təqdim oluna bilər.

- Maraqlıdır, bu yolla peşə təhsili ilə bağlı sənəd almaq mümkün olduğu təqdirdə, peşə təhsilinə maraq azalacaqmı?

- Qeyd edim ki, peşə məktəblərinə müraciət edənlərin əskəriyyəti orta və tam orta təhsil səviyyəsini yeni bitirən vətəndaşlardır. Həmin şəxslər bizə qeyri-formal və informal təhsilin tanınması üçün müraciət edə bilmirlər. Çünki müraciət etmək üçün müəyyən edilmiş tələblərə əsasən həmin şəxslər tam orta təhsili bitirdikdən 2 il sonra, ümumi orta təhsili bitirdikdən isə 4 il sonra bizə müraciət edə bilərlər. Bu səbəbdən peşə təhsili üçün məktəblərə sənəd verənlərin sayının aşağı düşəcəyini düşünmürük.

Həmçinin oxuyun:

Təhsil Nazirliyindən peşə məktəblərinə qəbul olunanlara müraciət

2532
Teqlər:
peşə, peşə təhsili
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiyada keçirilən seçkilərdə kim irəlidədir - Exit-poll nəticələri

11
(Yenilənib 00:13 20.09.2021)
Sorğunun nəticələrinə görə, 5%-lik həddi dörd siyasi təşkilat keçə bilib, onların arasında “Yedinaya Rossiya” liderdir.

BAKI, 19 sentyabr - Sputnik. Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə “Yedinaya Rossiya” partiyası hamıdan çox səs toplayıb (45,2%). Belə bir nəticə Sosial marketinq institutunun (İNSOMAR) keçirdiyi exit-poll-dan sonra hasil olub.

Kommunist partiyası səslrin 21%-ni, RLDP - 8,7%-ni, “eserlər” isə - 7,9%-ni toplayıblar.

Sorğunun nəticələrinə görə, seçkilərə qatılmış digər siyasi təşkilatlar 5%-lik səs həddini keçə bilməyiblər.

Respondentlərə belə bir sualla müraciət olunub: “Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?”.

Sorğu planşetlər vasitəsilə, elektron anketlərin köməyi ilə keçirilib. Məlumatlar real vaxt rejimində işlənib. Ümumilikdə sentyabrın 17-dən 19-a qədər sorğuda 438218 seçici iştirak edib.

Exit-poll üçün 825 yaşayış mntəqəsində 1455 seçki məntəqəsi seçilib.

Qeyd edək ki, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb. Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.

Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.

11
Teqlər:
'exit-poll', Rusiya
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

7
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

7
Teqlər:
Belarus, ixrac, idxal