Şəmkir rayon Varlı Həyat kəndində

"Varlı həyat"ın sakinləri mal təzəyinin ümidinə qalıb: Biz insan kimi yaşamaq istəyirik

3552
(Yenilənib 18:10 03.09.2021)
Sakinlərin istəyi odur ki, kənd qazlaşdırılsın, kənd camaatı mal peyininin, təzəyin tüstüsündən yaxa qurtarsın, normal insan kimi evlərində istiliklə təmin olunsunlar.

BAKI, 4 sentyabr — Sputnik. Şəmkir rayon Varlı Həyat kənd sakinləri təbii qazın olmamasından əziyyət çəkirlər. Qaçqın və məcburi köçkünlərdən təşkil olunmuş kəndin sakinləri gəldikləri 30 ildən çox müddət ərzində burada qazın olmadığını bildiriblər. İndiyədək işıqla müəyyən tələbatlarını ödədiklərini deyən sakinlər, aparılan kabelləşmə və işıq sayğaclarının dəyişdirilməsindən sonra bunun mümkünsüz olduğunu deyirlər.

Kənd camaatının sözlərinə görə dəfələrlə təbii qazın çəkilməsi ilə bağlı müraciət etsələr də, onlara ümidverici cavab verən olmayıb. Səslərini aidiyyatı orqanlara çatdırmağa çalışan sakinlər Şəmkir-Dağ Cəyir yolunu bağlayaraq görüntülərini sosial şəbəkədə yayıblar. Onlar qaz verilməsə, bu aksiyanı davam etdirəcəklərini deyiblər.

© Sputnik / Ilham Mustafayev
Şəmkir rayon Varlı Həyat kəndində

Kəlbəcərdən 1992-ci ildə köçkün düşən Əntiqə Əsədova ümidlərinin yalnız mal peyinindən hazırladıqları gəmrəyə qaldığını söyləyib:

"1992-ci ildən burada məskunlaşmışıq. Biz gələndən burda qaz olmayıb. Əvvəllər işıqdan istifadə edə bilirdik. Bu il kabelləşmə aparıldı. Mexaniki sayğaclar konturlu sayğaclarla əvəzləndi. Ona görə işıqdan istifadə etmək mümkünsüz olub. Meşədən odun gətirə bilmirik ki, ağac kəsmək olmaz. Yay-qış malın peyininin ümidinə qalmışıq. Tüstüsü gözümüzü çıxara-çıxara evimizi qızdırırıq, yeməyimizi, çayımızı hazırlayırıq. Biz də istəyirik normal yaşayaq. 21-ci əsrdə peyindən asılı olmaq nə deməkdir?! Bizim də Azərbaycan vətəndaşı olaraq qazdan istifadə haqqımız var".

  • Şəmkir rayon Varlı Həyat kəndində
    © Sputnik / Ilham Mustafayev
  • Şəmkir rayon Varlı Həyat kəndində
    © Sputnik / Ilham Mustafayev
  • Şəmkir rayon Varlı Həyat kəndində
    © Sputnik / Ilham Mustafayev
1 / 3
© Sputnik / Ilham Mustafayev
Şəmkir rayon Varlı Həyat kəndində

Göyçə qaçqını olduğunu deyən Kifayət Yusifova 33 ildir bu kənddə məskunlaşıb. O, rayon mərkəzinə daha uzaq kəndlərə qaz çəkilsə də, Varlı Həyatın bu layihədən kənarda qaldığını bildirib:

"Bizim kənd rayon mərkəzindən 18 kilometr məsafədə yerləşir. Bizdən 3-4 kilometr uzaqda olan kəndlərə qaz verilib, amma bizdə yoxdu. Bu ətrafda olan 7 kəndin beşinə çəkilib, ikisinə yox. Qaz xətti də kəndin 3 kilometrliyindən keçir. Müraciət edirik, yola verirlər. Deyirlər gələcəyik, baxacağıq, yoxlayacağıq, amma nə gələn var, nə də maraqlanan. Bizim də əlacımız kəsildi, yolu kəsdik. Gəlib maraqlanmasalar, bu yolu təmiz bağlayacağıq".

© Sputnik / Ilham Mustafayev
Kifayət Yusifova

Kənd sakini Eldar Mamedov dəfələrlə rəsmi müraciət etdiklərini, lakin məktubların heç birinə doğru-düzgün cavab verilmədiyini söyləyib:

"Dəfələrlə yuxarı təşkilatlara müraciət etmişik. Bizə cavab vermirlər. Hara məktub yazırıq it-bat olur, üzə çıxmır. Son dəfə 44 nəfərin imzası ilə məktub yazmışıq. Kəndimizdən olan şəhidin xatirinə kəndimizin qazlaşdırılmasını istəmişik. Cavab olaraq bizə yazıblar ki, şəhid dəfn olunan kənd qazla təmin olunub. Şəhidimiz Yuxarı Seyfəli kəndində dəfn olunduğundan, belə cavablar verirlər. Bizim istəyimiz odur ki, kəndimiz qazlaşdırılsın, kənd camaatı mal peyininin, təzəyin tüstüsündən yaxa qurtarsın, normal insan kimi evlərində istiliklə təmin olunsunlar".

© Sputnik / Ilham Mustafayev
Eldar Mamedov

Məsələ ilə bağlı "Azərqaz" İstehsalat Birliyinin sözçüsü Eldəniz Vəliyev rayonlarda qazlaşma prosesinin regionların inkişafı ilə bağlı dövlət proqramına əsasən tənzimləndiyini bildirib:

"Yeni yaşayış massivləri istisna olmaqla, Azərbaycanda 2023-cü ilə qədər qazlaşmayan heç bir ərazi qalmayacaq. Güman edirəm ki, sözü gedən ərazinin qazlaşması gələn il həyata keçiriləcək".

Varlı Həyat kəndində 200-dək sakin yaşayır. Əsasən maldarlıq və dəmyə əkinçiliyi ilə məşğul olurlar. 1988-ci ildə bura Ermənistandan qaçqın düşən əhali yerləşdirilib. 1993-cü ildə Kəlbəcərin işğalından sonra isə 20-dək ailə kəndə pənah gətirib.

3552
Laborant koronavirus testlərinin nümunələri üzərində işləyir, arxiv şəkli

COVID-19 statistikası: yoluxanlar azaldı, ölənlərin sayı isə artıb

6961
(Yenilənib 15:42 16.09.2021)
İndiyədək ölkədə ümumilikdə 463 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 194 nəfər müalicə olunaraq sağalıb, 6167 nəfər vəfat edib, aktiv xəstə sayı 40 965 nəfərdir.

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1783 yeni yoluxma faktı qeydə alınıb, 3680 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 467 173 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 423 705 nəfər müalicə olunaraq sağalıb, 6 227 nəfər vəfat edib, aktiv xəstə sayı 37 241 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 852, ötən müddət ərzində isə ümumilikdə 4 702 934 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60384 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19311, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41073 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7806235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4570812, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3235423 təşkil edir.

15 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2064 yeni yoluxma faktı qeydə alınıb, 3831 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 465 390 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 420 025 nəfər müalicə olunaraq sağalıb, 6 195 nəfər vəfat edib, aktiv xəstə sayı 39 170 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 972, ötən müddət ərzində isə ümumilikdə 4 690 082 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 65424 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21363, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44061 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7745851, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4551501, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3194350 təşkil edir.

14 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2077 yeni yoluxma faktı qeydə alınıb, 3725 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 463 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 194 nəfər müalicə olunaraq sağalıb, 6167 nəfər vəfat edib, aktiv xəstə sayı 40 965 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 991, ötən müddət ərzində isə ümumilikdə 4 675 110 test aparılıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22023, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47198 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7680427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4530138, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3150289 təşkil edir.

13 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1157 yeni yoluxma faktı qeydə alınıb, 3065 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 461249 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 412469 nəfər müalicə olunaraq sağalıb, 6134 nəfər vəfat edib, aktiv xəstə sayı 42646 nəfərdir. Ölkədə son sutka ərzində 8123 hazırkı dövrədək isə 4661119 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 1 266 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 077, ikinci mərhələ üzrə 189 nəfərdir.

Vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə isə 3 103 091 nəfər təşkil edir.

12 sentyabr 2021-ci il tarixə olan statistika

Son sutkada Azərbaycandakoronavirusa 2 676 yeni yoluxma qeydə alınıb, 3 893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 460 092 nəfərin koronavirusa yoluxması müəyyən olunub, 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 44 585 nəfərdir.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 536, ötən müddət ərzində isə ümumilikdə 4 652 996 test aparılıb.

Son sutkada ölkədə koronavirus əleyhinə 52 386 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir.

Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 507 038, ikinci mərhələ üzrə isə 3 102 902 nəfər təşkil edir.

11 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2372 yeni yoluxma faktı qeydə alınıb, 4211 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 457416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 405511 nəfər müalicə olunaraq sağalıb, 6065 nəfər vəfat edib, aktiv xəstə sayı 45840 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16215, ötən müddət ərzində isə ümumilikdə 4639460 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64520 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7557554, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4488930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3068624 təşkil edir.

10 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 508 yeni yoluxma faktı qeydə alınıb, 4 076 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 455 044 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 401 300 nəfər müalicə olunaraq sağalıb, 6 031 nəfər vəfat edib, aktiv xəstə sayı 47 713 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 672, ötən müddət ərzində isə ümumilikdə 4 623 245 test aparılıb.

Son sutka ərzində koronavirus (COVID-19) əleyhinə 62584 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39424 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7493034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4465644, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3027390 təşkil edir.

9 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 254 yeni yoluxma faktı qeydə alınıb, 3 655 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 452 536 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 397 224 nəfər müalicə olunaraq sağalıb, 5 994 nəfər vəfat edib, aktiv xəstə sayı 49318 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 753, ötən müddət ərzində isə ümumilikdə 4 608 573 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59268 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24270, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34998 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7430450, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4442484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2987966 təşkil edir.

8 sentyabr 2021-ci il tarixə olan statistika

Son sutka ərzində Azərbaycanda 2557 nəfər COVID-19-a yoluxub, 39 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

Koronavirus (COVID-19) infeksiyasından 3592 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 450 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 393 569 nəfər müalicə olunaraq sağalıb, 5959 nəfər vəfat edib, aktiv xəstə sayı 50 754 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 220, ötən müddət ərzində isə ümumilikdə 4 593 820 test aparılıb.

Son sutkada ölkədə koronavirus (COVID-19) əleyhinə 64033 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26550, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37483 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7371182, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4418214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2952968 təşkil edir.

7 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2447 yeni yoluxma faktı qeydə alınıb, 3428 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 447725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389977 nəfər müalicə olunaraq sağalıb, 5920 nəfər vəfat edib, aktiv xəstə sayı 51828 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15530, ötən müddət ərzində isə ümumilikdə 4578600 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 70768 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31927, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38841 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7307149, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4391664, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2915485 təşkil edir.

6 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 406 yeni yoluxma faktı qeydə alınıb, 2 867 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

Onlardan 386 549 nəfər müalicə olunaraq sağalıb, 5 879 nəfər vəfat edib, aktiv xəstə sayı 52 850 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 550, ötən müddət ərzində isə ümumilikdə 4 563 070 test aparılıb.

Son sutkada ölkədə koronavirus (COVID-19) əleyhinə 1 107 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164 nəfərdir. Bu günədək vurulan vaksinlərin ümumi sayı 7 236 381, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 359 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 644 təşkil edir.

5 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 310 yeni yoluxma faktı qeydə alınıb, 2 972 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 442 872 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 383 682 nəfər müalicə olunaraq sağalıb, 5 842 nəfər vəfat edib, aktiv xəstə sayı 53 348 nəfərdir.

Ölkədə son sutka ərzində 15 614 , hazırkı dövrədək isə 4 551 520 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 977 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 754 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 235 274, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 358 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 480 təşkil edir.

4 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 305 yeni yoluxma faktı qeydə alınıb, 3 423 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 439 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 380 710 nəfər müalicə olunaraq sağalıb, 5 800 nəfər vəfat edib, aktiv xəstə sayı 53 052 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 172, ötən müddət ərzində isə ümumilikdə 4 535 906 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 78 604 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 000 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 174 292, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 329 571, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 844 726 təşkil edir.

3 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3762 yeni yoluxma faktı qeydə alınıb, 3812 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 436 257 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 377 287 nəfər müalicə olunaraq sağalıb, 5760 nəfər vəfat edib. 53 210 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19017, bu günə qədər isə ümumilikdə 4 517 734 test icra olunub.

2 sentyabr 2021-ci il tarixə olan statistika

Son sutka ərzində Azərbaycanda 3759 nəfər COVID-19-a yoluxub, 45 nəfər vəfat edib. Analiz nümunələri müsbət çıxan 3473 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98 494 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 327 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 7 009 933, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 239 851, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2 770 082 təşkil edir.

1 sentyabr 2021-ci il tarixə olan statistika 

Son sutka ərzində Azərbaycanda 3876 nəfər COVID-19-dan sağalıb, 3845 nəfər yoluxub, 41 nəfər isə dünyasını dəyişib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, İndiyədək ölkədə ümumilikdə 428 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 002 nəfər müalicə olunaraq sağalıb, 5 677 nəfər vəfat edib, aktiv xəstə sayı 53057 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 102, ötən müddət ərzində isə ümumilikdə 4 481 039 test aparılıb.

Son sutkada ölkədə koronavirus (COVID-19) əleyhinə 105 699 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65 968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 731 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 911 439, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 179 684, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 731 755 təşkil edir.

6961
Teqlər:
COVID-19, Koronavirus
Kimsəsiz insanlar, arxiv şəkli

Səyavuş Aslanın küçədə gecələyən oğlu sosial müəssisəyə yerləşdiriləcək