CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaksinin əks təsiri ilə qarşılaşanların faizi də az deyil - SORĞU

© AFP 2023 / PASCAL GUYOTФлаконы и шприцы с вакциной Pfizer-BioNtech, фото из архива
Флаконы и шприцы с вакциной Pfizer-BioNtech, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.09.2021
Abunə olmaq
Azərbaycanda vaksinasiya ilə bağlı durum öyrənilib. Bir neçə cavab variantı seçmək imkanına malik olan respondentlərin 24,6%-i koronavirusa yoluxduğunu bildirib.
BAKI, 04 sentyabr — Sputnik. Ölkə üzrə əhalinin vaksinasiyası ilə bağlı açıqlanan son məlumata görə, hazırda əhalinin cəmi 34 faizi vaksinasiya olunub. Sputnik Azərbaycan-ın xəbərinə görə, Media Təhlil Mərkəzi vətəndaşların vaksinasiya ilə bağlı fikirlərini öyrənmək məqsədilə təşkil etdiyi sorğunun nəticəsi olaraq bu qənaətə gəlib.
Belə ki, sorğuda iştirak edən 501 respondentin 48%-ni qadınlar, 52%-ni kişilər təşkil edib. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin 24,6%-i koronavirusa yoluxduğunu bildirib. Cavab verənlərin 10,2%-i ailə üzvlərinin yoluxduğunu, 61,1%-i qohum, dost və qonşuları arasında koronavirusa yoluxma faktının qeydə alındığını söyləsə də, 19,2%-i tanıdığı insanların virusa yoluxmadığını qeyd edib.
Sorğu iştirakçılarına vaksinasiya ilə bağlı verilən sual əsasında məlum olub ki, respondentlərin 33,7%-nin ailə üzvləri peyvənd olunub. Dost və tanışlarının vaksinasiya prosesinə cəlb edildiyini deyənlər cavab verənlərin 15,8%-ni, özünün peyvənd olunduğunu söyləylənlər respondentlərin 46,7%-ni təşkil edib. Fikrini bildirənlərin 3,8%-i isə ətrafındakı heç kəsin peyvənd olunmadığını deyib.
Növbəti sual vasitəsilə iştirakçıların koronavirusa qarşı edilən vaksinasiyanın əks təsirləri barədə fikirlərini müəyyənləşdirmək mümkün olub. Cavab verənlərin 38,5%-i əks təsirlərlə qarşılaşdığını, 56,7%-i belə bir halla rastlaşmadığını, 4,8%-i isə nə özünün, nə də tanıdığı insanların vaksinasiya olunmadığını bildirib.

COVID-19 əleyhinə hansı vaksini vurdurmusunuz?" sualına verilən cavablar isə belə olub:

"SinoVac" vaksini vurdurmuşam – 60,5%;
"Pfizer" vaksini vurdurmuşam – 6,2%;
"Sputnik V" vaksini vurdurmuşam – 3%;
"Vaxzevria" (AstraZeneca) vaksini vurdurmuşam – 1,4%;
Vaksin vurdurmamışam – 28,9%.
 
Həmçinin oxuyun:
Qapısı açılmayan kafe-restoranlarda son vəziyyət - SORĞU
Xəbər lenti
0