Mənzil açarı, arxiv şəkli

Tələbələrin kirayə mənzil problemi - Hamı veriləcək qərarı gözləyir

2105
(Yenilənib 16:26 03.09.2021)
Tələbələr deyirlər ki, bizdən ancaq koronavirus əleyhinə peyvənd vurdurub-vurdurmadığımızı soruşublar.

BAKI, 3 sentyabr — Sputnik. Yeni tədris ilindən orta məktəblər kimi ali təhsil müəssisələrində də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı qərar verilmədiyindən tələbələr indiyədək kirayə ev tutmaqla bağlı tərəddüd edirlər. Valideynlər və tələbələr ali və orta ixtisas müəssisələrində dərslərin əyani təşkili ilə bağlı qərar veriləcəyi təqdirdə paytaxtda kirayə ev tapa bilməyəcəklərindən narahatdırlar.

Tələbələr çarəsiz durumda

Bakı Slavyan Universitetinin tələbəsi Şamama Bəxtiyarlı da yüzlərlə belə tələbədən biridir. O, Ağcabədidə yaşadığından Bakıda təhsil aldığı müddətdə kirayədə qalıb. Pandemiya səbəbindən təhsilini onlayn davam etdirən tələbə hazırda paytaxtda mənzil kirayələyib-kirayələməyəcəyini bilmir. Çünki ali təhsil müəssisələrində dərslərin hansı formada davam edəcəyi barədə qərar verilməyib:

"Bizdən ancaq koronavirus əleyhinə peyvənd vurdurub-vurdurmadığımızı soruşublar. Dərslərin hansı formada keçiriləcəyi ilə bağlı isə heç kəsə bir söz deyilməyib. Ona görə də Bakıda kirayədə qalan tələbələr veriləcək qərarı gözləyirlər". 

Qərar vaxtında açıqlanmalıdır ki...

Yaranmış bu qeyri-müəyyənlik kirayə mənzil bazarına da təsirsiz ötüşməyib. Əmlak eksperti Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələrində dərslərin onlayn yox, əyani olacağı ilə bağlı məlumat tədrisin başlamasına 3-5 gün qalmış verilərsə, bu, tələbələr üçün ciddi problem olacaq:

"Yeni dərs ili başlayanda paytaxta gələn tələbələrin sayının on minlərlə olduğunu, həmçinin Bakı şəhərində ucuz kirayə mənzillər məhdud sayda olduğunu nəzərə alsaq, tələbələrin problem yaşayacağı qaçılmazdır. Ona görə də əlaqədar qurumlar bilməlidir ki, tələbə vaxtında gəlib ev tutmalıdır. Amma artıq bir çox tələbə kirayə pulunu belə, verib. Əgər dərslər onlayn olarsa, tələbənin ev üçün ödədiyi pul, gəlib-qayıtmaq üçün yol xərci də hədər gedəcək.

Məsələnin digər tərəfi də odur ki, mənzilini kirayə verən ev sahibləri də düşünürlər ki, əgər bu gün evi tələbəyə versə və o tələbə sabah çıxıb rayona getsə, evi boş qalacaq. Bu baxımdan bir çox ev sahibi tələbəyə ev vermək istəmir. Daha uzun müddət qalması üçün əsasən ailəli şəxslərə üstünlük verilir. Konkret olaraq, bu problem kökündən həll olunmalı, dərslərin əyani olub-olmayacağı ilə bağlı tez bir zamanda məlumat verməlidirlər".

Tələbələrə ev kirayə verənlərin özləri kirayədə qalır

E.Fərzəliyev bildirir ki, paytaxtda tələbələrin ən çox kirayə qaldıqları yerlər Yasamal və Nərimanov rayonlarıdır. Çünki burada təhsil müəssisələrinin sayı digər rayonlarla müqayisədə daha çoxdur: "Bu gün Bakıda birotaqlı mənzillərin kirayə qiyməti 250-300, maksimum 350 manat arasında dəyişir. 350 manat olanların çoxu da sonradan ikiotaqlıya çevrilən evlərdir. İkiotaqlı mənzillərin qiyməti 350-450 manatdır.

İllərdir ki, qiymətlər stabil olaraq qalıb. Bu il də artacağı gözlənilmir. Lakin zamanla şəhərdə ucuz kirayə mənzillər qalmayacaq. Çünki köhnə tikililər sürətlə yeniləri ilə əvəzlənir. İstismar müddətini bitirmiş binaların yerində yeni binalar tikilib və oradakı kirayə mənzillər də bazardan çıxır. Orada yaşayan insanlar da bina tikilib qurtarana qədər yaxın ərazidə kirayə ev götürürlər və beləcə kirayə evlərdə qıtlıq yaranır".

Yeni binalarda kirayə evlər tələbələr üçün əlçatan deyil

Ekspert deyir ki, yeni binalarda isə kirayə evlərin qiyməti tələbələr üçün əlçatan deyil: "Xüsusən paytaxt Bakıda yeni tikili binalar və digər tikili obyektlərdə qiymətlərin baha olmasının ən başlıca səbəbi torpaq sahələrinin baha olmasıdır. Bu özünü kirayə mənzil bazarında da göstərir. Yeni tikililərdə kirayə mənzillərin qiyməti ən yaxşı halda 550-700 manat arasında dəyişir. Bu isə tələbələrin büdcəsinə uyğun deyil".

E.Fərzəliyev bildirir ki, sovet dövründən qalmış tələbə yataqxanaları artıq istismar müddətini çoxdan bitirib və yaşayış üçün yararsızdır. Lakin onların yerləşdiyi ərazilər və yataqxanalara məxsus olan torpaq sahələri tikinti normativlərinə uyğun yeni hündürmərtəbəli yataqxanaların tikilməsinə imkan verir:

"Bu gün tələbələr üçün yeni hündürmərtəbəli, tam təmirli yataqxanalar tikmək, şəhərciklər salmaq və onları tələbələrə minimal qiymətlə icarəyə vermək həm tələbələrin yataqxana problemini aradan qaldırmış olar, həm də onu tikdirən təhsil müəssisələrinə hər ay külli miqdarda gəlir gətirmiş olar".

Yataqxanalar da veriləcək qərarı gözləyir

Qeyd edək ki, Bakı Dövlət Universiteti Bakıda Yasamal rayonu Mətbuat prospektində yeni tələbə yataqxanası inşa edib. Amma oraya tələbələrin hansı şərtlərlə qəbul ediləcəyi məlum deyil. BDU-dan sorğumuza cavabda bildirdilər ki, Tələbə Evinə ərizə qəbulu aparılsa da, yeni tədris ilindən dərslərin hansı formada keçiriləcəyi barədə qərar elan olunmadığından, tələbələrə yataqxanalara qəbul qaydaları açıqlanmır:

"Tələbələr Tələbə Evində qalmaq üçün bizə ərizə ilə müraciət etməlidir. Bu zaman sosial vəziyyəti barədə ətraflı məlumat bildirməlidir. Amma tələbələrin hansı şərtlərlə və nə qədər ödənişlə yataqxanada qalacağı barədə məlumat tədris ilinin hansı formada keçiriləcəyi barədə qərardan sonra açıqlanacaq. Tədrisin forması hələ açıqlanmadığından, yataqxanada qalma şərtləri müəyyən olunmayıb".

2105
Neft buruğu, arxiv şəkli

İraqın neft naziri: Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıqda maraqlıyıq

115
(Yenilənib 21:36 25.09.2021)
Azərbaycan və İraqın energetika nazirləri görüşüb. İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

BAKI, 25 sentyabr — Sputnik. Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid arasında görüş keçirilib.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə əsasən iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

Nazir Pərviz Şahbazov Azərbaycanın neft-qaz sektorunda nailiyyətləri, şaxələndirilmiş infrastruktur sisteminin yaradılması ilə ölkəmizin regional və beynəlxalq enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr, həmçinin qaz hasilatı və ixracının artımında "Cənub Qaz Dəhlizi"nin rolu barədə ətraflı məlumat verib. Eyni zamanda, müasir trendlərə uyğun olaraq bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" məkanlarına çevrilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi milli prioritetinin növbəti onillikdə reallaşdırılmasını, işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılmasını təşviq edən strateji qərarları enerji əməkdaşlığı üçün yeni imkanlar açır.

Azərbaycanın neft sektorundakı xarici investorlarla uğurlu əməkdaşlıq təcrübəsinin artıq bərpa olunan enerji sahəsinə doğru genişləndiyini vurğulayan nazir yeni imkanları ölkələrimiz arasında enerji əməkdaşlığının inkişafı kontekstində qiymətləndirib:

"Hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsi və qlobal neft bazarının tənzimlənməsi prosesində birgə iştirak gələcək əməkdaşlığımız üçün təməldir. SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatı və OPEC+ formatı çərçivəsində mövcud olan enerji əməkdaşlığını genişləndirmək üçün perspektivləri dəyərləndirə bilərik".

İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid isə ölkəsinin neft-qaz sahəsində mövcud təcrübəsini bölüşüb, Azərbaycanın neft bazarının balanslaşdırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Bildirilib ki, İraq Azərbaycanla neft-qaz və emal sahələri üzrə intensiv əməkdaşlıqda maraqlıdır.

Görüşdə, həmçinin İraqın bərpa olunan enerji ilə bağlı kursuna və dünya enerji bazarında mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

İraq SOCAR-la əməkdaşlıq etmək niyyətini açıqladı

115
Teqlər:
İraq
Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair müzakirələr

Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair müzakirələr aparılıb

4
(Yenilənib 21:06 25.09.2021)
Cavid Qurbanov birgə fəaliyyət əsasında bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları sahəsində artıma nail olunduğunu diqqətə çatdırıb.

BAKI, 25 sentyabr — Sputnik. Bakıda "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" (BTNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxış edərək bildirib ki, qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması vacibdir.

Qeyd olunub ki, tranzit daşımalarında şəffaflığın və nəqliyyat prosesinin iştirakçıları arasında bərabər şərtlərin təmin edilməsi üçün ən vacib alət Orta Dəhlizin rəqəmsallaşdırılmasıdır.

Bildirilib ki, tariflərin optimallaşdırılması, daşıyıcıların və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin edilməsi, tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, sayının və müddətinin azaldılması ilə məşğul olan kollegial icra orqanı – Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Beynəlxalq Assosiasiya ilə sıx əməkdaşlığı Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verəcək.

"Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti SC, "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin sədri Nurlan Sauranbayevin sədrliyi ilə keçən tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri David Peradze, "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi Rahmetulla Kudaybergenov, Türkiyə Dövlət Dəmir Yollarının baş direktoru Hasan Pezük, "Aktau Beynəlxalq Dəniz Ticarət limanı" SC-nin sədri Abay Turikpembayev, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov və "Port Kurık" SC-nin sədri Serik Axmetov iştirak ediblər.

Pandemiya şəraitində mövcud vəziyyəti səciyyələndirən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov birgə fəaliyyət əsasında bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları sahəsində artıma nail olunduğunu diqqətə çatdırıb. O bildirib ki, Prezi