CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirilib

© AR Ministry of Defence“Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi
“Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi - Sputnik Azərbaycan, 1920, 02.09.2021
Abunə olmaq
Polkovnik-leytenant Əhmədov Namiq "Ən yaxşı məşqçi", gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə "Ən yaxşı heyət" nominasiyalarının qalibləri olublar.
BAKI, 2 sentyabr — Sputnik. “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirilib. Müdafiə Nazirliyindən Sputnik Azəraycan-a verilən məlimata görə, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqənin yekun nəticələrinə əsasən komandamız üçüncü yerə layiq görülüb.
Qazaxıstan komandası birinci, Rusiya komandası isə ikinci yeri qazanıb.
Bundan başqa polkovnik-leytenant Əhmədov Namiq "Ən yaxşı məşqçi", gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə "Ən yaxşı heyət" nominasiyalarının qalibləri olub.
Qalib komandalara mükafatlar təqdim olunub. Mərasimdən sonra “Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan edilib.
Həmçinin oxuyun:
Xəzəryanı ölkələrin dənizdə birgə hərbi təlimləri keçiriləcək
Xəbər lenti
0