QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşa sakini: Gözü yumulu da gəlib, tapa bilərdim, evimizi

© Sputnik / Emin AlisahibQütabə Məmmədova
Qütabə Məmmədova - Sputnik Azərbaycan, 1920, 01.09.2021
Abunə olmaq
“Evim dağılb, tökülüb, sökülüb. Əsər-əlamət qalmayıb. Bircə divarlar qalıb. Lakin bundan da betər olsa, mənim qəbulumdur, əsas odur Şuşamız alındı".
BAKI, 29 avgust — Sputnik. 29 ildən sonra azadlığına qovuşan Şuşa indi inkişaf dövrünü yaşayır. Yenidən tikilir abadlaşır, bir sözlə dirçəlir. Bütün məcburi köçkünlərimiz kimi Şuşalılar da tezliklə ata baba torpaqlarına qayıdacaq. Yenidən Şuşadakı evinə ayaq basan Qütabə Məmmədova deyir bu sözləri. O Şuşaya ilk səfərinin təsüratlarını Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb.
“Gözü yumulu da gəlib, tapa bilərdim, evimizi.  Darvazanı görməyəndə, bu biri qonşunun evin uçub-dağılmış görəndə çox təəssüfləndim”.
Deyir və göz yaşlarına boğulur. İndi o doğma ata-baba yurdundadır. Körpəliyindən ayaq basdığı bu torpağın indi az qalır ki, hər qarış torpağını qucaqlayıb, bağrına bassın...  Qutabə Məmmədova 1992-ci ildə ermənilərin işğalçılıq siyasəti nəticəsində ailəsi ilə birlikdə Şuşa şəhərindən didərgin düşüb. Bakı şəhərində müvəqqəti məskunlaşan məcburi köçkün Qütabə Məmmədova 29 il sonra doğma yurduna ayaq basıb. Onu doğma şəhərində viran olmuş məhəllələr və dağılmış evler qarşılayıb.
“Bax, bura da böyük bir ev idi. Görürsünüz, ermənilər buranı da nə günə qoyublar. Vəhşilər dağıdıb, töküblər. Bura cənnət məkan idi”.
© Sputnik / Emin AlisahibŞuşada dağılmış evlər
Qütabə Məmmədova - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Şuşada dağılmış evlər
Qutabə Məmmədova öz yaşadığı evi də ziyarət edib. Lakin bir zamanlar yaşadığı evdə, illər sonra onu sadəcə quru divarlar qarşılayıb. Həmsöhbətimiz bildirir ki, zirzəmisi ilə bərabər 3 mərtəbədən ibarət olan evdən əsər-əlamət qalmayıb. Hansı ki, o ailəsi ilə birlikdə muharibəyə qədər bu evde xoşbəxt ömür yaşayıb.
“5 ataq idi.  Evin o biri hissəsinə keçib, baxsanız evdən əsər-əlamət yoxdur. Heç nə qalmayıb”.
© Sputnik / Emin AlisahibŞuşada dağılmış evlər
Qütabə Məmmədova - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Şuşada dağılmış evlər
Qütabə Məmmədova burada öz məhəllə qonşularınında evini ziyarət edib. Qonşusunun bağından  meyvə də dərib yeyir. O deyir ki, bu meyvənin dadı da tamı da bir başqadır. Burda olarkən evinin xarabalığa çevrilməsi faktı ilədə barışmalı olur. Deyir bu da düzələcək. Əsas odur ki, yurdumuzdayıq.
“Evim dağılb, tökülüb, sökülüb. Əsər-əlamət qalmayıb. Bircə divarlar qalıb. Lakin bundan da betər olsa, mənim qəbulumdur, əsas odur Şuşamız alındı. Əsas məsələ torpağımızın alınmasıdır. Bunlar hamısı ikinci dərəcəli işlərdir. Düzələcək. Oğlum da var, qızım da var. Bunlar hamısı çalışacaqlar, yəni evi əvvəlki görkəminə salacaqlar. Amma biz torpaq həsrəti ilə yaşamışıq. 30 ildir biz torpağımıza həsrət qalmışıq”.
© Sputnik / Emin AlisahibŞuşada dağılmış evlər
Qütabə Məmmədova - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Şuşada dağılmış evlər
Birinci Qarabağ müharibəsində ailə üzvləri ilə Şuşanı tərk edən həmsöhbətim doğma yurdunu heç vaxt unutmadığını deyir. Az qala hər gün yuxularında gördüyü Şuşası bu gün azaddır. O bu azadlığa görə Ali baş komandana, Azərbaycan əsgərinə minnətdarlığını bildirərək, şəhidlərimizə allahdan rəhmət diləyir.
“Yuxularımızda biz Şuşanı görəndə səhər durub deyirdik ki, görəsən biz bu yuxunu nə cür yozaq? Şuşa alınacaqmı? Ancaq Şuşanı bizə bəxş edən əsgərlərimiz çox sağ olsun Allah şəhidlərimizə rəhmət eləsin qazilərimizə can sağlığı versin prezidentimiz çox sağ olsun. Onun özünə də, ailəsinə də xoşbəxtlik və səadət arzulayıram”.
Qütabə Məmmədovanın sözlərinə görə, bu gün Şuşa şuşalılarla bütövdür, tamdır. Bütün Şuşalılar kimi Qütabə Məmmədova da tezliklə doğma şəhərinə qayıdacağını bildirir.
Həmçinin oxuyun:
 
Xəbər lenti
0