Toylarla bağlı cinayət işi açıldı

25
(Yenilənib 11:16 30.08.2021)
Bir nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb, 115 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

BAKI, 30 avqust — Sputnik. Avqustun 28-də və 29-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 14 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 4 şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 115 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Qeyd edək ki, avqustun 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 6 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 3 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 11 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. 

Həmçinin oxuyun:

* Azərbaycanda toylarla bağlı daha bir qadağa: Baş nazir imzaladı

25
Bakıda buludlu hava, arxiv şəkli

Hava şəraiti dəyişir: xəbərdarlıq edildi

858
Sabah, sentyabrın 22-də Abşeron yarımadasının bəzi hissələrində qısamüddətli yağış yağacaq. Axşam isə əsasən rayonlarda dolu düşəcəyi, sel keçəcəyi gözlənilir.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 22-si axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Sputnik Azərbaycan-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda suluğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel kecəcəyi ehtimalı var. Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.

---------

13:07

Çərşənbə günü, sentyabrın 22-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22° isti, gündüz 26-28° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-34° isti, dağlarda gecə 11-16° isti, gündüz 16-21° isti olacaq.

858
Teqlər:
hava, hava proqnozu, Bakı, Azərbaycan, rayonlar
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova

Vətən müharibəsinin birinci ildönümü Milli Məclisdə müzakirə olunub

286
(Yenilənib 16:34 21.09.2021)
Milli Məclis sədrinin sözlərinə görə, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir.

BAKI, 21 sentyabr — Sputnik. Milli Məclisdə "Vətən müharibəsinin birinci ildönümü: postmüharibə dövründə icra və qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın prioritetləri" mövzusunda videokonfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, konfransda Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin rəhbərliyi, komitə və komissiya sədrləri və müavinləri, həmçinin Prezident Administrasiyasının və Milli Məclis Aparatının əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin sədri Sahibə Qafarova altıncı çağırış Milli Məclisin fəaliyyətində bu cür konfransların keçirilməsinin yaxşı bir ənənəyə çevrildiyini bildirərək, bugünkü konfransda müzakirə olunan mövzunun da kifayət qədər aktual olduğunu qeyd edib. Sahibə Qafarova bu günlərdə Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifəsini təşkil edən Vətən müharibəsinin birinci ildönümünün tamam olduğunu xatırladaraq, illər keçsə də Azərbaycan xalqının həmin tarixi günləri heç vaxt unutmayacağını, hər zaman böyük fəxarət hissi ilə xatırlayacağını söyləyib. O, ötən il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsi ilə başa çatdığını, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla münaqişəyə son qoyulduğunu, bu, sənədin həmçinin Ermənistanın kapitulyasiya aktı olduğunu, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb.

Bu şanlı Qələbənin Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin, yeni dövrün başlanğıcı olduğunu bildirən parlamentin sədri vurğulayıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrüdür. Bu mərhələdə Azərbaycan dövlətinin qarşısında duran vəzifələr, hədəflər cari il yanvar ayının 6-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çox aydın şəkildə ifadə edilib.

Spiker Sahibə Qafarova bildirib ki, bu strateji hədəflər ilk növbədə, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması, işğaldan azad edilən tarixi torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, həmin ərazilərin yenidən dirçəldilməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin edilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin Şuşa şəhərinə və işğaldan azad olunmuş digər şəhər və rayonlarımıza səfərləri, həmin səfərlər çərçivəsində çox mühüm tədbirlərdə iştirakı, açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bir daha Azərbaycan dövlətinin gücünü və qüdrətini hər kəsə nümayiş etdirir. Bu tədbirlər həm böyük rəmzi məna daşıyır, həm də həyata keçirilən layihələr milli iqtisadiyyatımızın da inkişafına təkan verir.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı bütün şəhər və rayonlarımızı, binaları, tarixi abidələri, məscidləri dağıtdığını, talan etdiyini xatırladan Sahibə Qafarova deyib ki, hazırda qarşımızda duran mühüm prioritetlərdən biri Ermənistanın törətdiyi bu vəhşilikləri və digər təxribatları beynəlxalq ictimaiyyətə dolğun çatdırmaqdır.

Videokonfransda müzakirə olunan mövzunun aktuallığına toxunan parlamentin sədri xatırladıb ki, altıncı çağırış Milli Məclis fəaliyyətə başlayandan sonra bu sahədə bir sıra mühüm addımlar atılıb. Postmüharibə dövründə də bu istiqamətdə uğurlu əməkdaşlıq davam etdirilir. Milli Məclis sədrinin sözlərinə görə, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir. Spiker Milli Məclis deputatlarının seçicilərlə işinin düzgün əsasda qurulması, seçici müraciətlərinin dövlət qurumları tərəfindən cavablandırılması, onların qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, şəhid ailələri, müharibə veteranları, döyüşlərdə sağlamlığını itirmiş qəhrəman övladlarımıza diqqət və qayğıya əsaslanan dövlət siyasətinin dəstəklənməsi, Milli Məclisin təşəbbüsü, müvafiq nazirliklərin və dövlət komitəsinin rəhbər heyətinin və əməkdaşlarının iştirakı ilə parlamentdə cəmiyyəti narahat edən bir sıra məsələlərin ictimai müzakirələrinin keçirilməsi, ölkəmizdə yeni siyasi konfiqurasiyada dialoq mühitinin möhkəmlənməsinə, siyasi sistemin subyektləri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verilməsi, parlamentin beynəlxalq fəaliyyətinin daha effektiv həyata keçirilməsi və Azərbaycanın milli maraq və mənafelərinin daha yaxşı qorunması kimi prioritet məsələlər haqqında fikirlərini ifadə edib.

Sonra çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət və qalib xalq olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsinin başlandığını, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bu gün həyata keçirilən quruculuq işlərinin – vandallar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlərimizin sürətlə bərpasının əzəli torpaqlarımıza qayıdışımızı günbəgün yaxınlaşdırmaqla yanaşı, bütün dünyaya Azərbaycanın qüdrətini, dövlətimizin başçısının möhkəm iradəsini, yüksək idarəçilik məharətini və qurub-yaratmaq əzmini nümayiş etdirdiyini diqqətə çatdırıb. O, müxtəlif dövlət orqanları və qurumları ilə yanaşı, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrin də göstərilən fəaliyyətə əsaslı təkan verdiyini vurğulayıb.

Şöbə müdiri bildirib ki, indi tarixi Qələbəmizin möhkəmləndirilməsi, şəhid ailələri və müharibə iştirakçılarına qayğının davam etdirilməsi, düşmən tapdağından azad olunmuş ərazilərimizin dirçəldilməsi, erməni təcavüzkarlığının yenidən baş qaldırmaması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün haqq işimizlə bağlı beynəlxalq müstəvidə məqsədyönlü fəaliyyət göstərilməsi bütünlükdə Azərbaycan cəmiyyətinin qarşısında duran ən əsas vəzifələrdəndir.

Ədalət Vəliyev Prezident İlham Əliyevin apardığı sistemli və çoxşaxəli inzibati-siyasi islahatların nəticələrindən danışaraq ölkədə iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğunu, siyasi partiyalarla işin yenidən təşkil edildiyini deyib. Bildirilib ki, dövlətimizin başçısının tapşırığı əsasında üzvlərinin sayına, yaxud ölkə ərazisini əhatə vəziyyətinə görə böyük-kiçikliyindən, siyasi çəkisindən və ya hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib və hər bir görüşün nəticələri müfəssəl təhlil olunaraq verilmiş təkliflər üzrə müvafiq addımlar atılır.

Fərdi görüşlərlə yanaşı, siyasi partiyaların mütləq əksəriyyətinin iştirakı ilə müxtəlif mövzularda çoxtərəfli görüşlər də təşkil edildiyini vurğulayan şöbə müdiri bu qəbildən olan sonuncu – 9 sentyabr tarixli 45 siyasi partiyanın iştirakı ilə keçirilmiş görüşdə aparılan müzakirələrdə çıxış edənlərin dövlətimizin başçısının ölkədə formalaşdırdığı yeni siyasi konfiqurasiyanın davamlı sabitliyin qorunması və dövlətin inkişafı naminə bütün imkanların səfərbər olunmasında əhəmiyyətini, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə olunmuş Zəfərin Azərbaycan tarixində ən əlamətdar hadisə kimi yerini xüsusi qeyd etdiklərini, işğaldan azad olunmuş ərazilərə dövlət başçısının səfərləri, bu şəhər və kəndlərdə yüksək sürətlə həyata keçirilən bərpa-quruculuq işləri, yolların salınması, elektrik stansiyalarının, aeroportların tikilməsi, "Xarı-bülbül" festivalı, Vaqif Poeziya Günləri kimi mədəni tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin bildirilib ki, siyasi partiyalar xarici siyasət sahəsində atılmış addımlar, Şuşa Bəyannaməsinin imzalanması, eləcə də Qərbi Zəngəzurla bağlı Azərbaycan Respublikası Prezidentinin mövqeyini təqdir edir və dəstəkləyirlər.

Dövlətimizin başçısının zamanın tələbləri ilə uzlaşan islahat və inkişaf konsepsiyasının növbəti mərhələsinin səciyyəvi cəhətlərinə toxunan Ədalət Vəliyev müxtəlif siyasi qüvvələrin adekvat təmsil olunduğu altıncı çağırış Milli Məclisdə yeni demokratik mühit formalaşdığını, müxalifət nümayəndələrinin parlamentdə rəhbər vəzifələr tutduğunu deyib. Bildirilib ki, Milli Məclisin fəaliyyətinin dövlətimizin başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri addımlar atılması, o cümlədən deputat fəallığının artırılması ilə vətəndaş məmnunluğu yüksəldilib.

Ədalət Vəliyev çıxışında, həmçinin icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın daha da təkmilləşdirilməsi perspektivlərinə toxunaraq konkret istiqamətlər üzrə xüsusi diqqət yetirilməsi zəruri olan məsələləri tədbir iştirakçılarının nəzərinə çatdırıb, işin daha yüksək səviyyədə qurulmasına xidmət edən müvafiq təkliflər səsləndirib.

Müzakirələrdə çıxış edənlər müzakirə olunan mövzu barədə öz fikir və təkliflərini səsləndiriblər.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Zəfərin, habelə son illər aparılmış siyasi-hüquqi-institusional islahatların dövlətçiliyimizin inkişafında açdığı yeni mərhələnin səciyyəvi cəhətləri təhlil edilib, ölkənin yeni siyasi konfiqurasiyasının davamlı sabitliyin təmini və dayanıqlı inkişaf üçün əhəmiyyəti vurğulanıb, həmçinin Milli Məclisin müvafiq proseslərdə iştirakı, verə biləcəyi töhfələr, eləcə də parlamentin icra hakimiyyəti orqanları ilə daha sıx əməkdaşlıq qurması perspektivləri nəzərdən keçirilib.

286
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğanın Rusiyaya səfər tarixi açıqlandı