SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya Prezidenti Mehriban Əliyevanı təbrik edib

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva görüş zamanı
Rusiya Prezidenti Vladimir Putin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva görüş zamanı - Sputnik Azərbaycan, 1920, 26.08.2021
Abunə olmaq
Vladimir Putin dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə Mehriban Əliyevanın şəxsi töhfəsini çox yüksək qiymətləndirdiyini qeyd edib.
BAKI, 26 avqust - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda deyilir: "Hörmətli Mehriban Arif qızı, doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. 
Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlərin gələcək inkişafı Rusiya və Azərbaycanın dost xalqlarının maraqlarına tamamilə cavab verəcək.
Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram".
Qeyd edək ki, Azərbaycanın görkəmli dövlət, siyasi və ictimai xadimi, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Arif qızı Əliyeva avqustun 26-da ad gününü qeyd edir.
Eləcə də oxuyun: 
Azərbaycanın birinci xanımı: ömür səhifələrindən kadrlar
Leyla Əliyeva "Instagram"da Mehriban Əliyeva ilə bağlı video paylaşıb
Mehriban Əliyevanın bütün xidmətlərini qeyd etmək üçün daha bir səbəb
Xəbər lenti
0