İlon Mask, arxiv şəkli

ABŞ milyarderlərinin sərvəti pandemiya dövründə 1.8 trilyon dollar artıb

14
(Yenilənib 19:23 25.08.2021)
18 mart 2020-ci il və 17 avqust 2021-ci il ərzində ABŞ-ın ən varlı insanlarının maliyyə vəziyyəti ilə bağlı məlumatların müqayisəsi aparılıb. Ən çox İlon Mask sərvətini artırıb.

BAKI, 25 avqust — Sputnik. ABŞ milyarderlərinin sərvətinin ümumi həcmi pandemiya dövründə 1.8 trilyon dollar artaraq 4.8 trilyon dollara çatıb. Bu barədə Sputnik Azərbaycan "Secretmag"a istinadən xəbər verir.

məlumat yayıb.

"Institute for Policy Studies" təşkilatının mütəxəssisləri 18 mart 2020-ci il və 17 avqust 2021-ci il ərzində ABŞ-ın ən varlı insanlarının maliyyə vəziyyəti ilə bağlı məlumatları müqayisə ediblər.

Hesabat dövründə ən çox “SpaceX”-in rəhbəri, “Tesla”nın baş direktoru İlon Mask sərvətini artırıb – 612.8% (+150.8 milyard dollar).

İlk beşliyə həmçinin bu zənginlər daxil olublar:

Ceff Bezos ("Amazon", +75 milyard dollar);

Mark Zukerberq ("Facebook", +74.2 milyard dollar);

Larri Peyc ("Google", +66.5 milyard dollar);

Serqey Brin ("Google", +64.3 milyard dollar).

Bununla yanaşı, analitiklər böhran dövründə 86 milyondan çox amerikalının işsiz qaldığını qeyd ediblər. ABŞ-da təxminən 38 milyon insan koronavirusa yoluxub, onlardan 625 min insan ölüb.

Çinin Uhan şəhərində 2019-cu ilin dekabr ayında koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişib.  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2020-ci il martın 11-də yayılan virusla bağlı pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı.

Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi.

Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlanıb. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. İrandan gələn Rusiya vətəndaşında COVID-19 virusunun müəyyən edilməsindən sonra Azərbaycan İranla sərhədləri 2 həftə müddətinə bağladı. Martın 4-də Azərbaycan İrandan gələn yük maşınlarının və idxal məhsullarının ölkəyə daxil olmasına qadağa qoyuldu. 3-9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı. Dezinfeksiya və digər profilaktik tədbirlər həyata keçirildi. Daha sonra bu qadağanın tarixi martın 27-nə qədər uzadıldı. Martın 12-də Azərbaycanda koronavirusdan ilk ölüm halının qeydə alınması ölkəmizdə COVID-19-la mübarizə tədbirlərinin bir qədər də sərtləşdirilməsinə zərurət yaratdı. Azərbaycan Gürcüstanla sərhədləri 10 gün müddətinə bağladı. Martın 14-dən Azərbaycan Türkiyə ilə quru və hava sərhədlərini müvəqqəti olaraq bağladı.

2021-ci ilin yanvarından Azərbaycanda əhalinin risk qrupuna aid təbəqəsinin vaksinasiyasına başlanıldı. Daha sonra yaş həddi endirildi. Hazırda 18 yaşdan əhalinin könüllü koronavirus əleyhinə peyvəndlənməsi davam edir.

Həmçinin oxuyun:

Kosmosa uçmaq Bezosa baha başa gəldi: O, daha dünyanın ən varlısı deyil

14
Teqlər:
ABŞ, milyarder, sərvət
Штаб-квартира Европейского суда по правам человека в Страсбурге

Ermənistan irqi ayrı-seçkiliyə görə məhkəməyə veriləcək

10
Leyla Abdullayeva qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

BAKI, 17 sentyabr - Sputnik. “Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir.

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə L.Abdullayeva əlavə edib.

Eləcə də oxuyun:

10
Teqlər:
Ermənistan, məhkəmə, Azərbaycan, ayrı-seçkilik, Avropa İnsan Haqları Məhkəməsi

"Qarabağ" - "Bazel" oyunu kadrlarda