Avtobusda ödəniş terminalı, arxiv şəkli

Bakıda daha bir marşrut xəttində gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək

17
(Yenilənib 16:58 24.08.2021)
Avqustun 18-də 130 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqının "BakıKart" vasitəsilə ödənilməsinə başlanılıb.

 

BAKI, 24 avqust — Sputnik. Sabahdan etibarən 165 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli sosial şəbəkədəki hesabında paylaşıb. Məlumata görə, bununla da nağdsız ödəniş sisteminə inteqrasiya olunan marşrut xətlərinin sayı 74-ə çatır.

Qeyd edək ki, avqustun 18-də 130 nömrəli müntəzəm marşrut xətti (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqının "BakıKart" vasitəsilə ödənilməsinə başlanılıb.

Eləcə də oxuyun:

17

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq

4
(Yenilənib 21:49 24.09.2021)
İndi daha günəş yandırmır. Sərində sahil boyu gəzişmək, velosiped sürmək bədəni gümrahlaşdırmaqla yanaşı, xüsusi nostalji zövq bəxş edir adama. Payızın ilk günləri Nabran sahilləri Sputnik Azərbaycan-ın fotolentində.

Daha bir yay bitdi. Havaların soyuması ilə dənizə gedənlərin sayı azalıb. Yayın isti günlərində istənilən vaxt sahildə görünən adamlar indi çəkilmək üzrədir. Sübh tezdən tilovunu suya atıb saatlarla gözləyən balıqçılar gözə dəyirlər.

Mavi suların qoynu və qumlu sahillər azyaşlıları sevindirir. Velosipedlə sahil kənarında hərəkət edənlər dənizin təmiz havasında bədənlərini gəncləşdirirlər. Dənizin dalğalarından qorxmayan heyvanlar sahil kənarında sərinləyirlər. Günəşin közərən şüaları görünür. Günəş qürub etdikcə dalğaların səsi aydın eşidilir. Əlvida, dəniz. İsti günlər üçün darıxacağıq...

4
  • © Sputnik / Ilham Mustafayev

    Zaman da qum kimi barmaqlar arasından süzülür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda dalğalarla son söhbət - gələn mövsümədək.

  • © Sputnik / Ilham Mustafayev

    Sentyabr gəldisə, balıq tutmaq və yemək olar. Nabranda balıqçılar bu fürsəti qaçırmırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub daha həşəmətli görünür.

  • © Sputnik / Ilham Mustafayev

    Sahil kənarıyla qaçan alabaş.

  • © Sputnik / Ilham Mustafayev

    Xırçın ləpələr də adamlarsız darıxır.

  • © Sputnik / Ilham Mustafayev

    Yaş qum üzərində velosiped sürmək də bir zövqdür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahildə unudulmuş toplar.

  • © Sputnik / Ilham Mustafayev

    Polietilen torba budağı "niyyət ağacı"na bənzədib.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub vaxtı dənizdən pay uman balıqçı.

  • © Sputnik / Ilham Mustafayev

    Narıncıya boyanan gün.

  • © Sputnik / Ilham Mustafayev

    İnəklər də çimərlikdə tənhalıqdan kam alırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahil kənarında qız.

“Üzeyir sənətinin gənclik sədaları” layihəsinin növbəti konserti

"Üzeyir sənətinin gənclik sədaları"

10
(Yenilənib 22:24 24.09.2021)
Xəzər Universitetinin Kamera orkestri ilə solistlərinin də qatıldığı "Xəzər dalğası" adlı layihə maraqla qarşılanıb.

BAKI, 24 sentyabr — Sputnik. XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Üzeyir sənətinin gənclik sədaları" layihəsinin növbəti konserti baş tutub.

Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər Universitetinin Kamera orkestri ilə solistlərinin də qatıldığı "Xəzər dalğası" adlı layihə maraqla qarşılanıb. Orkestrin bədii rəhbəri Zülfiyyə Sadıqova, dirijoru Orxan Həşimovdur.

Konserti ön sözlə açan bəstəkar, respublikanın Xalq artisti Sərdar Fərəcov 13 il ərzində keçirilən bu festivalın əhəmiyyətindən danışıb. Festivala artıq yeddinci ildir ki, qatılan Xəzər Universitetinin iştirakının gözəl ənənə olduğunu vurğulayıb.

Xəzər Universitetinin Fikrət Əmirov adına konfrans-konsert mərkəzində keçirilən tədbirin solist iştirakçıları sırasında respublikanın əməkdar artistləri - müğənni tenor Fərid Əliyev, zurna və balaban ifaçısı Şirzad Fətəliyev, beynəlxalq müsabiqə laureatları Məhsəti Cabbarova və Yuliya Behbudova olublar.

Konsertdə Nikolay Rimski-Korsakovun "Seyrələn uçan buludlar", Frans Leqarın "Cuditta" operasından Cudittanın mahnısı, Leo Delibin "İspan mahnısı", Tomazo Albinoninin "Adajio", Sərdar Fərəcovun "Elegiya", Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından Gülçöhrənin ariyası və digər əsərlər səslənib. Tədbir Fikrət Əmirovun "1001 gecə" baletindən "Şəhrizadın bayramı" rəqs nömrəsi ilə tamamlanıb.

10
Cütlük, arxiv şəkli

Həyat yoldaşı onu cəzalandırıb, zurnasını 40 gün dağda çalacaq