Bakı

Sabahdan hava şəraiti dəyişir

22
Sinoptiklərin məlumatına görə, çərşənbə günü Bakıda 34 dərəcə isti olsa da, qısamüddətli yağış yağacaq. Bəzi rayonlarda isə yağış intensiv olacaq.

BAKI, 24 avqust — Sputnik. Azərbaycan ərazisində avqustun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarından bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

22
Teqlər:
hava, yağış, hava proqnozu, külək, isti
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Azərbaycanda Vətən müharibəsinin Anım Günü belə qeyd olunacaq

3
Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq.

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcəkdir.

Qeyd edək ki, 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan ordusu erməni təxribatlarına cavab verərək əks hücum əməliyyatlarına başlayıb. Sentyabrın 27-də başlanan Vətən müharibəsi 44 gün davam edib. Azərbaycan 28 il işğal altında olan torpaqlarını azad edib. Noyabrın 8-də müharibədə Zəfər qazandığımız rəsmən elan olunub.

Həmçinin oxuyun:

Müharibənin başlanmasının il dönümü ilə bağlı müsabiqəyə start verilib

3
Teqlər:
anım, anım günü
Lənkəranda magistraturaya qəbul imtahanının ikinci cəhdi, 26 may 2021-ci il

Universitetlərdə dərs saatı 80 dəqiqəyə endirilir

11
Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir.

BAKI, 23 sentyabr — Sputnik. Ali məktəblərdə dərs saatının 90 dəqiqədən 80 dəqiqəyə endirilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli açıqlama verib.

Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir: "Bu, universitetlərin verəcəyi qərardır. Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Beləliklə, tələbələrin tənəffüsə çıxmalarının və təmasların sayının az olmasına səbəb olacaq. Yəqin ki, belə davam etsə, 80 dəqiqəlik dərslər keçiriləcək".

N.Məmmədli universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halının qeydə alınması təhlükəsinə də toxunub. Nazirlik rəsmisinin sözlərinə görə, belə hallar baş verərsə, həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək:

"Həmçinin şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır. Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar".

Həmçinin oxuyun:

"Mühafizəçiyə silah vermək olmaz": Bəs tələbəni necə qorumalı?

11
Teqlər:
universitet, dərs

Rusiyalı adamları Azərbaycana investisiyanı artırmaq niyyətindədir

0
Azərbaycan və Rusiya uzunmüddətli ortaqlıqlar qurmaq niyyətindədir. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Sputnik Azərbaycan-da keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycanlı istehsalçılar da öz növbəsində Rusiyaya meyvə-tərəvəz, kimyəvi və qida məhsulları ixrac edirlər.

Yeri gəlmişkən, Azərbaycan plastmasının və ondan hazırlanan məhsulların qonşu ölkəyə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə bu il 3,6 dəfə artıb.

Ümumiyyətlə, bu ilin 7 ayında ölkələr arasında ticarət dövriyyəsi 8,2% artaraq əvvəlki iki ilin göstəricilərini üstələyib.

Bundan əlavə, Rusiya şirkətləri Azərbaycanın iğşaldan azad edilmiş bölgələrinin sosial-iqtisadi potensialının bərpasında iştirak etmək niyyətindədir. Bu istiqamətdə maşınqayırma, enerji avadanlığı, tikinti materialları sahələri xüsusi maraq kəsb edir.

Digər vacib əməkdaşlıq sahəsi əczaçılıqdır.

 

0
Teqlər:
Rusiya, iş adamları