Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov

Azərbaycan Peru ilə bütün sahələrdə əlaqələrini daha da genişləndirməkdə maraqlıdır

13
(Yenilənib 11:28 24.08.2021)
Azərbaycanın Meksikadakı səfiri Peruya səfəri zamanı bu ölkənin qəzetinə müsahibə verib, ölkələrimiz arasında əlaqələrdən, eləcə də Qarabağ müharibəsindən danışıb.

BAKI, 24 avqust — Sputnik. Azərbaycan Respublikasının Meksikadakı səfiri Məmməd Talıbov Peruya səfəri zamanı ölkənin nüfuzlu "Expreso" qəzetinə müsahibə verib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsahibə zamanı Perunun yeni seçilmiş Prezidenti Pedro Kastiyonun ölkədə akkreditə olunmuş diplomatik korpusla görüşdə iştirak etmək üçün Perunun paytaxtı Lima şəhərinə səfəri haqda məlumat verən Azərbaycan səfiri, seçkilərdəki qələbə və Perunun müstəqilliyinin 200 illik yubiley tarixinin qeyd edilməsi ilə bağlı bu ölkənin dövlət başçısı və xalqına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrikləri çatdırıb. Azərbaycanın Peru ilə bütün sahələrdə əlaqələrini daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. Bildirilib ki, diplomatik korpusla görüş çərçivəsində Peru Prezidenti ilə keçirilmiş qısa söhbət zamanı dövlət başçısı da öz ölkəsi ilə Azərbaycan arasında münasibətlərin önəmini qeyd edib.

Azərbaycan və Peru arasındakı əlaqələrdən bəhs edilərək, ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə məlumat verilib, bu xüsusda BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib. Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı Perunun hər zaman beynəlxalq hüququ, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi və bunun ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Həmçinin parlamentlərarası əlaqələr sahəsində fəallıq diqqətə çatdırılıb, enerji sektoru, nəqliyyat, ticarət, elm, təhsil, gənclər və sair qarşılıqlı maraq doğuran istiqamətlərdə birgə fəaliyyətin davam etdirilməsi üçün gözləntilərin olduğu bildirilib.

Müsahibə zamanı Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə haqda və 44 gün davam etmiş Vətən müharibəsinin nəticələri haqda məlumat verilib, regionda sülhün möhkəmləndirilməsi üçün tərəflərin qarşılıqlı olaraq beynəlxalq hüquqa, biri-birinin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmasının vacibliyi vurğulanıb. Azərbaycan Prezidenti tərəfindən ölkəmizin Ermənistanla sülh haqqında müqavilə imzalamağa hazır olması barədə bəyanatına baxmayaraq, qonşu ölkənin təxribatçı addımları barədə söz açılıb, "revanşist" və təcavüzkar ritorikanın davam etdirməsinin təəssüf doğurduğu və sülh və təhlükəsizliyə mane olduğu bildirilib.

Səfir, həmçinin ölkə rəhbərliyi tərəfindən aparılan uzaqgörən siyasət nəticəsində ölkəmizin müstəqillik dövründə nail olduğu iqtisadi inkişaf barədə danışıb. Azərbaycan Prezidentinin təşəbbüsü olmuş və uğurla həyata keçirilmiş "Qara qızılı insan qızılına çevirək" proqramından danışılıb, neft gəlirlərinin intellektual kapitala çevrilməsi, turizm, informasiya texnologiyaları və qeyri-neft sektorunun digər sahələrində inkişaf, həmçinin Azərbaycanın təşəbbüsü və liderliyi ilə regionda uğurla həyata keçirilmiş dünya miqyaslı beynəlxalq enerji və nəqliyyat layihələri barədə məlumat verilib.

Müsahibədə Azərbaycan tarixindən məlumat verilərək ölkəmizin Şərqdə ilk demokartik respublika olması, habelə dünya ölkələri arasında qadınlara səsvermə hüququ vermiş ilk ölkələrdən biri olduğu bildirilib. Ölkəmizin müasir dövrdə fəal xarici siyasət həyata keçirməsi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması, hazırda isə Qoşulmama Hərəkatına sədrlik etməsi onun beynəlxalq arenada yüksək nüfuza malik olması qeyd edilib, multikulturalizm və mədəniyyətlər arasında dialoq mövzusunda ölkəmizin müstəsna töhfəsindən xəbər verilib.

Daha sonra Azərbaycanın COVİD-19 pandemiyasına qarşı aparılan beynəlxalq mübarizəyə verdiyi töhfədən söz açılıb, Qoşulmama Hərəkatının sədri qismində bu mövzuda Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü barədə danışılıb.

 

13
Teqlər:
Meksika, Peru, səfir
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Əcnəbi jurnalist blogerlər Ağdama səfər ediblər

3
(Yenilənib 18:55 23.09.2021)
Bloger: Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm.

BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Gürcüstandan olan bir qrup jurnalist və bloger işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Sputnik Azərbaycan-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, onlar ilk olaraq Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanış olublar.

Daha sonra onlar Ağdam Çörək Muzeyinin, Ağdam Dram Teatrının qalıqlarına baxıb, işğal dönəmində ermənilərin heyvan saxladığı Ağdam Cümə məscidində olublar.

“Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm”.
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
1 / 3
© Sputnik / Emin Babayev
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Bu sözləri jurnalistlərə açıqlamasında gürcüstanlı bloger Nina Berdzenava deyib. O, Ağdamı gəlib bu vəziyyətdə görəcəyini təsəvvür etmədiyini bildirib.

"Ağdamda Azərbaycan xalqına məxsus tarixi abidələri dağıtsalar da, kökləri qalıb. Mən əminəm ki, Azərbaycan digər rayonlarda olduğu kimi buradakı abidələri də bərpa edəcək".
© Sputnik / Emin Babayev
Nina Berdzenava

“Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”. 

Bu sözləri Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun eksperti, professor Zurab Batiaşvili Ağdam səfərinin təəssüratlarını bölüşərkən deyib. O bildirib ki, Ağdama səfəri onu sarsıldıb.

"Biz üç gündür Azərbaycandayıq. Bu günlər ərzində Bakıda, Gəncədə olduq. İndi isə Ağdama gəlmişik. Burda kəndlər, tarixi abidələr xarabalığa çevrilib. Əminəm ki, ən tez zamanda burda hər şey yenidən qurulacaq. Azərbaycan xalqı buna tam gücüylə dəstək verəcək. Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”.
© Sputnik / Emin Babayev
Zurab Batiaşvili

Qeyd edək ki, Ağdama səfər edən Gürcüstanlı qonaqlara ermənilərin işğal müddətində Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.

Həmçinin oxuyun:

Toivo Klaar: Müharibənin acı xatirələri hər zaman qalacaq, lakin biz gələcəyə baxmalıyıq

3
Teqlər:
Gürcüstan
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Azərbaycanda Vətən müharibəsinin Anım Günü belə qeyd olunacaq

6
Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq.

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcəkdir.

Qeyd edək ki, 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan ordusu erməni təxribatlarına cavab verərək əks hücum əməliyyatlarına başlayıb. Sentyabrın 27-də başlanan Vətən müharibəsi 44 gün davam edib. Azərbaycan 28 il işğal altında olan torpaqlarını azad edib. Noyabrın 8-də müharibədə Zəfər qazandığımız rəsmən elan olunub.

Həmçinin oxuyun:

Müharibənin başlanmasının il dönümü ilə bağlı müsabiqəyə start verilib

6
Teqlər:
anım, anım günü