Məktəbəhazırlıq qrupu, arxiv şəkli

Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçənlərin sayı açıqlandı

12
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

BAKI, 23 avqust — Sputnik. Avqustun 23-ü saat 10:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 19904 uşaq üçün elektron sorğu yerləşdirilib. BŞTİ-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, valideynlər (digər qanuni nümayəndələr) elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər.

2021-2022-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2016-cı ildə anadan olan uşaqlar cəlb olunurlar.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd beş yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Həmçinin oxuyun:

Bakıda məktəbəhazırlıq qruplarına qeydiyyat üçün alternativ qeydiyyat mərkəzləri yaradılıb

12
Kimsəsiz insanlar, arxiv şəkli

Səyavuş Aslanın küçədə gecələyən oğlu sosial müəssisəyə yerləşdiriləcək

4
(Yenilənib 15:20 16.09.2021)
"Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb olunması üçün əməkdaşlarımıza təlimat verilib""Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb olunması üçün əməkdaşlarımıza təlimat verilib"

BAKI, 16 sentyabr — Sputnik. Sosial Xidmətlər Agentliyi küçədə gecələyən xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı açıqlama verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Agentliyin mətbuat katibi Murad Haşımov bildirib ki, bu barədə sosial şəbəkədəki paylaşımlara əsasən dərhal məsələ nəzarətə götürülüb:

"Sosial şəbəkələrdə və xəbər saytlarında mərhum aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı məlumat paylaşılır. Onun küçədə qalması, çətin həyat şəraiti ilə üzləşdiyi bildirilir. Məlumat vermək istəyirəm ki, Çingiz Aslanov daha əvvəl həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub. Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib".

Haşımov bildirib ki, onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb olunması üçün Agentliyin əməkdaşlarına təlimat verilib.

"Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa, yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq. Məlumat verən hər kəsə təşəkkür edirik!", - deyə Sosial Xidmətlər Agentliyinin rəsmisi bildirib. 

 

4
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov

Ekspert Azərbaycanda torpaqların şoranlaşmasının səbəblərini izah edir

6
(Yenilənib 14:43 16.09.2021)
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov bildirib ki, son dövrlər ölkədə ənənəvi suvarma üsullarından fərqli olaraq müasir suvarma texnologiyalarının tətbiqi bu prosesin qarşsının alınmasına xidmət edir
Telman Zeynalov: “Torpaqlar damcı suvarma üsulundan istifadə edilərək suvarılsın”

Bu gün Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən tədbirdə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov Azərbaycan ekoloji vəziyyətlə bağlı sualları cavablandırıb

Torpaqların şoranlaşması və onun qarşısının alınması barədə verilə suala cavab verən ekspert bu prosesin səbəblərini açıqlayıb.

O bildirib ki, uzun illər Azərbaycan ərazisində təsərrüfatlarda istifadə olunan suvarma üsulları bu gün bir çox ərazilərimizdə şoranlaşmaya gətirib çıxarıb.

Ekspert deyib ki, son dövrlər ölkədə ənənəvi suvarma üsullarından fərqli olaraq müasir suvarma texnologiyalarının tətbiqi bu prosesin qarşsının alınmasına xidmət edir: “Sovet dövründə torpaqların yanlış suvarılması, eyni zamanda torpaq örtüyünə vurulan ziyan sonda şoranlaşmaya gətirib çıxardı. Eyni zamanda təsərrüfat sahələrinin su ilə təminatı üçün qurulan su kanallarının beton bəndlərlə deyil, torpaqla qurulması şoranlaşmanı yaradan başlıca səbəblərdən oldu. Davamlı şəkildə torpağa hopan su torpağın altındakı duz təbəqəsinin bir müddət sonra üzə çıxmasına səbəb oldu. Ona görə də tərəfdarıyam ki, torpaqlar damcı suvarma üsulundan istifadə edilərək suvarılsın”.

Telman Zeynalovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

6