Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıq keçir

Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlaşırlar

42
(Yenilənib 17:18 23.08.2021)
Qazaxıstanın Almatı şəhərində komandamıza müsabiqəyə artilleriyaçılarımız 22 nəfərlik heyətlə qatılacaqlar.

BAKI, 23 avqust — Sputnik. Hərbçilərimizin “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlığı davam edir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Növbəti gündə heyətin atəş mövqelərini tutması və komanda müşahidə məntəqələrini açılması, minaatan qurğularının döyüşə və səfərə vəziyyətinə gətirilməsi, tuşlanması, doldurulması və döyüş atışının icra olunması tapşırıqları məşq olunub. Artilleriyaçılarımızın çətin keçilən ərazidə döyüş texnikasının idarə edilməsi və döyüş şəraitində tətbiqi üzrə vərdişləri təkmilləşdirilib.

  • Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıq keçir
    © AR Ministry of Defence
  • Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıq keçir
    © AR Ministry of Defence
  • Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıq keçir
    © AR Ministry of Defence
  • Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıq keçir
    © AR Ministry of Defence
1 / 4
© AR Ministry of Defence
Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıq keçir

Dünyanın 10 ölkəsindən olan artilleriyaçıların iştirak etdiyi müsabiqədə silah və döyüş texnikası ilə mərhələlər üzrə müxtəlif tapşırıqlar yerinə yetiriləcək * "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən hakimlər komissiyasının və komandaların üzvləri tapşırıqların yerinə yetiriləcəyi ərazi və təlim-məşq qurğusuna baxış keçirib. Hakimlər komissiyası tərəfindən komandaların üzvlərinə müsabiqənin keçirilmə qaydaları izah olunub, mərhələlər üzrə şərtlər və təhlükəsizlik qaydaları çatdırılıb, digər təşkilati məsələlərlə bağlı ilkin təlimat keçirilib. Dənizdə gəmilərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi müəyyənləşdirilib, o cümlədən müsabiqənin çalışmaları üzrə naviqasiya və taktiki hesablamalar da aparılıb. Qeyd edək ki, müsabiqə avqustun 25-dən başlayacaq və komandalar 3 mərhələ üzrə güclərini sınayacaq.

Qazaxıstanın Almatı şəhərində komandamıza müsabiqəyə artilleriyaçılarımız 22 nəfərlik heyətlə qatılacaqlar.

Eləcə də oxuyun:

42
Teqlər:
Azərbaycan Ordusu, artilleriya, Qazaxıstan
exit-poll

Rusiyada keçirilən seçkilərdə kim irəlidədir - Exit-poll nəticələri

6
Sorğunun nəticələrinə görə, 5%-lik həddi dörd siyasi təşkilat keçə bilib, onların arasında “Yedinaya Rossiya” liderdir.

BAKI, 19 sentyabr - Sputnik. Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə “Yedinaya Rossiya” partiyası hamıdan çox səs toplayıb (45,2%). Belə bir nəticə Sosial marketinq institutunun (İNSOMAR) keçirdiyi exit-poll-dan sonra hasil olub.

Kommunist partiyası səslrin 21%-ni, RLDP - 8,7%-ni, “eserlər” isə - 7,9%-ni toplayıblar.

Sorğunun nəticələrinə görə, seçkilərə qatılmış digər siyasi təşkilatlar 5%-lik səs həddini keçə bilməyiblər.

Respondentlərə belə bir sualla müraciət olunub: “Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?”.

Sorğu planşetlər vasitəsilə, elektron anketlərin köməyi ilə keçirilib. Məlumatlar real vaxt rejimində işlənib. Ümumilikdə sentyabrın 17-dən 19-a qədər sorğuda 438218 seçici iştirak edib.

Exit-poll üçün 825 yaşayış mntəqəsində 1455 seçki məntəqəsi seçilib.

Qeyd edək ki, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb. Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.

Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.

6
Teqlər:
'exit-poll', Rusiya
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

5
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

5
Teqlər:
Belarus, ixrac, idxal