CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Füzuli" Beynəlxalq hava limanında xüsusi uçuşlar keçirilir - VİDEO

© Photo : Azerbaijan Airlines - AZAL В Международном аэропорту в Физули проверяется готовность радиотехнических средств
В Международном аэропорту в Физули проверяется готовность радиотехнических средств - Sputnik Azərbaycan, 1920, 22.08.2021
Abunə olmaq
Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.
BAKI, 22 avqust - Sputnik. 20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Hava Yolları yayıb.
Bildirilir ki, yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.
Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.
Eləcə də oxuyun:
AZAL beynəlxalq tətbiqin sınaq müddətini uzatdı
Prezident: Gələcəkdə Şuşaya getmək üçün hava limanlarından istifadə etmək mümkün olacaq
AZAL Zəngəzur üzərindən uçuş həyata keçirir? Rəsmi açıqlama
Xəbər lenti
0