Hava sınır: şənbə günü hətta Bakıya da azca yağacaq

24
Avqustun 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 20 avqust — Sputnik. Azərbaycan ərazisində şənbə günü, avqustun 21-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq. 

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu: şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Avqustun 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

24
Teqlər:
hava, hava proqnozu, yağış, dolu, şimşək, külək, çimərlik, Bakı, Abşeron, rayonlar, Azərbaycan
 Əlil, arxiv şəkli

Saxta əlilliklərlə bağlı şok rəqəm - üç ildə on yeddi min

7
(Yenilənib 13:32 16.09.2021)
Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub.

BAKI, 16 sentyabr — Sputnik. 3 ildə 17 minə yaxın saxta əlillik halları aşkarlanıb və dayandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov məlumat verib. O, bildirib ki, əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilib: "Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edilib. O cümlədən 11 min şəxsə ilkin, digərlərinə təkrar əlillik təyinatı aparılıb".

A. Bayramov saxta əlillik təyinatlarına qarşı prosesin davam edəcəyini də bildirib: "Eyni zamanda rayon xəstəxanalarında yoxlamalar aparılır. Göndərişlər zamanı ciddi pozuntular aşkarlanıb. Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub".

A. Bayramov onu da qeyd edib ki, bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onun sözlərinə görə, 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib: "Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib".

Bundan əlavə, qurum rəhbəri qeyd edib ki, Vətən Müharibəsində yaralanmış hərbi qulluqçuların 1750 nəfərinə əlillik təyinatı aparılıb.

7
 Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov

Yevlaxın sabiq icra başçısı ürəyindən əməliyyat olundu

37
(Yenilənib 11:45 16.09.2021)
Qoca Səmədovun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib, barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

BAKI, 16 sentyabr - Sputnik. Bir neçə gün əvvəl Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Yevlaxın sabiq icra başçısı Qoca Səmədov əməliyyat olunub.

Bu barədə APA-ya onun vəkili Elnur Vəliyev məlumat verib.

Vəkil bildirib ki, ürək xəstəliyindən əziyyət çəkən sabiq icra başçısı ötən gün axşam saatlarında birinci əməliyyatını keçirib. Hazırda vəziyyəti stabildir.

Qoca Səmədovun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib. Onun barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

* * *

Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 2020-ci il dekabrın 20-də məhkəmə qarşısına çıxarılıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Səbail rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə Q.Səmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, DTX-nın yaydığı xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əmək haqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib. Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.

Həmçinin oxuyun:

Penitensiar xidmət sabiq icra başçısının ölümü ilə bağlı məlumat yayıb

Ağstafanın həbsdə olan sabiq icra başçısı vəfat edib

37