CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həftəsonları ictimai nəqliyyatın hərəkəti bərpa olunacaqmı?

© Sputnik / Irade JELILKarantin günləri
Karantin günləri - Sputnik Azərbaycan, 1920, 20.08.2021
Abunə olmaq
Cümə günü, avqustun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib. Elan edilib ki, məhdudiyyətlərin sərtləşdirilməsinə ehtiyac yoxdur.
BAKI, 20 avqust — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgahın bugünkü brifinqində həftəsonu nəqliyyatın işləyib-işləməyəcəyi məsələsinə aydınlıq gətirilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bu məsələyə aydınlıq gətirib: "Nəqliyyatın həftəsonu işləməməsinin səbəbi virus aktivliyinin aşağı salınmasıdır. Sentyabrın ortalarında isə epidemioloji vəziyyətə uyğun olaraq bununla bağlı qərar qəbul oluna bilər. Lakin hələlik bu barədə müzakirə aparılmır".
Qeyd edək ki, cümə günü, avqustun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib. Elan edilib ki, məhdudiyyətlərin sərtləşdirilməsinə ehtiyac yoxdur. Eləcə də sentyabrın 15-dən tədrisin əyani formada davam etdirilməsinin nəzərdə tutulduğu elan edilib.
Həftəsonları nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına isə ötən ilin avqustun 22-dən başlanıb.
Eləcə də oxuyun:
Valideynlər mütləq vaksin olunmalıdırlar? - TƏBİB və BŞTİ-dən cavab
Operativ Qərargahın brifinqi: Sentyabrın 15-dən təhsil əyani olacaq
Xəbər lenti
0