Operativ Qərargahın brifinqi: Sentyabrın 15-dən təhsil əyani olacaq

195
(Yenilənib 11:59 20.08.2021)
Sonuncu dəfə Nazirlər Kabineti yanında Operativ Qərargah cari il mayın sonunda brifinq keçirərək pandemiyaya görə bəzi məhdudiyyətlərin yumşaldılması - açıq havada maska məcburiyyətinin ləğvi, metronun fəaliyyətinin bərpası və s. - barədə qərar vermişdi.

BAKI, 20 avqust — Sputnik. "İyunun 1-dən 4865 toyun monitorinqi keçirilib. Monitorinqlər zamanı vəziyyət o qədər də ürəkaçan olmayıb. Müəyyən sahibkarlıq subyektləri və vətəndaşlar normaları pozublar. Bu dövrdə 38 nəfər həbs edilib. 2366 nəfərə inzibati tənbeh tətbiq edilib. 27 nəfər barəsində materiallar məhkəməyə göndərilib. 31 nəfər barəsində cinayət işi başlanılıb".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə günü, avqustun 20-də keçiriən brifinqində deyib.

O bildirib ki, bu müddətdə restoran, ictimai iaşə obyektlərində 46 min 899 nəfər COVID-19 pasportu olmadan məclisdə iştirak etmək istəyib, lakin monitorinq qrupu tərəfindən aşkarlanaraq məclislərə buraxılmayıb. Onların arasında potensial COVID-19 xəstələri də olub.

"Sentyabrın 15-dən əyani təhsil başlayacaq. Bu monitorinq qruplarına əlavə olaraq Təhsil Nazirliyinin nümayəndələri cəlb olunacaq, eyni zamanda da DİN-in ərazi üzrə rayon icra hakimiyyəti və müvafiq təşkilatların nümayəndələri də monitorinqə cəlb olunacaq", - Elşad Hacıyev bildirib.

O qeyd edib ki, iri ticarət mərkəzlərinin qarşısına polislərin qoyulması nəzərdə tutulmur. Həmin sahibkarlıq subyektlərinin nümayəndələri COVID-19 pasportunun olub-olmamasını yoxlayacaqlar. Monitorinq qrupları isə qəfil olaraq monitorinq təşkil edəcəklər. Əgər həmin obyektdə pasport olmadan kiminsə daxil olması aşkarlanarsa, bu zaman birbaşa msuliyyət həmin obyekt sahibinin üzərinə düşür. Elşad Hacıyev əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati tənbeh tədbirləri görüləcək və fiziki şəxslər 200-400 manatadək, vəzifəli şəxslər 4000-5000 manatdək cərimə olunacaqlar.

Xətanın törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aylıq həbs oluna bilər. Eləcə də hüquqi şəxslərin 5 min manatdan 11 min manatdadək cərimə olunması nəzərdə tutulur.

"Monitorinq qruplarında xidmətə cəlb olunan polis əməkdaşları həm xidməti, həm də mülki geyimdə qəfil nəzarəti həyata keçirəcəklər", - E.Hacıyev əlavə edib.

DİN rəsmisi qeyd edib ki, tələbələr, yaşı 18-dən yuxarı olan şəxslər COVID-19 pasportu olmadan ali təhsil müəssisəsinə cəlb olunarsa, bunun üçün hansısa cəza nəzərdə tutulmasa da, ali təhsil müəsissəsinin rəhbərliyi və nəzərət edən şəxslər məsuliyyət daşıyacaqlar: "Xəbərdarlıqdan nəticə çıxarmayan obyekt sahibləri bilsinlər ki, həmin obyektin fəaliyyəti və qanunvericiliklə daha ağır addımların atılması nəzərdə tutulur".

Elşad Hacıyev Bakı Metropoliteninin işini də təqdir edib: "Bakı metropoliteninin işini düzgün qurmasının nəticəsidir ki, bu məkanda COVID-19 xəstələri aşkarlanmayıb".

***

"COVID-19 pasportu şəxsə verilən vaksin sənədi üzərindəki QR kod, yaxud da şəxsin şəxsiyyət vəsiqəsi vasitəsilə yoxlanılacaq. Vətəndaşlardan xahiş olunur ki, COVID-19 pasportları üzərində olsun. Bu pasportun şəkli foto olaraq təqdim edilsə də, kifayət edər".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə günü, avqustun 20-də keçiriən brifinqində deyib.

O bildirib ki, istifadəçi tərəf – obyektlərin səlahiyyətli şəxsləri – hansı ki, onlara pasportları yoxlamaq vəzifəsi veriləcək, hər bir müəssisənin icaze-e.gov.az-da şəxsi kabineti var. Orada mobil tətbiqdən istifadə qaydaları yerləşdirilib. Eyni zamanda bu şəxslərin mobil nömrələrinə də videotəlimat göndəriləcək. Bu obyekt sahibləri 9108 çağrı mərkəzi ilə əlaqə sxlamaqla da lazım olan suallarına cavab tapa biləcəklər.

***

Karantin rejimi ilə bağlı məhdudiyyətlərin sərtləşdirilməsinə ehtiyac yoxdur. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə günü, avqustun 20-də keçiriən brifinqində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. 

"Xəstəxanalarda dolma əmsalı yüksək olsa, bu zaman Operativ Qərargah tərəfindən növbəti məhdudiyyətlərə getmə məsələsi müzakirə oluna bilər", - Mövsümov qeyd edib. 

"Cinayət əməlləri olan, saxta vaksin sənədi verən həkimlər var. Əllərində COVID-19 pasportu olan şəxslər var ki, reanimasiyada yatırlar, bir neçə istintaq əməliyyatından sonra bəlli olub ki, onlar bu vaksin pasportunu saxta yolla alıblar", - Prezidentin köməkçisi qeyd edib.

Sentyabrın 1-dən ticarət mərkəzləri, ictimai iaşə obyektləri, ali təhsil müəssisələrinə, ticarət müəssisələri, hotellərə COVID-19 pasportu olmadan buraxılmayacaq. Bu pasportu yoxlamaq üçün ASAN Xidmət tərəfindən xüsusi mobil tətbiq hazırlanıb.

***

"Son günlərdə COVID-19-a yoluxma sayında kəskin artım qeydə alıb. Avqustun 1-də yoluxma əmsalı 7 faiz idisə, bu gün 23 faizdir. Hazırda 18 pandemiya müəssisəsi fəaliyyət göstərir ki, 11-i Bakı - Sumqayıtı əhatə edir. Ehtiyat tibb müəssisələri də var”.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə günü, avqustun 20-də keçiriən brifinqində məlumat verib. 

O bildirib ki, virusdan qorunmaq üçün ciddi şəkildə qaydalara əməl edilməlidir.
"Regionlarda rayon tibb müəsssisələri də ehtiyat tibb müəssisələridir. Onları pandemiya üçün bağladıqda həmin rayonun əhalisi digər tibbi xidmətlərdən yararlana bilmirlər. Bütün ölkədə olan çarpayı fondununu COVID üçün istifadəsi düzgün deyil”, - deyə o əlavə edib.

"Biz bu gün vaksin vurdurmaqdan çəkinirik. COVID-19-a yoluxan xəstələrin hansı çətinliklərlə qarşılaşacağını bilirik. Belə olan halda xəstə daha çox dərman qəbul etmək məcburiyyətində qalır. Martdan bu günədək yoluxanların arasında bir araşdırma aparmışıq. Statistikaya görə, martdan bu günədək reanimasiyaya düşən xəstələrin 96 faizi peyvənd olunmayanlardır. Süni tənəffüs aparatına qoşulanların da 97 faizi vaksin olunmayanlardır”, - Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, virusdan qorunmaq üçün ciddi şəkildə qaydalara əməl edilməlidir. Y.Qarayeva deyib ki, vəfat edənlərin də 99 faizi vaksin olunmayanlardır.

Sonuncu dəfə Nazirlər Kabineti yanında Operativ Qərargah cari il mayın sonunda brifinq keçirərək pandemiyaya görə bəzi məhdudiyyətlərin yumşaldılması - açıq havada maska məcburiyyətinin ləğvi, metronun fəaliyyətinin bərpası və s. - barədə qərar vermişdi.

Eləcə də oxuyun:

 

195
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (485)
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

7
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

7
Teqlər:
futbol, Türkiyə, milli
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

6
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

6