Bakıda kafelərin birində, arxiv şəkli

İctimai iaşə obyektlərində reydlər keçirilir

12
Monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

BAKI, 19 avqust — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 18-də ölkə üzrə 401 ictimai iaşə obyektində 675 monitorinq keçirilib. Monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr., ev 566 ünvanında yerləşən, fiziki şəxs Baxışov Cəmaləddin Baxış oğluna məxsus "Chaikhor" çay evi;

2. Bakı şəhəri, Nizami rayonu, Şərifli küç., ev 25 ünvanında yerləşən, fiziki şəxs Sadıqova Mətanət Rəşid qızına məxsus kafe;

3. Bakı şəhəri, Nəsimi rayonu, Ü. Hacıbəyov küç., ev 37/43 ünvanında yerləşən, fiziki şəxs Əkbərova İlhamə İsmayıl qızına məxsus "İdeal" kafesi;

4. Bakı şəhəri, Nəsimi rayonu, Ü. Hacıbəyov küç., ev 10, məh. 37/43 ünvanında yerləşən, fiziki şəxs Faruk Cemil Ozmen oğluna məxsus kafe;

5. Bakı şəhəri, Səbail rayonu, Ə. Nəzərov küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Kərim oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nizami rayonu, S. Mirzeyev və Çobanzadə küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Abdullayev Zaur Alikoviç oğluna məxsus "Nanə" restoranı;

7. Bakı şəhəri, Nizami rayonu, Hacıyev küç., ev 4 ünvanında yerləşən, fiziki şəxs Quliyev Arif Kənan oğluna məxsus kafe;

8. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 124 ünvanında yerləşən, fiziki şəxs Abbasov Cavid Dilqəm oğluna məxsus "Kabab evi" kafesi;

9. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 130 ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Arif Əli oğluna məxsus "Daş Fırın" restoranı;

10. Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küç., ev 106 ünvanında yerləşən, fiziki şəxs Kadrı Yıldıza məxsus kafe;

11. Bakı şəhəri, Xətai rayonu, S. Vəzirov küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Nicat Nazir oğluna məxsus "Adana Lahmacun" restoranı;

12. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, fiziki şəxs Əliyev Şahin Məmmədrza oğluna məxsus "Murad" kafesi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Xatırladaq ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 17-də ölkə üzrə 406 ictimai iaşə obyektində 686 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Həmçinin oxuyun:

12

Hərbi təyyarəçilərimiz “Texnofest-2021”də ilk uçuşlarını uğurla icra ediblər

77
(Yenilənib 20:14 21.09.2021)
Festivalda çətin pilotaj manevrlərlə nümunəvi uçuş keçirən hərbi pilotumuz izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.

BAKI, 21 sentyabr - Sputnik. Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi Atatürk Beynəlxalq Hava Limanında keçirilən “Texnofest-2021” festivalındakı aviaşouda ilk uçuşunu edib.

Müdafiə Nazirliyindən (MN) Sputnik Azərbaycan-a verilən xəbərə görə, festivalda çətin pilotaj manevrlərlə nümunəvi uçuş keçirən hərbi pilotumuz izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, sentyabrın 26-dək davam edən festivalda Azərbaycan HHQ-nin 2 ədəd MİQ-29 qırıcı təyyarələri müxtəlif vaxtlarda nümunəvi uçuşlar edəcəklər.

18.09.2021- 18:08

Azərbaycan şahinləri Türkiyə səmasında

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcəklər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunur ki, sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.
Festival sentyabrın 26-dək davam edəcək.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri isə artıq Vətənə qayıdıb.
Sentyabrın 1-dən 17-dək Türkiyə Respublikasının Konya şəhərində keçirilən birgə taktiki-uçuş təlimində qarşıya qoyulan bütün döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.

Eləcə də oxuyun:

77
Teqlər:
təyyarə, qırıcı, Azərbaycan, HHQ, Türkiyə, uçuş
İnternet şəbəkəsi, arxiv şəkli

İki provayder internet tariflərini dəyişdirdi

69
(Yenilənib 19:24 21.09.2021)
Yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.

 

BAKI, 21 sentyabr — Sputnik. İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) internet tariflərinə dəyişiklik edib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.

Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin edilib. Bu da onlayn qoşulma, ağır həcmli yükləmələr və digər əməliyyatların sürətli icrasına imkan yaradıb.

Dəyişikliklərə əsasən, ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilər üçün aylıq istifadə haqqı minimum 35%-dək endirilib.

O cümlədən, GPON (Gigabit Passive Optical Network) texnologiyası üzərindən göstərilən xidmətlərin tariflərinə də dəyişiklik olunub.

Qeyd edək ki, "Baktelecom.az" saytı üzərindən "onlayn qoşulma" funksiyası da fəaliyyət göstərir. Optik internet xidmətinə qoşulmanı seçilən tarif əsasında məsafə qət etmədən və növbələrdə vaxt itirmədən onlayn sifariş etmək mümkündür.

Yeni tariflər barədə ətraflı məlumatı hər iki şirkətin rəsmi veb-səhifəsi üzərindən əldə etmək mümkündür.

Eləcə də oxuyun: 

69
Teqlər:
internet, provayder, qiymət, azalma
Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclisdə qida təhlükəsizliyi məsələsini qanuniləşdirəcək